Bloq haqda
Məhəbbət,sevgi,tanışlıq,flirt.Kişilər və qadınlar.
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (32)
Arzu bahar Əliyev Cavid ORIGINAL TAE Someone Qiyasli cahandar Zeyneb_Ehmedova Samir012 Nailə Qasarayeva ayxansevda Bakılı Mysteryo Xrizoberil yravil Aristotel Zahid GDMLI AykaJacksonВсе читатели блога
Ən ağlamalı sevgi nağılı
Qədim zamanlarda bir birilərini dəli kimi sevən 2 sevgili varmış.Bunlar hər zaman deyərmişlər gülərmişlər. Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə başlayırlar. Amma ondan qabaq hələ oğlanın 5 il müddətinə xaricə getmək məsələsi ortaya çıxır. Oğlan fikirləşir, fikirləşir, axırı sevgilisi ilə görüşür və ona bu sözləri deyir:
'Sevgilim, 5 il bilirsən ki az müddət deyil.Çox şey ola bilər 5 ilə. Bilmirəm, bəlkə sən mənə olan sevgindən vaz geçəcəksən, bəlkə də mən, bəlkə də hər ikimiz. Bəlkə də zaman və məsafə bizim sevgimizə heç təsir etməyəcək, bilmək olmaz.' Bu an qız oğlanın sözünü kəsərək 'Mən səni ömrümün sonunadək sevəcəm'-deyir.Oğlan cavabında 'Gülüm, heç kəs 1 il və ya 5 il sonra nə olacağını əvvəlcədən deyə bilməz. Sən deyirsən 5 il də keçsə sevərəm səni görmədən. Bu, sadəcə olaraq sənin indi üçün olan fikrindi.Mən də indi elə fikirləşirəm, ama həqiqətən də 5 ilə sevgi qalarmı bir birimizi görməsək, onu nə yazıq ki heç birimiz deyə bilmərik. İndi mən sənə söz verim ki 5 il sonra mən yenə də səni sevəcəm və biz evlənəcəyik. Sən də evdəcə otur məni gözlə, hamı da sənin sevgilin olduğunu bilib sənə elçi gəlməsin. Mənimsə 5 il sonra tutalım sənə olan hisslərim bitdi və aydındır ki onda biz evlənməyəcəyik…
Ardı
Məhəbbətdən küsəndə......
Ele setirlerde alışırıq biz.
Mehebbet olubdur oyun-oyuncaq,
Hansı mehebbetden danışırıq biz?...
Odlara qalanmaq öteri hissdir,
Kelmeler biçimli, sözler biçimli.
Çoxları diplomsuz mütexessisdir,
Eh, ürek aldatmaq bir su içimi…
Ardı
Sevgi və nifrət
- İnsan sevərkən hər zaman sevdiyinin yanında olmasını istər,ömür boyu o insanla yaşamaq istər.
- Həyat çox qısadır,onun üçün də bu həyatı yaşayanda gərək xoşbəxt və mənalı yaşayasan.
- Sevirsən,sevilirsən amma elə bir zaman olur ki,sevginin acısını çəkirsən.
- Bəzən düşünmədən addımlar atırsan,bəzənsə düşünərək atdığın addımlar səni uçuruma aparır.Düşünmədən nə isə edəndə onun əziyyətini çəkəndə,fikirləşmədən etdim, cəzamdı çəkirəm deyirsən.
- Bəs görəsən insan sevərkən düşünüb sevir?Əlbətdə ki,yox…
Ardı
- ?
- 13 mart 2012, 23:11
- burla xatun
- 10
Sevgi niyə narkotik hesab edilir?
Həmçinin də bu mərkəz motivasiyaya emosional cavdır. Başqa sözlə bizim beynimiz cütlüyü seçir və elə bir hala gətirir ki, çox zaman tərəflər davranışlarının necəliyinin fərqinə də varmırlar. Hansı ki, normal vaxt o şeylərə cəsarət belə etməzdilər. Bu hisslərin mükafatı isə odur ki, biz özümüzü çox yaxşı hiss ediriki və düşünürük ki, etdiyimiz hərəktlər sevgimizə dəyər.
Necə ki, Nyu Yorkda yaradılmış A. Eynştey tibbi kollecinin professoru Lyusi Braun deyir: «Sevən insan tamamilə xoşbəxt ola bilər. Hansı ki, bu xoşbəxtliyin tərəf müqavili daimi narahatçılıq hissidir». Braunun sözlərinə görə beynimizin mərkəzinin bizə bu duyğunu yaşatması olduqca vacib amildir. Belə ki, məhz bu mərkəz insanlarda intim hissini yaradır
Nyu York dövlət universitetinin psixoloqu Artur Aron da qeyd edir ki «sevgi və ehtiras hissi də eynilə narkotik kimi beynimizin eyni hissəsini aktivləşdirir.» Psixoloq münasibətləri 1 aydan 2 ilədək olan 10 qadın və 8kişi arasında tətqiqat aparmışdır. Onlara münasibtləri dövründə çəkilən şəkillər göstərilmişdir. Tətqiqat müəyyən etmişdir ki, romantik duyğular yeganə duyğudur ki yalnmız insanlar tərəfindən yaşanır. Birlikdə keçirilən miüddət ərzində də hisslər dəyişir və intensivləşir. Tətqiqat zamanı həmin şəkillərə baxan iştirakçılarda eynilə görüş zamanında olduğu kimi beynin həmin hissəsi aktivləşməyə başlamışdır. Eyni zamanda uzun müddətli münasibtlərdə bu aktivlik daha tez hiss olundu. Yüksək bağlılıq və simpatiya hissinə görə.
"Çox insan üçün sevgi və ehtirasın yaanması yavaş-yavaş, gec baş verməlidir" deyə psixoloq Aron bildirmişdir. Bu münasibətlərin daha uzun olmasına şərait yaradır.
O Qəlbini Sevdi

«Böyük Kitabxanada bir kitab oxudum. Əlavə etdiyiniz qeydlər qarşısında heyranlıq duyduğumu gizlədə bilmədim. 10 gün sonra Koreyaya gedirəm, sizi tanımaq və sizinlə məktublaşmaq istəyirəm. Cavabınızı səbirsizliklə gözləyirəm.» Hollidən müsbət cavab gəldi və məktublar ard-arda yazılmağa başladı. Hər yeni məktubda bir-birlərindən bir az daha təsirlənir, ürəklərini bir-birlərinə bir az daha açırdılar. 2 il bu şəkildə keçib getdi. Kevin ve Holly bir-birlərinə bəlkə minlərlə məktub yazmış, hər məktubdan da bir-birilərinə daha da möhkəm bağlanmışdılar. Kevinin ölkəsinə geri dönmə vaxtı gəlib çatdı. Son məktubunda Hollini görmək istədiyini yazdı. «Ancaq səni tanıya bilmək üçün mənə bir şəkilini göndər, xahiş edirəm» deyə əlavə etdi. Holly görüşməyi qəbul etdi, lakin şəklini göndərmədi. "Şəkilin nə əhəmiyyəti var ki? Bizi bir birimizə bağlayan ürəklərimiz deyilmi? Yaxama qırmızı bir gül taxacam" dedi. Günlər bir-birini qovdu və Kevin ölkəsinə qayıtdı. Qatardan endiyi ilk anda gözləri Hollini axtardı. Bir müddət baxdı, baxdı, sonra insanların arasında indiyə qədər gördüyü ən gözəl bir qadın gördü. Uzun boylu, çox gözəl, uzun sarı saçlı, gömgöy iri gözləri və mavi paltarıyla möhtəşəm bir qadın idi. Qadına doğru bir addım atdı, amma yaxasında heç bir şey yox idi. Qadın onun gözlərinə baxdı və «Salam dənizçi, mənimlə gəlmək istəyərsənmi?» deyə soruşdu. Elə həmin an gözəl qadının arxasında, yaxasında qırmızı çiçək olan qadını gördü. Qısa boylu, kök, boz qısa saçlı, tozlu uzun paltosu və qalın biləkləriylə sakitcə dayanırdı. Kevin çaşmışdı, az əvvəl həyatında gördüyü ən gözəl qadından bir təklif almışdı, amma qarşısında da ürəyinə aşiq olduğu qadın dayanmışdı. Özünü yığışdırdı və yanından keçən dünyalar gözəli qadını vecinə almadan addımladı. Əlində Holly ilə bir-birlərini tanımalarına kömək edən kitab vardı. Əlini uzatdı, " -Salam Holly dedi.Qadın gözlərinin icində gülümsəyərək "- Bağışlayın, dedi, «Mən Holly deyiləm. Bir az bundan qabaq burdan keçən sarı saçlı mavi paltarlı qadın yaxama bu çiçəyi taxdı və bunu həyatınızın imtahanı olduğunu söylədi. Sizi stansiyanın çıxışındaki kafedə gözləyir...P.S Bu hekayəni mən çox öncə burda nəşr etmişdim. Sadəcə yazı qaydalarına kifayət qədər əməl etməmişdim.Yeni nəşrdə təkrar sizlərlə paylaşıram. Çox sevdiyim hekayədi..Oxumaqla kifayətlənməyək
Nüsrət Kəsəmənli - Dostum
Dost bilsin qıraqdan camaat bizi.
Mən deyim: dostumdur, sən de: tanışdır,
Hamıdan gizlədək sevdiyimizi.
Danışaq, gülüşək, gəzək yan-yana
Onda adımıza söz də deyilməz.
Gizli görüşümüz çıxsa meydana,
Deyək ki, dost dostla görüşə bilməz?

Yalandan bir oğlan şəkili gətir, Heç kim bilməsin ki, sevgiliyik biz.
İstəsən arada qoluma da gir,
Burda pis nə var ki, dost deyilik biz?
Zəng elə danışaq dərsdən-filandan,
Anana denən ki, bir yoldaşımdı.
Qoy hamı «dost» bilsin bizi hər zaman,
Denən ki, heç mənim sevən yaşımdı…
Bu yolla gizlədək gəl sevgimizi,
Camaat «dost» bilsin, anansa yoldaş…
«Dost»luğa bükərək həsrətimizi,
Bir azcıq sevinək gəl yavaş-yavaş.
«Dost»luqla böyüsün məhəbbətimiz,
Qoy daha olmasın həsrət, göz yaşı…
Gəl, əvvəl həyatda yoldaş olaq biz,
Sonrasa olarıq həyat yoldaşı…
Sevgi testi-Siz də edin.
1. 1 rəqəminin qarşısına ürəyinizdən keçən bir rəqəm yazın
2. 2 və 6-nnı yanında əks cinsdən olan iki adamın adını yazın
3. 3,4,5 rəqəmlərinin qarşısına sizə yaxın olan adamların (dost, ailə üzvü və s.) adlarını yazın
4. 7,8,9 və 10-nun yanında isə sevdiyiniz 3 mahnının adlarını qeyd edin....
Cavablar
1. Bu testi 1-in qarşısında yazdığınız rəqəm sayı qədər paylamalısınız.
2. 2 rəqəminin qarşısana yazdığınız ad sevdiyiniz insandır
3. 6 rəqəminin qarşısıan adını yazdığınız insandan xoşunuz gəlir, amma münasibətləriniz alınmayıb.
4. 3 rəqəminin qarşına yazdığınız adammı çox sevir və qayğısını çəkirsiniz
5. 4 rəqəminin qarşısına adını qeyd etdiyiniz insan sizi çox yaxşı tanıyır.
6. Adı 5 rəqəminin yanında olan şəxs sizə xoşbxtlik gətirəcək.
7. 7-nin qarşısında olan mahnı 2 rəqəminin yanında qeyd etdiyiniz adamla bağlıdır
8. Adı 8-in qarşısında olan mahnı 6 rəqəminin yanında olan insan üçündür.
9. 9-un yanında olan mahnı daxili aləminizi əks etdirir.
10. 10-nun qarşısında qeyd etdiyiniz mahnı isı həyatı necə hiss etdiyinizdən xəbər verir.
Sevgi rəvayəti
Rahib qəbiristanlıqdakı işini bitirmək üzrə idi. O anda əlli illik arvadını itirən 78 yaşındakı kişi: " Onu nə qədər çox sevdim ." deyərək qışqıra qışqıra ağlamaya başladı. Yaşlı adamın yaşlı səsi mərasimin səssizliyini pozmuşdu. Məzar başındakı digər ailə fərdləri və dostlar çox təəccüblənmişdilər, kişinin bu hərəkətinə görə utanırdılar. Uşaqları atalarını sakitləşdirməyə çalışırdılar: «Yaxşı, ata. Səni anlayırıq.» Yaşlı adam qazılan məzara yavaş yavaş enən tabuta baxırdı…
Ardı
- ?
- 27 yanvar 2012, 11:51
- DiplomatkA
- 6
Sevgi etirafı
Qoca müdrik ömrünün çox hissəsini ömrünü də, ruhunu da, duyğularını da, zaman və sevgisini-sevincini də məhz o Tənhalıq qəsrində əsir kimi saxlayırdı, həyatdan əsir götürmüşdü sanki varlığını və gizləmişdi Yalqızlığında...
Təkcə Azadlığı və intellekti yaxına buraxmışdı: onlarla danışır, duyğularını bu iki nəsnəyə tabe edir, birini dost, digərini isə sevgilisi kimi bəsləyir, ruhunu onların xidmətçisinə çevirmişdi…
Ardı
Sürpriz məktub
Ardı
- ?
- 16 yanvar 2012, 20:48
- DiplomatkA
- 13
