Nigar Rəfibəyli və Rəsul Rza

  • Sevgi
Nigar Rəsula, Rəsul Nigara çoxlu şeirlər həsr ediblər. Amma Rəsul
Rzanın Nigara 1957-ci ildə, toy axşamlarından 20 il keçərkən
səfərdən- Moskvadan yolladığı bir teleqram da qalır və o teleqram elə
bil ki, şeir kimi şeydir.
«Nigar, əzizim!
İyirmi il əvvəl, boranlı bir fevral günü biz səninlə əl-ələ verib həyatın mürəkkəb, çətin yollarına çıxdıq. Bu iyirmi il boyunda bütün sınaqlardan
keçib mətanəti sarsılmayan ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti
soyumayan mərd əllərin üçün sağ ol!
Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən
ömrümü səninlə bağlayar, həyatın daha çətin yollarında, tərəddüdsüz
səninlə əl-ələ verib gedərdim. Qoy üç sevimli balamızın sevinc və səadəti gələcək günlərimizi bəzəsin. Qoy məhəbbətimizin
hərarəti onları hər cür fırtanalardan qorusun.
Vəfa və sədaqətin qarşısanda baş əyirəm».



 Nigar Rəfibəyli- Neyləyim (Həyat yoldaşı Rəsul Rzaya)
Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır vaxtsız solur neyləyim?

Nərgizlərin gözü yaşla dolanda
Bənövşələr baxıb qəmgin olanda
Qərənfilin gözü yolda qalanda
Yasəmənlər saçın yolur neyləyim?

Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır neyləyim?

Tez gələsən, bəlkə əlac verəsən
Sünbüllərin saçın yığıb hörəsən
Çiçəkləri gəlib özün dərəsən
Yolda qalib baxışları neyləyim?

Çiçəklərin çəkir gözü intizar
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır neyləyim?

P.S:Bu şeirə mahnı da bəstələnib.
Bəstəkar:Emin Sabitoğlu; İfaçı:Akif İslamzadə

8 şərh

Rene
Sevgi gözəldir, amma doğru insanı sevəndə…
_BUMERANQ_
o da çətin məsələdi :(
Ramil

Anam

Nigar

Atam

Rəsul

Bunun haqqında eşitmişəm, amma dəqiq bilmirəm. Guya Anarın adı buradan götürülüb.

pascal
Mən niyə baxıram yollara yenə,
Sən ki, bu yollardan dönən deyilsən.
Bir zaman qoymazdın ürəyim yana,
İndi bir dərdimi bilən deyilsən.

İnsan baş çıxarmaz bəzən özündən,
İnciyər dostunun acı sözündən.
Mən çox ağlasam da sənin üzündən,
Sən ki, göz yaşımı silən deyilsən.

Nigar Rəfibəylinin çox sevdiyim şeiridir bu.  «Neyləyim» mahnısı isə, Akif İslamzadənin öz  möhürün vurduğu, bir daha onun kimi heç kəsin oxuya bilməyəcəyi gözəl əsərdir. 
Someone

Şeir çox gözəldir… yaxın gələcəkdən xəbər verdi mənə...

tarixci1919
Mahnıya qulaq asa-asa şəklə baxanda adamın əsl sevginin mövcudluğuna inanmağı gəlir.
Nermin Nebibeyli
resul rza manim an sevdiyim shairdir…