Aşiqetmə sənəti

  • Sevgi
Sevgi qarşısını alınmayacaq qədər güclü, arzular qədər ümid doğuran bir hissdir. Hər sevənin arzusu sevdiyi qədər sevilməkdir. Bəzən sevgilər qarşılıqsız olur. Sevdiyiniz insan sizi sevmirsə bunu özünüzə dərd etməyin, sadəcə topiki diqqətlə oxuyun və əməl edin.
aşiq etmək
Yaxınlaş və ya geri çəkil
Sevgi gözlərdə başlar… Təsirli bir baxış şiddətli sevgi hissləri oyandırır. Bu üsul insan beyninin bir bölgəsini hərəkətə gətirir və o anda beyin belə bir qərar qəbul edir: yaxınlaş və ya geri çəkil. Təsirli baxışlarla ovunuzda qorxuya bənzər həssas bir hal yaradıb, o insanın aşiq olma hissinə qapılmasına səbəb ola bilərsiniz.

İri gözlər
Mənalı baxışların uğurlu alınması üçün iri gözlərin rolu əvəzedilməzdir. Yəni göz bəbəkləriniz nə qədər iri olsa, baxışlarınız bir o qədər təsirli olacaq. İri gözlər daha romantik görünür və sevgi etirafı üçün əlverişli vasitələrdən biri sayılır.

Qorxulu filmlər
Dramatik bir oyun, qorxulu film, ya da bir konsert… Qorxu və ya həyəcanı paylaşmaq insanları bir-birinə yaxınlaşdırır. Onunla birgə qorxulu film izləyin. Nəticə uğurlu alınacaq

Əllərə diqqət
Söhbət zamanı ovuclarının içini sizə doğru yönəldirsə, bununla sizdən xoşlandığını bildirmək istəyir. Çünki bu “Təslim oldum” deməkdir. Yəni yaxınlaşa bilərsiniz. Sevdiyiniz insana toxunarkən əllərinizin yumşaq və təmiz olmasına fikir verin. Əks halda, xoşagəlməz halla rastlaşa bilərsiniz.

Bənzərlik
Aşiqlər həm bənzərlik, həm də fərqlilik axtarar. Bənzərlik qurmaq üçün söhbətinizdə “biz” sözündən istifadə etmək önəmlidir. Söhbət edərkən onun seçdiyi kəlmələri seçmək də önəmli sayılır.

Şıq geyim
Geyiminizin şıq və təmiz olması ilə sevdiyiniz şəxsin diqqətini çəkə bilərsiniz. Çalışın geyiminizdə onun sevdiyi rəngdən və üslubdan istifadə edəsiniz. Qara rəngdən nə qədər az istifadə etsəniz, bir o qədər yaxşı olar.
 
loading...

11 şərh

asel
gözlərin rolu böyükdür. ancaq iri olması ilə razılaşmıram. elə gözlər var, heç də iri deyil, amma adamı ozünə cəlb edir.
Ramil
Bununla tam razıyam və şahidi də olmuşam.
Kamal_Nagiyev
Aysel ama gozlerin qurulusundan da cox sey asilidi.ele gozler var ki sanki adami ozune cekir
 
asel
bəs mən də onu qeyd etmişəm də
Kamal_Nagiyev
Menin didiyim bir de oduki adami ozune cekir yeni iki menada 1ci de he siz diyen kimi 2-ci de ise adama ele baxir ki sanki senin ona borcun var imis kimi yeni adama qeribe baxir. Tebii ki insanlar muxtelif oldugundan baxislar da muxtelif olacaq
 
pascal
"Əhməd haradadır?" da Şirin kişi deyire… «Evlənmək də planladı?»  İndi  burdada bu fikir gəldi ağlıma, aşiq etmənin də sənəti var? Aşiq olmaq könüldən-könülə gedən gizli yol, bir insanı tanıyıb, ruhuna yaxın bildikdən sonra ürəkdən bağlanan görünməz bir bağ deyilmi? Nə bilim...yəqin mən səhv bilirəm. Bəlkə də doğurdan bir «sənətdir»
asel
«Evlənmək də planladı?»  - ay yaşa
Rene
Heç demə… ))
Sən düz bilirsən, amma aşiq olmaq, vurulmaq odu ki, görürsən meyl edirsən, onun yanında olmaq, onu tanımaq istəyirsən. Sonra tanıdıqca daha çox sevirsən.
heyatin-ellerinde
Elə adamlar olur ki aşiq olduğu şexsdə bunların böyük bir qismi yoxdur amma sevir.Qısası bunların rolu bəlkə də var.Əsas olan odur ki sevdiyini bunlara görə sevmeyesen.Çünki bunlarin olmayacağı bir vaxt da olacaq.Sadəcə sevdiyini ürəkdən sevəcəksən.............maraqlıdı həqiqətən
Ferbara
Yəni göz bəbəkləriniz nə qədər iri olsa, baxışlarınız bir o qədər təsirli olacaq.
Lap çəkməli pişiyin məsum baxışları yadıma düşdü. :))