Onlayn flirtin mənfi və müsbət tərəfləri

  • Sevgi

Günümüzdə yeni insanlarla tanış olmağın bir çox yolu var. Bunlardan biri də internetdir.

Online sevginin sınanmış 9 müsbət və mənfi tərəfləri aşağıdakılardır:

Müsbətlər:

Fərqlilik
İnternet aləmindəki fərqlilik, seçim çoxluğu bir çoxları üçün böyük üstünlükdür.

Seçmək fürsəti
Online flirt bir kişidə axtardığınız “özəllik” siyahısına yaxşı nəzər yetirmənizə imkan yaradır. Buna görə düşünməkdən, seçici olmaqdan utanmayın. Bu, ağıllı bir qadın olduğunuzun göstəricisidir. Gözəl bir qadınsız və yaraşıqlı bir kişiyə layiqsiz!

Həmsöhbət olduğunuz insanı tanıya bilmək fürsəti
Münasibət çox tez başlarsa, o qədər də tez bitər. Online flirt qarşınızdakı ilə görüşmədən əvvəl onu daha yaxşı tanımanıza imkan yaradır.

Qarşınızdakına sosial şəbəkə sayəsində nəzarət etmə üstünlüyü
Qarşınızdakı insanı daha yaxşı tanımaq üçün profilinə nəzər yetirmək bəs edər. Paylaşımları onun necə bir həyat sahibi olması haqda fikir formalaşdırmanıza kömək edəcək. 

Yeni insanlarla tanış olaraq vaxt keçirmək
Yeni insanlarla tanış olmaq çox əyləncəlidir və boş vaxtınız olduğunda biriylə həmsöhbət olmaqda pis bir şey yoxdur.

Mənfilər:

Risk
Nə olursa olsun qarşınızdakının kim və necə olduğunu qətiyyən tam bilmərsiz. Sizi həyəcanlandıran o yaraşıqlı kişi əslində 55 yaşındakı bir dayı ola bilər. Hisslərinizin sizi ələ keçirməsinə icazə vermədən skype-la danışmağa cəhd edin. Nömrənizi tez verməyin — riskli və təhlükəli ola bilər.

Açıq aşkar ortada, göz önündə olmaq
Sosial şəbəkədə demək olar ki, böyük bir insan kütləsinin tam ortasında olursuz. Rahatsız hiss etməyəcəyiniz və “Ey, gözəl,  necəsən?” deyil,  sadəcə “salam” yazıla biləcək şəkillər paylaşın. Tonlarca ürpədici insan var, diqqətli olun.

Uzun məsafəli münasibətlər
Bəlkə həqiqətən ürəyinizcə olan biridir və fikrində ciddidir. Ancaq bir əmması var ki, başqa ölkədə yaşayır və sizi məsafələr ayırır. Bu, daha pisdir.
 

İstənməyən maraq
İnternetdə “yersiz” insanlar çoxdur. Hətta belə insanlardan xoşlanmadığınızı yazsanız da, yenə həmin insanlardan mesaj gələ bilər. Ən əsası bunlara fikir verməyin. 

ailem.az 

 

0 şərh