Tanışlıq zamanı kişilərin etdiyi səhvlər

  • Sevgi

Sevgi oyunlarında hər kəs bir nöqtədə rədd edilir. Təbii ki, nədən rədd edildiyinizi və  nəyi yanlış etdiyinizi bilmirsizsə, şansızını necə dəyişdirə bilərsiz?

Yaxşı ki, rədd edilən tək siz deyilsiz.

Kişilər qadınları ovlamağa çalışdıqları ilk gündən bəri rədd edilmək qorxusu ilə qarşı-qarşıya qalırlar. Çox kişi geyindiyi geyim və pulun qadınların diqqətini çəkdiyini düşünər,  ancaq əsas yol bundan daha sadədir. Problem siz deyil, özünüzü tanıtma tərzinizdir. Ailem.az kişilərin özünü tanıdarkən etdiyi səhvləri təqdim edir.

Bədən dilini anlamaq. Özgüvənin qadınları cəlb etdiyi doğrudur. Ancaq nə qədər rahat olmanız özünüzü tərifləməkdən daha üstündür. Axtardığınız açar bədən dilidir.


Vəziyyətin nəzarətiniz altında olduğunu hiss etdirmək istəyirsizsə, sözlərlə anlatmağa çalışmayın, dik durun və göz təması qurun.

İnsanlar hər şeydən əvvəl bədən dili ilə təmas qurar. Əgər özünüzü cazibədar şəkildə göstərməyi bacarsanız, seçdiyiniz kəlmələrin heç bir önəmi qalmayacaq. Özünüzü qadına dinc bir şəkildə təqdim edin.

Enerji və atmosferə ayaqlaşmaq. Kişi ciddi və sərt görünüşlü, düşüncəsi sağlam,  güclü, qüdrət sahibi olmalıdır, ancaq qadınlar əlaqə yarada biləcəyi birini istəyər.

Bir qadın onunla onun səviyyəsində görüşmənizi istəyər.

Pozitiv bir bədən dili seçmək. Flirt və görüşlər iki insanın bir-birinə daha uyğun olduğunu müəyyən etmənin yoludur. Bacarıqlı bir kişi qadının güvənini həmişə qazanmalıdır. Ona özgüvənlə yaxınlaşın, ona marağınız olduğunu açıq bildirin, ancaq  amiranə olmayın.

Öz peşənə yönəlmək. Əgər vaxtı gəlmədən sevgili olmaq istədiyiniz qadına görüş təklif etsəniz, “hə” cavabı almayacaqsız. Həm də bir an öncə xilas olmaq, tez cavab alım deyə səbrsiz davransanız, ondan “hə” cavabı almayacaqsız.

Özgüvənli davranın. Dərhal qaçmayın. “Yox”, ya “hə” deyən kimi qaçıb arxasındakı pərdəyə gizlənməniz verdiyi qərarla bağlı şübhəli hala salacaq. Özünü rahat hiss etməyəcək.

Əgər keçmişdə də çox rədd edildizsə, bu, hər dəfə eyni cür davranıb fərqli nəticələr əldə etmək istədiyiniz üçündür. Bunu bir az dəyişdirin, yeni bir şey sınayın. Qarşınızdakı qadının sizinlə münasibət qurub qurmadığını bədən dili ilə öyrənin.

Vəzifənizi unutmayın. Siz seçilə bilən bir subaysız, ancaq özünüzü tanıtma tərziniz yanlışdır.

0 şərh