Şopenhauerin böyük sevgisi

  • Sevgi
Avropanın ən məşhur subaylarından olan Artur Şopenhauer zəngin tüccar Henrix Şopenhauerin oğlu olub. Ata yaşadığı şəhərdə emosional, amma dürüst, prinsipial, səmimi adam kimi tanınırdı. Lakin 1793-cü ildə ailə Dansiqdən Hamburqa köçür. Həmin vaxt balaca Arturun 5 yaşı vardı. Gələcəyin filosofu Hamburqda çox qalmır. Atası oğluna gözəl təhsil verməyi arzulayırdı. Elə buna görə də doqquz yaşlı Arturu Fransaya göndərdi.

Artur iki il ailə dostlarının evində yaşadı. 1799-cu ildə Şopenhauer valideynlərinin yanına qayıtdı və zəngin ailə övladları üçün olan özəl məktəbdə oxudu. Həmin vaxtlar Şopenhauer artıq fransızca təmiz danışırdı. Ədəbiyyat və poeziya ilə maraqlanırdı və yaşıdlarından çox şey bilirdi. Məktəbdə bir neçə il təhsildən sonra Artur Avropaya ilk uzun müddətli səyahətə başladı. O, İngiltərə, İsveçrə, Belçikada olur. Fəlsəfə ilə maraqlanır.

1805-ci ildə Artur Şopenhauer vətəninə qayıdır. Atasını əlil arabasında görür. Yüngül fikirli və eqoist anası isə atası ilə maraqlanmırdı. İohanna Şopenhauer yaradıcılıqla məşğul idi. Səyahət haqqında romanlar yazırdı və geniş oxucu kütləsinə malik idi. Əlil arabasına məhkum olmuş əri üçün həyat tərzini dəyişmək fikrində deyildi və bütün vaxtını dostları ilə keçirirdi. Evə yalnız səhərlər gedirdi.

Ata Henrix dözmür buna və intihar edir. Bundan sonra Şopenhauer anasına nifrət etdi və ömrünün sonuna qədər onunla barışmadı. 1814-cü ildə o, evdən getdi və daha heç vaxt anası ilə görüşmədi. Həmin vaxt gənc filosof aktrisa Karolina Ceqermana vurulur və onunla evlənmək istəyir. Lakin Karolinanın evlənmək fikri yox idi. O, azad həyat keçirməyi arzulayırdı. Karolina filosofa məsləhət görür ki, onu unutsun və səbəbi özündə axtarsın. Şopenhauer isə səbəbi belə tapdı: “Qadınlar axmaq məxluqlardır. Gələcək haqqında düşünə bilmirlər, yalnız bu günlə yaşayırlar”.

Artur qadın düşməninə çevrilirdi. Tez-tez yerli gözəlçələrlə görüşür, gəzir lakin ciddi heç nə düşünmürdü.

Həmin dövrdə Şopenhauer Qettinqen universitetinin fəlsəfə fakultəsini bitirmişdi və iki il Berlində oxumuşdu. Anası ilə əlaqələrini pozandan sonra Artur dissertasiya müdafiə etdi, fəlsəfə doktoru olduqdan sonra Drezdenə getdi. 1818-ci ildə 25 yaşlı Şopenhauer İtaliyaya yola düşdü.

Hesab edilir ki, filosof sevgisini elə məhz İtaliyada tapmışdı. Sevdiyi qız təhsilli, gözəl və zəngin idi. Adı Tereza idi. Lakin Şopenhauer xatirələrində heç vaxt onun adını çəkməyib. Şopenhauer həqiqətən Terezanı sevirdi. Lakin gənc qız ona qarşı soyuq idi. Şopenhauer pessimist, narazı, inadkar olmaqla yanaşı həm də çirkin idi. Alçaq boylu, böyük başlı idi və gülməli görünürdü. Lakin hər zaman zərif və gözəl geyinirdi, hərəkətləri zərif idi və nitqi təmiz olurdu. İtaliyalı gözəlçəyə vurulan Şopenhauer onunla evlənməyi planlaşdırır lakin ona bir şey mane olur. Yadına düşür ki, bir dəfə qızla şəhərdə gəzərkən şair lord Bayronu görürlər. Tereza bu məşhur “Don Juan”la görüşdən o qədər xoşbəxt olur ki, bütün gün onun təsirindən çıxa bilmir. Filosof qorxur ki, gələcəkdə sevgilisi onu asanlıqla aldada bilər. Beləcə, Terezaya sevgidən də imtina edən filosof gününü yüngül xasiyyətli qızlarla keçirir. Sonra isə kobud şəkildə onları atır. O, sevgilisi, İtaliyalı Terezadan intiqam alırdı.

Filosof Drezdenə bir il sonra qayıdır və dostlarına deyir ki, ailə həyatı üçün yaradılmayıb, daha sevmək istəmir. Çox illər sonra isə deyirdi ki, İtaliyada olanda səs eşidib. Bu səs ona heç vaxt evlənməmək barədə məsləhət verib. İtaliyaya səyahətdən sonra Şopenhauer sifilis xəstəliyinə tutulur. Onsuz da zəif olan səhhətinə daha bir və çox böyük zərbə vurulur.

1820-ci ildə filosof Berlin universitetinin dosenti olur. 13 il sonra isə Frankfurt Mayna köçür. Tənha həyat tərzi keçirir. Heç kimi qəbul etmir və yalnız tək-tənha kitabları ilə məşğul olur. Bir də heç vaxt heç bir qadınla münasibət qurmur.

1850-ci illərin sonunda Artur artıq qoca idi. Həmin vaxtlar filosofun yanına gedən dostlarından biri sonralar yazırdı: Canlı mavi gözlər, incə dodaqlar, geniş başda ağ saçlar. O XV Lyudovik dövrünün qocalarına bənzəyirdi”.

Şopenhauer 21 sentyabr 1860-cı ildə ağır ciyər sətəlcəmindən vəfat edir. Ölümündən uzun illər sonra isə onun pessimizm fəlsəfəsi ilə maraqlandılar və o, dünyanın ən məşhur filosofları siyahısına daxil edildi.
loading...
 

0 şərh