Sevgi mədəniyyəti

  • Sevgi

Gənc dost! Məhəbbət elə bir hissdir ki, o yaşından, cinsindən, mövqeyindən asılı olmayaraq hər kəsin könül qapısını açır. Sizin aranızda da elələri var ki, bu hiss artıq onun varlığına kövrəkcəsinə qədəm basmışdır. Sən də gec-tez məhəbbəti xoş bir duyğu kimi salamlayacaqsan. Budur, artıq nəsə səni narahat edir, gecələr yuxun qaçır, baxışlarını tavana zilləyib fikirə gedirsən. Yadına həmin oğlan (qız) düşür. Axı niyə onunla danışanda səsin titrəyir, üzbəüz gələndə özünü itirir, görməyəndə darıxırsan? Heç o biri oğlanlara (qızlara) qarşı belə diqqətli deyilsən. Bəlkə bu məhəbbətdir?
Əlbəttə, məhəbbətdir! Sən artıq sevirsən. Amma yadında saxla ki, məhəbbətinizin uğurlu olması əsasən özünüzdən asılıdır. Yüksək davranış mədəniyyətinə yiyələnmək, ünsiyyət prosesində müəyyən əxlaq qaydalarına əməl etmək sevgililərin bir-birinə olan münasibətini daha da yaxşılaşdırır. Qıza qarşı kobudluq oğlan üçün bağışlanılmaz səhvdir. Oğlan başa düşməlidir ki, bu gün onunla bir parta arxasında əyləşən qız, sabah ər evində bir anadır. Qız könül verdiyi gəncin onunla nəzakətli rəftarını, onun hörmətini saxladığını, ona qarşı diqətliliyi hiss edəndə zənnində yanılmadığını, özünə layiqli ömür-gün yoldaşı seçdiyini düşünür. Eləcə də oğlan.

İstər oğlan, istərsə də qız öz məhəbbətinin predmetini, yəni gələcək həyat yoldaşı kimi seçdiyi şəxsi tədricən diqqətlə (bəzən gizli) öyrənir: O necə geyinir, necə oturub-durur, necə danışır, gülür, sevinir, nədən kədərlənir. İşə,qadına,yaşlılara,özündən böyüklərə münasibəti, səliqə-səhmanı,qabiliyyəti,səriştəsi necədir. Xarakterinin psixoloji xüsusiyyətləri hansı səviyyədədir və s.
Sevənlər bir-birinə qarşılıqlı tərbiyyəbi təsir göstərirlər. Biri digərinə öz nöqsanını düzəltməklə, çətinlikləri aradan qaldırmaqda lazımı məsləhət verir. Bir sözlə,  oğlan və qız  seçdiyi şəxsin xatirinə özünü təkmilləşdirir. Buna görə də deyirlər ki, məhəbbət insanı nəcibləşdirir, xeyirxah və səmimi edir.
Sevənlər nitq mədəniyyətinə də yiyələnməlidirlər. Oğlan, yaxud qız öz danışığına fikir verməli, nitqində müsahibinin xətrinə dəyən, qanını qaraldan söz işlətməməlidir.
Sevənlər üçün öz hissini qorumaq zərurəti. Məhəbbətdə mühüm cəhətlərdən biri öz hissini qorumağı bacarmaqdır. Oğlan sevgilisi ilə küçədə, kinoteatrda, nəqliyyatda, digər yerlərdə müəyyən həddi, normanı gözləməklə rəftar etməlidir. Yersiz hərəkətlərə yol verilməməlidir. Bu, sevdiyi adamı təhqir edər, başqalarının diqqətini özünə cəlb edər.
Məhəbbət qarşılıqlı olmayanda. Belə hallar da olur. Bəzən oğlanın (qızın) məhəbbəti cavabsız qalır. Sevdiyi şəxsə qəlbini açır, lakin istədiyi cavabı almır. Ürəyə hökm etmək olmaz. Bütün varlığınla sevdiyin qız da başqasını sevə bilər, yaxud sənin hansı cəhətinsə ona xoş gəlməz.
Oğlan və qızların tanış olmaları. Gənclər müxtəlif şəraitlərdə: küçədə, nəqliyyatda, teatrda, kinoda, qonaqlıqlarda, ad günlərində, toy-düyündə, qohumlarıgildə, işlədikləri və təhsil aldıqları yerdə tanış olurlar.
Məhəbbət insanların üzərinə böyük məsuliyyət qoyur. Oğlan xoşuna gələn bir qızla rastlaşırsa yeniyetməlik və ilk gənclik dövründə təbii sevgi tələbatını çox vaxt məhəbbətin özü kimi qəbul edir. Əsl hissi ötəri hissdən ayırmaq üçün həmin hissi yoxlamaq vacibdir. İlk baxışdan da sevmək mümkündür, lakin öz hissini yoxlamaq şərtilə. Ciddi hiss baş qaldırmışdırsa, burada nə qəbahət var? Məsələn, Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında Əsgər Gülçöhrəni məhz ilk dəfə görməklə sevir və bu da uğurlu nigahla nəticələnir. Əlbəttə, bu sevgi və nigahı alqışlayırıq, lakin ötəri tanışlığı tam mənası ilə qəbul etmirik.
Özünəhörmət. Yaxşı tərbiyə görmüş adam özünü həmişə inamlı və sərbəst aparır. Bu baxımdan özünə, öz gücünə, imkanlarına, başqalarına xoşa gələ bilmək qabiliyyətinə inam çox vacibdir. Biz qızlarımızı məğrurluğa, oğlanlarımızı şəxsi ləyaqət hissinə çağırırıq.

Mənbə kimi universitet mühazirələrindən istifadə etmişəm.

loading...
 

3 şərh

Anik
Sevgi heyatimizdan ayrilmaz bir hiss olub,. coxsagolun
90-CH-211
Çox  sağolun Nergiz  Xanım, çox  deyerli məqamlara toxunmusunuz. Sizi  bu  gözəl  sözləri yazdiqiniza  görə alqişlayiram və sizə əhsən  deirəm. urəyimnən  keçən sözləri siz  dediniz. bir daha  çox sağolun.
azadmamedov90
thanks ALLAH i have not girlfriend, and i am not loving, and no one loves me.
FREEDOM..))