Sevgi nədir bilirsənmi?

  • Sevgi
Məndən soruşursan sevgi nədir?
Deyim ki, ən böyük dərddir sevgi..
Sevgi, gecələri səhərədək gözləməkdir!
Sevgi, ən zəif nöqtəmiz, ən güclu yerimizdir!
Deyim ki, sevgi, qəbul edə bilmə gücünü hiss etməkdir!Sevgi, səbrdir!
Hər toxunuşda ayaqdan başa qədər barmaqların xoşbəxt səyahətidir!
Sevgi, səni sevirəm demədən sevmekdir!
Gel, sevişək demədən sevişməkdir!
Sevgi, qarşındakını hiss etmək ve baxışlarından nə dediyini duymaqdır!
Sevgi, qorumaqdır, mesuliyyetdir, incəlikdir!

sevgi nedir?Sevgi, şəhvətdir!
Acı həqiqətdir!
Sevgi, saatın neçə olduğunu bilə-bilə heç kimi və heç nəyi vecə almamaqdır!
Sevgi, tanıdığımızı hesab etdiyimiz insanda hər görüşdə yeni xasiyyətlər kəşf etməkdir!
Hər səhər yataqda gözümüzü açdığımızda, yuxuda gördüyümüzün yanımızda olması sevgi deməkdir!
Xəyalların gerçəkliyə çevrilməsi və böyük bir yataqda bir-birimizə qısılaraq yuxuya getməkdir!

Sevgi, yaxınlıqdır,
etibardır!
Sağollaşdıqdan sonra yenidən salamlaşarken xoşbəxt olmaqdır!

Sevgi, taledir,
tələdir!
Hər dəfə pencərədən bayıra baxdıgımızda, insanların üzündə kiminlə olduğunu xatırlamaqdır!
Sevgi, düşüncədir!
Cənnətlə, cəhənnəmin arasında fasiləsiz hərəkət edən bir ömürlük qatardır!
Sevgi, iki tənha insanın bir-birinə toxunmağı, bir-birini qoruması ve səni sevirəm deməsidir!
Sevgi, dərsdir!

Həmçinin bax:  Məhəbbət nədir?Sevgi mesajları
 

Sevgi öldürür...



Həkimlər «sınmış qəlb sindromu» müəyyənləşdiriblər. Britaniya alimlərinin açıqlamalarına görə insanlar yalnız qorxudan və qəmdən deyil, həm də sevgidən ölə bilərlər.
«Dəf olunmayan qorxu, güclü mənəvi sarsıntılar və əksinə sevinc ürək çatışmazlığına gətirib çıxara bilər» — deyə ürək cərrahı Lion Aleksandr bildirib. «Sınmış qəlb sindromu»nun səbəbi güclü adrenalin axınının ürəyin aşağı kameralarını iflic etməsi və bütün yükü yuxarı kameralara ötürməsidir. 
Bu vaxta qədər hesab olunurdu ki, adrenalin ürəyi daha tez işlədir. Lakin doktor Lionun kəşfi sübut edir ki, bəzi hallarda adrenalin əksinə zəiflik gətirir və həyat üçün vacib orqanları iflic edir. Bu da nəticədə ölümə səbəb olur.
Doktor Lion tərəfindən aşkar edilmiş sindrom həm də insanların yaxınlarını qəflətən itirdikdən bir neçə gün sonra ölmələrinin də səbəbini açıqlayır. 
Doktor Lion hesab edir ki, «sınmış qəlb sindromu»ndan ölənlərin sayı rəsmi statistikadakından daha çoxdur. Çünki bu sindrom adi ürək çatışmazlığı kimi qələmə verilə bilər.

9 şərh

heyatin-ellerinde
SEVGİ SADƏCƏ MƏNASIZ BAĞLANMAQDIR…
Medikamentoz
Onda Allahı sevənlər necə? Axı Onların böyük bir mənası var,elə Allahın Özü!
heyatin-ellerinde
bu yazida sadece insanlar arasindaki sevgiden danisilir men de ona fikrimi bildirmisem.
heyatin-ellerinde
Allaha olan sevgi indi azdir demek olar ki yoxdu hansi birimiz namazimizi qezaya salmiriq?salanda aglayib bagislanmaq isteyirik.qelb qirmiriq,eksine behaneler getiririk vaxtim yox idi xesteydim ve s. ama dusunmuruk ki Peygemberimizden dahami cox isimiz vardi..........hemise dusunurem Allahi sevmek ucun sadece sevirem demek kifayetdirmi?Allahin sevgisini qazanmaq ucun ne etmisik indiyedek?...................bax esl sual budu Allah sevgisi barede.............bu dusuncelerin yaninda insanlar arasindaki sevgi qeyd etdiyim kimi sadece menasiz baglannmaqdir
azadmamedov90
sevgi deyilenler nedir? ortaq meqsedler var,evlenerken ehtiyaclari odemek ve usaq olmasi,valideynlere xidmet, ve s aile qurmaq-sevgi?
Lali2011
Allaha olan sevgi ayridi o butun insanlarda var ama qarwi cinse olan sevgi her insanda olmur onu bilmey yawamag duymag lazimdi
 
Lali2011
sevgi hem de cox gozel bir hissdir wexsen men 4 il qarwiligsiz sevirdim ama indi cox xowbextem cunki menim qarwiligsiz sevgim indi qarwiliglidi <3
 
turk73
    sevgi nədir ?
   Əgər sizə görə sevgi özünü fəda etməkdirsə, bu da sizin inamınızdan gələn seçiminizdir. Ancaq mənə görə isə sevgi qarşılıqlı qayğı və hörmət hissləridir əslində.  Sevgi, bu allahın insana bəxş etdiyi ən böyük mükafatıdır. Sevgi bir insan tərəfindən başqa
   
Shemsi_Genceli
Sevgi, məhəbbət, eşq — həyatın mənasıdır. Kim ki sevməyib — yaşamayıb, sadəcə var olub. Kim ki sevmir — yaşamır — sadəcə o bir əşya kimi var. Ulu Nizamini Yada salın.
«Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?!»