Sevgi nədir

  • Sevgi

Sevgi - cəsarətdir. Sevəndən sevgisini sübut üçün cəsarət istəyər.
Sevgi - fədakarlıqdır. Sevəndən sevgisi üçün sevdiklərindən fəda etməsini istəyər.
Sevgi - paylaşmaqdır. Sevəndən sevgi sədəqəsi umar.
Sevgi - həyatdır. Sevənin sevdiyini yaratmasıdır. Sevdiyinin yaşaya biləcəyi həyatı ona verməsidir.
Sevgi - Həzrəti Nuh kimi tufan qarşısına iman çıxarmaqdı.
Sevgi - Həzrəti İbrahim kimi can, mal, övlad fəda etməkdi. Qurban vermənin ən uca zirvəsinə yüksələ bilməkdi.
Sevgi - Atəşə atılmağı bacarmaqdı. Yanmamaq üçün deyil, yanmaq üçün atəşə könüllü girməkdir.
Sevgi - Həzrəti İsmayıl kimi Canana can fəda etmək cəsarətdir. 
Sevgi - Zəm-zəminə qovuşmaq üçün Həzrəti Həcər kimi təslim olmaqdı. Səfa ilə Mərva arasında qaçışdır. Qovuşacağını bilərək sevgiyə doğru yürüməkdi. 
Sevgi - Ali İbrahim və Ali İmran kimi olub aləmlərə nümunə olan bir ailə modelinin təməl daşları olmaqdı. 
Sevgi - Həzrəti Yusif kimi zindana salınmaq təhlükəsi olsa belə, dünya adlı Züleyxaya arxa çevirməkdir. 
Sevgi - Dənizi yara bilmək üçün Həzrəti Musa kimi imana sahib olmaqdı. 
Sevgi - Həzrəti Asya olub Fironuna müharibə elan edə bilməkdi.
Sevgi - Həzrəti Eyyub kimi bəlanı sevərək qəbul etməkdi. 
Sevgi - Həzrəti Yunus kimi balıq qarnında olsa da belə, səcdə etməyi bacarmaqdı. 
Sevgi - Hannə kimi ana olmaqdı. Bətnində hələ heç doğulmamış körpəsini Allaha bir təşəkkür borcu olaraq qurban vermək cəsarətidir. 
Sevgi - Həzrəti Məryəm kimi ruku və səcdə edənlərlə birlikdə əyilməkdi. Çünki, bu əyilməyi səndən sənin Sevdiyin sevginə isbat olaraq tələb edir. 
Sevgi - Həzrəti İsa kimi sənə gələnləri dirildə bilməkdi.
Sevgi - Həzrəti Məhəmməd (sas) kimi həbibullah zirvəsinə ucalmaqdı.
Sevgi - Həzrəti Xədicə kimi malını və canını sevdiklərinin yolunda fəda edə bilməkdir.
Sevgi - Həzrəti Əli kimi Sevdiyin üçün dost yatağına uzanmaqdı, ona gələn bəla mənə gəlsin deyə bir də yorğanı başına çəkməkdi.
Sevgi - Həzrəti Fatimə ola bilməkdir ki, yaşadığı eşq dillərə dastan olsun. Dünyanın ən böyük sevgi romanları onun kölgəsində dayanmağa belə cəsarət etməsinlər...
Sevgi - şəhid səhabələr kimi şəhadət şərbətini sevərək içməkdir. 
Sevgi - ölümsüzlük məktəbinin məzunu olmaqdır...
Sevgi - sevməyi bacarmaqdır. 
Sevgi - fəda etməyə hazır olmaqdır. 
Sevgi - sevdiyin tərəfindən sevildiyini yəqinliklə bilməkdir. 
Sevgi - yalnız paylaşdıqca çoxalan ən böyük nemətdir. 
Sevgi - qovuşmağa can atmaqdır.
Sevgi - ...

 
 

3 şərh

BaKiNeC

Cox gozel Sozledir.Eger icaze verseydiniz birinde men diyerdim.``Sevgi zulmetden nura addimlanan bir yoldur``

Zahid_GDMLI
məncə sevgi, sonda qeyd etdiyin kimi 3 nöqtədi… :D