Can Yücelin dilində sevgi anlamı...

  • Sevgi

Sənin üçün “qadağa” dedilər.
-qadağalar onu pozmaq üçündür,dedim.

Sənin üçün “imkansız” dedilər.
-önəmli olan imkansızı bacarmaq,dedim.

Sənin üçün “olmaz” dedilər.
-dünyada olmayacaq şey yox,dedim.


Sənin üçün “çətin” dedilər.
-asan olsaydı dəyəri olmazdı,dedim.

Onda tapdığın nədir ki,dedilər.
-hər kəsdə axtarıb tapmadığım dedim.

Sənin üçün “O nə” dedilər.
-həyatdakı gülən üz dedim.

Ona belə nə cür bağlandın,dedilər.
-mən deyil o “bağladı” dedim.

O da sənin kimi sevdimi,dedilər.
-bax cavab vermədiyim tək şey bu idi.

Əgər bunu bilmirsənsə vaz keç,dedilər.
-vazkeçəcək olsaydım sevməzdim,dedim.

 

Mətn Türkcədən Azərbaycan dilinə tərcümə edilmişdir.
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.

 

6 şərh

heyatin-ellerinde

Qəlb qırılsa da sevər.- dedim
Heç qırıq stəkanda su içdinmi?- dedilər
Bəs stəkan qırıqdı deyə su içməkdən vaz keçdinmi? dedim

Maraqlı idi

pascal

Ona belə nə cür bağlandın, dedilər — mən deyil o “bağladı” dedim.

Onda tapdığın nədir ki, dedilər — hər kəsdə axtarıb tapmadığım, dedim.

Nə gözəl sözlərdir...

Ferbara

O da sənin kimi sevdimi,dedilər.
-bax cavab vermədiyim tək şey bu idi.

Əgər bunu bilmirsənsə vaz keç,dedilər.
-vazkeçəcək olsaydım sevməzdim,dedim. :) 

tarixci1919
Bəzən fikirləşirəm ki, kaş həqiqətdə də filmlərdə olduğu kimi kimin sevib kimin sevmədiyini biləydik. Yəni axı filmlərdə bilirik sevir yoxsa sevmir. Realda isə insan bəzən heç özündən əmin ola bilmir, qaldı ki, qarşımızdakının ürəyinin bilə bilərik ki?
asel
O da sənin kimi sevdimi,dedilər.
-bax cavab vermədiyim tək şey bu idi. ---ÇOX GÖZƏL.........
kagizgemiler
onda tapdığın nədir ki, dedilər
-hərkəs də axtarıb tapmadığım dedim.
CAN YÜCƏL çox gözəl yazır.düzdür bu sevgiynən bağlıdır xoşlamıram amma gözəl sözlerdir.çox sağ olun