Son dialoq

  • Sevgi
Bir gün qızla oğlan motosikldə 160km/s sürətlə gedirdi. Bu sürət qızı çox qorxutmuşdu. Oğlandan motosikli yavaş sürməsini istəyirdi.
Qız: Yavaş sür, qorxuram...
Oğlan: Yox, belə daha maraqlıdı.
Qız: Mən çox qorxuram, yavaş sür dedim.
Oğlan: Yaxşı, onda mənə sevdiyini de!
Qız: Səni sevirəm... Çox sevirəm.. Yavaş sür, indi!
Oğlan: İndi məni bərk-bərk qucaqla...
Qız oğlanı bərk-bərk qucaqladı...
Oğlan: Başımdakı dəmir papağı çıxart, öz başına keçirt, məni narahat edir. Mən də sürəti azaldıram, sevgilim.

Sabahısı gün TV kanalların birində xəbər yayımlandı ki, motosiklin əyləci(tormoz) xarab olduğundan oğlan idarəni itirib və qəzada oğlan vəfat edib. Qızın dəmir papağı olduğundan onu xilas etmək, həyata qaytarmaq mümkün olub. Oğlan qəzanın baş verəcəyini bilib, artıq bilirdi ki, motosikldə idarəni itirib... Ona görə də sevgilisindən 3 şeyi xahiş edib:
-Məni sevdiyini söylə...
-Məni bərk-bərk qucaqla...
-Dəmir papağı öz başına keçirt, məni narahat edir....
 

5 şərh

lawer2012
bu bizim oglanlara aid deil
ceko665
lawer səhviniz var real sevgi bizmkilərə ya qeyri bizimkilərə baxmır.Real sevgi sevənlər var çox təəssüf ki zəmanəmizdə azlıq təşkil edirlər ancaq o demək deyil ki heç yoxdurlar.Çox təsirləndim təşəkkür ancaq çox heyif ki dünyasını dəyişib heç olmasa ağır yaralanmış olaydı 
Ramil
Əsl məhəbbət hekayəsi. Çox sağ olun.