Eşq budur!

  • Sevgi
Elə təsadüflər vardır ki...
Bir avtobus dayanacağında paketlərlə gözləyərkən, rastlaşırsınız birdən...
"- Bu o..." deyə içiniz titrəyər. Bir zamanlar ürəyinizi yaxan aşiq, sallanmış göbəyi, ağarmış saçlarıyla qarşınızdadır... iki əlində iki uşaq...
- Necəsən?
- yaxşıyam... Bəs sən?...
- Qızın xeyli böyüyüb... Mənim də var 10 yaşında...
- Anan, atan?...
- Atamı itirdik. Anam xəstədir...
- Xoşbəxtsənmi?
Səssizlik...
- Telefonumu verim, axtararsan bəlkə...
İki yanaqda iki günahsız busə; biri köhnə sevgiliyə, digəri onunla birlikdə itib gedən keçmişə...
"- Kim idi o əmi ana?.."
Ürəyinizdə səbəbsiz bir iç çəkmə və ağılınızda cavabsız bir sual:
"Görəsən?.."
* * *
Aliyə ilə Ramazanın eşq hekayəsində buna bənzər bir hüzn gizli idi.
Hərçənd əhvalatları, əvvəl haqlı olaraq bir "tibb rüsvayçılığı" olaraq əks olundu "Milliyyət"in başlığına... Ancaq Ayşegül Aydoğanın sonrakı xəbəri ən az ilki qədər qəmli idi:
Polis məmuru Ramazan Bəy, müəllimə Aliyə Xanıma 1954-cü ildə Karabükdə evlənmə təklif etmiş. Anasına baxmaq məcburiyyətində olduğundan qəbul edə bilməyir Aliyə... Bir başqasıyla evlənir Ramazan... Üç uşağı olmuş, ancaq Aliyəni hər zaman ağılında, qəlbində saxlamış. Gün gəlmiş, həyat yoldaşı süd vəzinin xərçənginə məğlub olur. Ailəsi "3 uşaqla bir başına baş edə bilməzsən, evlən" deyə israr edir. O da "İllər əvvəl bir sevgilim vardı, evlənsəm onunla evlənərəm" deyir. 17 il sonra gəncliyinin Karabükünə dönür və Aliyənin izinə düşür.
Müəlliməlik etdiyi məktəbdə tapır onu... Müdirin otağında gözləməyə başlayır. Aliyə otağa girib də keçmiş sevgisini qarşısında görüncə heyrətdən otaqdan qaçır. 17 il əvvəlki təklifi yeniləyir Ramazan:
"- Bəli" deyir bu dəfə Aliyə müəllimə...
* * *
28 il evli qalmış, İkinci baharı yaşamışlar.
Məlum, ikinci bahar, "son"bahardır. Orada eşq, həyatla cilvələşməkdən çox, həyat deyilən əziyyətə, çiləyə birlikdə sinəgərməkdir.
71 illik yorğun ürəyi ağrımağa başlayır bir gün Aliyənin...
Ramazan bir təcili yardımla xəstəxanaya yetişdirir yoldaşını... Qəbul etməmişlər, pulları yox deyə... Sonra bir başqasına... yenə rədd edilmişlər...
Aliyə xanım ölümün eşiyində eşidirmiş Ramazan beyin çırpınışlarını; "Allahım bunlar nə edir" deyə ürpərirmiş.
Ramazan bəysə "ilk göz ağrım gedir" deyə sızlanırmış için-için... "Ona bir şey olsa mən nə edərəm?.."
Sonunda Ramazan Beyin qardaşı oğullarının puluyla bir xüsusi xəstəxanaya yatırda bilmişlər...
Aliyə xanım yataqda; Ramazan Bəy başında... sağ əli yoldaşının ovucunda...
* * *
Bütün Dünya dərgisində vardır; uşaqlardan "Eşq nədir" deyə soruşmuşlar. Belə demiş dəcəllərdən biri:
"Nənəm belağrısından xəstə olmuşdu. Əyilə bilmədiyi üçün ayaqlarına lak çəkə bilmirdi. Babam davamlı əlləri titrəməsinə baxmayaraq nənəmin ayaqlarına lak çəkirdi. Məncə, EŞQ BUDUR".



Mənbə: Milliyyət qəzəti (Can Dündar)

11 şərh

LaLə
gözəl hekayədi, əlaaa 
BaKiNeC
Gözəl hekayədir.
Ferbara
Beyin əvəzinə Bəyin yazsanız, daha aydın başa düşülər. 
Sonuncu abzasa çox güldüm. :) Doğurdan da elə adamlar. Babam əməliyyat üçün Bakıya gətiriləndə xeyli bizdə qaldı. Bir gün kənddə qalmış nənəmi xatırlayıb hönkür-hönkür ağladı. Dedi ki, daha burda qalmaq istəmirəm, məni kəndə aparın. :)
Xrizoberil
texniki səhv hesab edin,nə  qədər fikir versəm də yenə də arada e ilə ə hərfini səhv salıram. əlim öyrəşib ingilis şriftinə ((((( avtomatik olaraq yazılır, gərək mexanikaya üstünlük verim :D
Xrizoberil
təşəkkürlər!  olmuş hadisədir, xəbərlərdə də vermişdilər.
bahar
Çox gözəl hekayədi
Tunzale93
Onların sağ əli bütün sevənlərin başına.Həqiqətən sevənlərin...

Çox gözəldi,təşəkkürlər…
muay
sevgi gozeldir. amma onu gozel yashamaq her insana nesib olmur
heyatin-ellerinde
Kiminse terefinden sevilmek,her darixanda seni dinleyecek birinin oldugunu bilmek gozel olmalidi...amma sevgi bu zamanlarda ele iyrenc hala gelib ki o sozu ancaq Allah haqqinda isledende ureyime yatir,bir de Veten haqqinda................
bu dunyada ebedi qalan
sevgididr Vetene ozgesi yalan
heyatin-ellerinde
sevgi-qarsindakinin ne istediyini o demeden anlamaqdir,mence.belke saatlarla oturub danismadan bir birine baxmaq ama nece illerin sohbetin etmis kimi olmaqdir,toxunmadan,baxmaga bele qiymadan sevdiyindir sevgi....sedece ulvi bir hiss olmalidi,mence.dunyadaki hec neyle evez olunmayacaq bir hiss.....ne bilim ele bir movzudur ki fikirlerim bezen 2li oyun oynayir...mence bu urek ve agilin daimi eksliyinin neticesidir