45 saniyəyə aşiq olmaq
Doğrudanmı,ilk baxışdan aşıq olmaq mümkündür? Bu barədə çox yazılar vardır.İngilis psixoloqlarının rəyi bir qədər fərqlidir.
Onlar hesab edir ki, qadınlar birinci deyil,altıncı baxışdan vurulurlar.Bu mürəkkəb və ürəkləri sarsıdan hadisə belə baş verir:
Birinci baxış: (5 saniyə) — gözün rəngini müəyyən edir və onların ağıllı olub-olmadığını aydınlaşdırır.
İkinci baxış: (10 saniyə)- kişinin geyimini müəyyən edir.Barmağında nişan üzüyünün olub-olmamasına diqqət edir.
Üçüncü baxış:(5 saniyə)- saç düzümünə qiymət verir.
Dördüncü baxış: (5 saniyə)-əllərə baxılır.
Beşinci baxış: (5 saniyə)- ayaqqabılara baxılır.
Altıncı baxış: (15 saniyə)- duruş,yeriş,jestlər qiymətləndirilir.
Camisi 45 saniyə və 6 baxışla qadın kişini bəyənib-bəyənmədiyini müəyyən edir.
Onlar hesab edir ki, qadınlar birinci deyil,altıncı baxışdan vurulurlar.Bu mürəkkəb və ürəkləri sarsıdan hadisə belə baş verir:
Birinci baxış: (5 saniyə) — gözün rəngini müəyyən edir və onların ağıllı olub-olmadığını aydınlaşdırır.
İkinci baxış: (10 saniyə)- kişinin geyimini müəyyən edir.Barmağında nişan üzüyünün olub-olmamasına diqqət edir.
Üçüncü baxış:(5 saniyə)- saç düzümünə qiymət verir.
Dördüncü baxış: (5 saniyə)-əllərə baxılır.
Beşinci baxış: (5 saniyə)- ayaqqabılara baxılır.
Altıncı baxış: (15 saniyə)- duruş,yeriş,jestlər qiymətləndirilir.
Camisi 45 saniyə və 6 baxışla qadın kişini bəyənib-bəyənmədiyini müəyyən edir.
- ?
- 01 noyabr 2011, 20:58
- ayxansevda
Dünya bir tamaşadır
Topikin adı «45 saniyəyə aşiq olmaq» olsaydı əgər, daha çox diqqəti cəlb ederdi :)

- Responsible
- 18 noyabr 2011, 21:34
- ↓
Aşiq olmağın gələndə qarşına eybəcər də çıxsa, ona vurula bilərsən. Sanki sevgi mələyi həmin vaxt səni nişan alır. Ona görə də bu sadalananlar bir az məntiqli aşiq olmağa oxşayır. Məntiqlə də aşiqlik bir-birinə zidd məfhumlardır. Məncə.
Aşiq olmaq başqadır, sevmək başqa.Nəinki 45 saniyədə, bir anda da aşiq olmaq olar.Sevmək üçünsə hökmən tanımalısan
mən sizinlə razıyam… aşiq olmaq və sevmək fərqli-fərqli hisslərdir mənim zənnimcə…

- Xrizoberil
- 27 dekabr 2011, 18:08
- ↑
- ↓
salam.45 saniyəyə aşiq olmaq bu cəfəngiyatdan başqa heç nə ola bilməz.Birisi ilk baxışdan vuruldum desə belə inanmaram.En uzağı yalnız kimisə yaraşıqlıdır ya gözəldir demək olar.Yalnız və yalnız daxili aləmini bilmək.O da mümkün deyil.Əsas məsələ budur.
Aşiq olmaq ya ötəri ola bilər, ya da böyük bir sevginin başlanğıcı ola bilər. Yəni aşiq olmaq ilk mərhələdi. Onu tanıdıqca isə sevgi mərhələsi başlayır. Əlbəttə ki, bu zaman onu daha yaxından tanıdığına görə sevgi möhkəmlənir və daxili aləmə vardıqca bağlılıq kəndirləri çoxalır. Nahaq aşiq olmağa inanmırsınız. :)
ferbara, nəinki aşiq olmağa. Bəzən sevginin varlığına şübhə edirəm. İnandırıcı gəlmir axı.Kimisə tanımadan gözünə ,qaşına sonra da əlinə bax və aşiq ol:) Burada kimsə bu halla qarşılaşıb?
Sevgi bir eynəkdi. Onu gözünə taxandan sonra gözün başqa şeyi görməz. Kənardan baxıb sənə gülən dostlarını belə görməzsən. :) Onun sənə heç bir yaxşılığı olmadan, bəzən heç tanımadan ona aşiq ola bilərsən. Yenə də deyirəm, aşiq olmaq ötəri hissdir. Amma əksinə də ola bilər. Kinosunas, başınıza gəlsin. :)
Bu zəmanədə sevmək. Maraqlı səslənir.Bir o qədər də mümkünsüz.Bilirsiz kimisə görüb bəyənmək olar.Onu sevmək üçünsə tanımaq lazımdır. Yolda görüb bəyəndiyin birini də tanımaq olmaz. Tanış olsan belə o sənə çooox təbii olaraq lazımı hörməti qoymaz.Yəni belə düşüncə yaranır.Yolda tanış olan qızdan nə gözləyəsən.Oğlan olsam mən də normal baxmazdım.
Lütfən, qarışdırmayın. Sizinlə razıyam, sevmək başqa şeydi. Əsas aşiq olmaqdan danışıram. :) Siz real münasibətlərdən danışırsınız. Mənsə sadəcə ondan xəbərsiz aşiq olmaqdan. Aşiq olanda gedib demirsən ki, ay filankəs mən sizə aşiqəm. Yəqin ki, yaşınız heç 25 deyil. Elədirsə, sizin sözlərinizi normal qarşılayıram. :)
İnanın bunu yaşa heç bir aidiyyatı yoxdur.Əminəm ki. hətta 12-15 yaşlı uşaq belə sevgi haqqında məndən çox bilir. Əlbəttə gedib demirsən lakin daxilində qaldıqca da böyüyür. Bu zaman aşiq olmaq mənasız deyilmi? Anlayıram bu insanın özündən aslı da deyil. Hər halda aşıq olmaq ya sevmək arasında fərq görmürəm.
Ferbara haqlıdır. Bilirsiniz bu necə olur? Sən onu yaxşı tanımırsan amma görünüşü, oturuşu-duruşu, danışıq tərzi, və s. xoşuna gəlir. Sən onu olduğu kimi yox, görmək istədiyin kimi görürsən, beynindəki ideal obraza otuzdurursan və əslində o obrazı sevirsən.. Buna platonik məhəbbət deyirlər. Nə bilim… İnsanın özü kimi hissləri də qəlizdir. :)
Siz də çox yaxşı yazmısınız. Ümumiyyətlə, sizinlə çox vaxt fikirlərimiz üst-üstə düşür. :) Sadəcə bilirsiniz, bəzi şeyləri izah etmək yetmir, insan özü yaşayanda daha yaxşı başa düşür. Kinosunas bu hissləri yaşamayıb deyə ona qəribə, bəlkə də gülməli gəlir. Amma heç vaxt «heç vaxt» deməyin, aşiq olanda heç xəbəriniz də olmayacaq. :)
Mən adətən siz dediyiniz 1-ci mərhələni «bəyənmək» adlandırıram, sadəcə olaraq bu «bəyənmək» digərlərindən fərqli olur.

- Responsible
- 26 dekabr 2011, 23:29
- ↑
- ↓
Məndə həmişə ağıl başda olur:) İlk əvvəl tutaq ki xarici görünüşcə bəyənirsən, daha sonra xaraktercə də bəyənirsənsə bu ayrı məsələ. Xarakteri də öyrənmək üçün özünü azca əziyyətə salıb araşdırırsan.

- Responsible
- 26 dekabr 2011, 23:50
- ↑
- ↓
Birini görünüşünü görüb, ya da hərəkətlərini müşahidə edib bəyənirsən. Amma aşiq olmaq olma anında həmin adam yöndəmsiz də ola bilər, nə bilim ola bilər ki, onu heç üzdən görməyəsizin, bir sözlə, aşiq olmaq dəlilikdi. Hər adam o vəziyyətə düşə bilməz.
Deməli Şirin həqiqətən gözəl olub ki o formada da təsvir edilib. Yəni mən görmədən aşiq olmaq deyəndə yəni tanımadığın görmədiyin birini bəyənmək kimi nəzrdə tutdum.

- Responsible
- 27 dekabr 2011, 00:01
- ↑
- ↓
Sizə + vermişəm ,sadəcə istəməyinizə təəccübləndim.Ona görə soruşdum ki,hansı fikrinizdən bu qədər razısız ki + istəyirsiz :)
Bu dəfə siz məni səhv başa düşmüsüz:) Yəni demək istədiyim bu idi ki, «məndən də sizə + vermək qalır sadəcə» amma deyəsən fikrim səhv başa düşülüb. Yəqin o biri + verənlər də sizin kimi düşünüb :)

- Responsible
- 27 dekabr 2011, 00:32
- ↑
- ↓
Yox, aydın başa düşülüb. Responsible, yəni + verməklə «sizinlə razıyam» demək istəmisiniz.
Yox ehtiyac yoxdu :) Mənə sənin elə başa düşməyin gülməli gəldi amma oxuyanda gördüm ki, iki mənada başa düşülür :)

- Responsible
- 27 dekabr 2011, 00:46
- ↑
- ↓

Şərhlər (56)
RSS qısalt / böyüt