Рейтинг
+138.94

Sevgi

92 üzv, 186 topik

FIRTINA

  • Sevgi

Sanki fırtınadır dənizdə. Dəniz coşur, sularınıı sahilə vurur. Elə bil onu yox etmək istəyir. Bu gün o çox qəzəblənib. Yəqin o da mənim kimi çarəsizlikdən, əlacsızlıqdan belə edir. Mənim əsəblərimə bənzəyir bu gün bu dəniz. Mən də onları cilovlaya bilmirəm, necə ki, dəniz öz dalğalarına cavabdeh deyil. Bəlkə o da mənim kimi sənə hirslənib, sənə qəzəblənib, bəlkə o da mənim kimi qarşıda səni təbəssümlə gözləyən bəladan qurtarmaq istəyir. O bəladan ki, sən özün də xəbərdarsan. Lakin buna əhəmiyyət vermək istəmirsən. Sən risk etmək istəyirsən. Çünki inanırsan ki, hər şey yaxşı olacaq. Ancaq belə deyil. Bunu dəniz də bilir. Sən də bilirsən.


Sahildəyik. Kənarda daşın üstündə oturmuşam. Sənə baxıram. Gözləyirəm. Axı, qərarı sən verməlisən. Mənsə, özümü dustaq kimi hiss edirəm. Əlim – qolum bağlıdır, elə bil. Amma bağlı oldu olmadı, onsuzda üzməyi bacarmıram. Sənsə belə yağışlı, küləkli havada, dənizin belə qəzəbli vaxtında dənizə girməyi düşünürsən. Axı, sular insafsızca səni qərq edəcək. sən boğulacaqsan. Mən isə səni xilas edə bilməyəcəyəm. Üzə bilmirəm, axı. Səni qurtara bilməyəcəyəm. Dəniz də halına acıyır. O, daha da qəzəblənir. Səni qorxutmağa çalışır. Dalğaları vurur sahilə. Amma nə fayda…


Yaşlı gözlərini qaldırıb, bir az gülümsəyərək, mənə astadan pıçıldayırsan: “Mən bu fırtınada ölmək istəyirəm…”


Müəllif: Zeynalova Vüsalə.M


2 dekabr 2002 il


Davamı →
loading...
 

Sevgilinin intiqamı

  • Sevgi
BAĞIŞLAMAQ VƏ UNUTMAQ YAXŞI İNSANLARIN İNTİQAMIDIR — ŞİLLER
Unudulmaq nə qədər əzab verər insana yəqinki düşünə bilərsiniz. Bir insana edilə biləcək ən böyük pislikdir. Budur Şiller bir cümlə ilə intiqam duyğusunu belə ifadə etmişdir. Bir insandan intiqam almaq istəyirsinizsə onu unudun. Yox mən mütləq intiqam almaq istəyirəm deyirsinizsə… Bunu qol qüvvəsi istifadə etmədən ağıl yolu ilə edə bilərsiniz. Buna nümünə olaraq bir hekayə;
«Bir zamanlar bir- birini sevən iki gənc varmış. Çox sevərlərmiş bir-birlərini. Bir müddətdən sonra gənc oğlan əsgərə getmiş.
Ardı →
loading...
 

Bu hekayənin qəhrəmanı siz olsaydınız nə edərdiniz…?

  • Sevgi
ağıllı qız,səbirli insan və qoca qadınOturdugu skamyadan qalxdı, üzərindəki dənizçi formasını düzəltdi və şehərin böyük qatar stansiyasındakı insanları incələməyə başladı. Gözləri o qızı axtarırdı, ürəyini çox yaxşı bildiyi, amma üzünü heç görmedigi, yaxasında gül olan o qızı… Ona olan marağı bundan on üç ay əvvəl Floridada bir kitabxanada başlamışdı. Rəflərdən aldığı bir kitabın içindəki yazıdan çox təsirlənmişdi. Kitabdan deyil, səhifələrdən birinin kənarında qəlemle yazılmış kiçik qeydlərdən… Yumuşak əl yazısı düşüncəli bir ruhu və insanın içinə işleyen bir xarakteri əks etdirirdi. Kitabın baş səhifəsində, o kitabı ən son oxuyan şəxsin adını gördü: Bayan Hollis Maynell. Bir az zaman və səy sonunda ünvanını da tapdı. Bayan Maynell New Yorkda yaşayırdı. Blanchard ona özünü tanıdan və məktub dostu olmağı təklif edən bir məktub yazdı.
Ardı →
loading...
 

Toy üzüyü barmağının ovsunlayıcı hekayəsi

  • Sevgi
Toy üzüyünü niyə dördüncü barmağımıza taxmalıyıq?
Bunun, çox gözəl və inandırıcı bir şərhi var...
Baş barmaq; Ana-atanızı,
İşarə barmağı; Qardaş- bacınızı,
Orta barmaq, Sizi,
Dördüncü barmaq (yəni üzük barmağı); Həyat yoldaşınızı,
Və kiçik barmaq; Uşaqlarınızı təmsil edir.
Əvvəlcə ovuclarınızı bir-birinə baxacaq şəkildə açın.
Ardı →
loading...
 

Mükəmməl sevgili olmanız üçün sadə 5 qayda!

  • Sevgi
Çoxumuz hesab edirik ki, yaxşı bir sevgili olmaq çox çətindir. halbuki düşünülənin əksinə mükəmməl bir sevgili olmanın düsturu heç də qarışıq və çətin deyil. Cəmisi bir neçə sadə qaydanı tətbiq edərək siz də mükəmməl sevgililər anlayışına qatıla bilərsiniz.  mükəmməl sevgili olmanızı təmin edəcək beş sadə qayda:
Mükəmməl Bir Sevgili Olmaq Üçün:
Ardı →
loading...
 

14 fevral- sevgililər günü

  • Sevgi
14 Fevral Sevgililər üçün fərqli bir gündür, çünki adı üstündə sevgililər günüdür...Bəs görəsən Haradan gəlir bu Sevgililər Günü? — Sevgilər Gününün başlanğıc tarixi köhnə Roma İmperatorluğu zamanına uzanır. Köhnə Romada 14 Fevral günü bütün Roma xalqı üçün əhəmiyyətli bir gün idi. Çünki bu gündə Roma tanrılarının və ilahələrin kraliçası olan Junoya edilən hörmətə əsasən tətil edilirdi. Juno ayrıca Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq da bilinirdi. Bu günü izləyən 15 Fevral günündə isə «Lupercalia Bayramı» başlayırdı.
Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları kəskin qaydalar ilə məhdudlaşdırılmış gənclər bir-birlərini yalnız bu bayram müddətində bəyənib özlərinə partner seçə bilirdilər.
Ardı →
loading...
 

Sevgiyə səbəb lazımdırmı?

  • Sevgi
Bir gün sevgilisi ile söhbet edən qadın ondan belə bir sual soruşur:
Qadın: Məni niye çox istəyirsən?.. Məni niye sevirsen?...
Kişi: Mən sənə səbəb deyə bilməyəcəm… amma mən həqiqətən də səni… sevirəm
Qadın: Sən heç səbəbini də bilmirsən, bəs necə deye bilirsən ki, məni çox istəyirsən, məni çox sevirsen?
Ardı →
loading...
 

Kompliment

  • Sevgi
Gözəl olduğunu bilmək hər bir qadın üçün önəmlidir. Eyni zamanda kişi üçün də ən güclü və ən etibarlı olduğunu bilmək çox vacibdir. Bunu anlamaq, buna inanmaq ilk növbədə bunun həqiqət olduğunu bilməklə mümkündür. Buna sübut isə ətrafdakıların komplimentləri olacaq. Fikirlərinə laqeyd qalmadığınız insanların xoş sözləri sizə narkotika kimi təsir edəcək. Komplimentlər balaca, amma qiymətli hədiyyə kimidir. İstənilən hədiyyə kimi onu da həm almaq, həm də vermək xoşdur.
Ardı →
loading...
 

Sevgi nədir bilirsənmi?

  • Sevgi
Məndən soruşursan sevgi nədir?
Deyim ki, ən böyük dərddir sevgi..
Sevgi, gecələri səhərədək gözləməkdir!
Sevgi, ən zəif nöqtəmiz, ən güclu yerimizdir!
Deyim ki, sevgi, qəbul edə bilmə gücünü hiss etməkdir!Sevgi, səbrdir!
Hər toxunuşda ayaqdan başa qədər barmaqların xoşbəxt səyahətidir!
Sevgi, səni sevirəm demədən sevmekdir!
Gel, sevişək demədən sevişməkdir!
Sevgi, qarşındakını hiss etmək ve baxışlarından nə dediyini duymaqdır!
Sevgi, qorumaqdır, mesuliyyetdir, incəlikdir!
Davamı →
loading...
 

Evlənməzdən əvvəl fikirləş

  • Sevgi

İnsan sevəndə hər şey gözünə al-əlvan görünər, lakin zaman irəlilədikcə arasındakı fərqlər ortaya çıxmağa başlar. Evlənməyə qərar vermədən əvvəl bunları mütləq özünüzə soruşmağınız lazımdır…


Ardı →
loading...