Рейтинг
+138.94

Sevgi

97 üzv, 244 topik

14 Fevral Sevgililər Günündə ONA deyə biləcəyiniz ən gözəl 23 Sevgi sözü

  • Sevgi
  1. Sən qəlbimdəki hüzurum, səsimdəki duamsan.

  2. Dünyanın ən gözəl ritmi bizim üçün döyünən bu ürəyindir.

  3. Sən belə bilməzsən, gülüşün məndə neçə bahar edər.

  4. Səni sevməyimə səbəb olan Rəbbim, səni məndən çox sevsin..

  5. Ürəyimdə, xəyalımda, arzu və amalımda həmişə SƏN varsan.

  6. Bir gülüşün var ki, ömrümü uzadan..

  7. Gülüşün çox gözəldir, mənə gülümsəmən hər şeydən gözəldir.


Davamı →

Sevgilisindən ayrılanlar üçün məsləhətlər

  • Sevgi
1. Yaxın zaman ərzində qətiyyən yeni münasibətə başlamayın, hazırkı vəziyyətinizlə qarşınızdakı şəxsə də əziyyət verə bilərsiniz.
2. Bitdi! Bunu qəbul edin. Onu sosial şəbəkələrdən və ya ortaq dostlarınız vasitəsilə izləməkdən əl çəkin. Özünüzü xəstə etməyin. Onsuz da həmin insana nifrət edirsiniz, onu xoşbəxt görmək psixologiyanıza yaxşı təsir etməyəcək.

Davamı →

Gec ailə quranlar niyə daha xoşbəxtdirlər?

  • Sevgi
Sosial mühitin təzyiqinə görə ailə quranların sayı çoxalır. Beləliklə, insanlar ailə qurmaq üçün deyil, müvəqqəti hisslər və tək qalmaq qorxusu səbəbindən buna tələsirlər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu mövzuda aparılan araşdırmalar gec yaşda evlənənlərin daha xoşbəxt olduğunu söyləyib. Bəs bunun səbəbi nədir?
Psixoloqlara görə, böyük bir əlaqə qura bilmək üçün, 6 prinsipə əsaslanmalıyıq. Bu 6 prinsipi qəbul etdiyimiz zaman evlənməyə hazır ola bilərik.

Davamı →

Sevgi yuvası – xoşbəxtlik sindromu

  • Sevgi
Həyat sevgi ilə başlayır, qayğılarla, ağrılarla davam edir. Acılı-şirinli günlərdən, illərdən keçirsən və bu yolda hər zaman yanında sevənlərin olsun istəyirsən. Allah-Taala insanı elə yaradıb ki, mütləq başqalarına ehtiyac hiss edirsən. İnsan sosial varlıqdır. Sosial həyatın ən məhdud və ən ciddi variantı ailə həyatıdır. Bu həyat o qədər ciddi, o qədər əhəmiyyətlidir ki, hər addımında, hər işində diqqətli olmalısan. Əgər iş yerində bir incikliyin olarsa, yerini dəyişərsən, qonşu ilə problemin olarsa, o tərəfə baxmazsan, amma ailədə hər hansı narazılıq olarsa, ağzının dadı qaçar, halalca evinin qapısını açmaq belə ağır gələr sənə.

Davamı →

Qısqanclıq niyə yaşanır?

  • Sevgi
Həddindən artıq qısqanc insanların özünə inamdan məhrum olduqlarını qeyd edən psixiatr Doktor Selin Baran, “Qısqanc insanlarda başqalarının özlərindən üstün olduğu fikri hakimdir” deyir.
Qısqanclıqla bağlı danışan Psixiatr Doktor Selin Baran, qısqanclığın, qadın üçün də, kişi üçün də məhəbbətin ən təbii və bəlkə də ən təhlükəli hissi olduğunu ifadə edib.

Davamı →

Münasibətdə anlaşılmamazlıqlar

  • Sevgi
Necə düşünürsünüz, qarşılıqlı münasibət zamanı qadın və kişi tərəfdən tam “açıq”lıq vacibdirmi?!… Münasibətlərdə “açıqlıq” deyəndə, gündəlik qayğı və problemlərin bölüşülməsi nəzərdə tutulur.
Gəlin baxaq: Münasibətlərin möhkəm və davamlı olması üçün tərəflər arasında inam və güvən olmalıdır. Bunlarsız xoşbəxt münasibətdən söhbət gedə bilməz… Əgər inam və güvən varsa, bu halda qadının kişi qarşısında tam “açıq” olmamasına heç bir səbəb yoxdur. Çünki, kişi bunu davranışı və rəftarı ilə qazanıb, həqq edib. Bəs, kişi necə?! Həmişə qadına qarşı tam “açıq” olub, hər şeyi onunla bölüşməlidirmi?!

Davamı →

İdeal həyat yoldaşı necə olmalıdır?

  • Sevgi
Evlilik iki insanın bir ömür boyu birgə yaşamasıdır. Xoşbəxt bir evliliyin olması üçün isə vacib şərtlər var ki, bunlar sevgi, hörmət və etibardır. Bu hisslərin azalmasıyla evlilikdə anlaşılmazlıq, mübahisələr və digər problemlər yaranır, nəticədə evliliklər sarsılır ki, bu da boşanma ilə nəticələnir. Unutmaq olmaz ki, ailə bir əlaqələr sistemidir və bu sistem ailə içindəki fərdlərin bir-biri ilə qarşılıqlı münasibətləri ilə tənzimlənir.

Davamı →

Həyat yoldaşınızla söhbət edirsinizmi?

  • Sevgi
Yəqin ki, yazının başlığını oxuyanda həyat yoldaşınızla nə cür ünsiyyətdən bəhs etdiyimizi düşünənlər az olmadı. Söhbət dedikdə, əlbəttə ki, burada xüsusi mövzulardan və ya xüsusi müzakirələrdən söhbət getmir. Başqa sözlə, gündəlik baş verən hadisələr və ya uşaqlarla bağlı məsələlər də tərəflər üçün söhbət mövzusu ola bilər. Tərəflərin özləri ilə bağlı məsələləri (istər mənfi olsun, istər müsbət) bölüşmələri də onların söhbət edə bildiklərini göstərir. Digər tərəfdən, söhbət edə bilmək tərəflər arasında ünsiyyətin də mövcud olmasından xəbər verir.

Davamı →

Adlarınızın baş hərfi sevgi həyatınız haqda nə deyir?

  • Sevgi
A — Sevginizdə romantizm mütləqiyyət təşkil etmir. Hərəkət, macəra lazımdı sizə. Səbir etmək sizlik deyil. Amma sözü üzə deyənsiniz. Qarşı cinsin sizə səbr etməsi vacibdir.
B — Çox duyğulu və romantiksiniz. Şam işığında yemək, ay işığında gəzmək sizin üçün idealdır. Sevgiliniz sizə hədiyyə almağa məcburdur, çünki siz bu cür sürprizləri çox sevirsiniz. İradəniz çox qüvvətlidir, sevginizi ifadə etmək qabiliyyətiniz də həmçinin.

Davamı →

Uzunmüddətli münasibətlərin bitmə səbəbləri nədir?

  • Sevgi
Münasibətlərdə xoş niyyət, birlikdəlik olsa da, sonluq həmişə yaxşı olmur. Uzun müddətli münasibətlərin bitmə səbəblərini araşdırmışıq.
Evliliklə nəticələnən əlaqlərin də sonu ayrılıq ola bilər. Birlikdə olduğun adama qarant kimi baxmaq, həqiqətən aşiq olmamaq, ehtiyacların dəyişməsi kimi səbəblər evlilikləri dağıda bilir. Hər münasibətdə zaman-zaman enişlər-yoxuşlar olur. Davamlı münasibətləri bitirən səbəbləri təqdim edirik.

Davamı →