Рейтинг
+138.94

Sevgi

91 üzv, 182 topik

"Mən"çil yoxsa, "Mən"çi

  • Sevgi

Bir çox insan özünü sevmənin məncillik olduğunu düşünür. Özünü sevməyi, özündən razılıqla qarışdırır. Özündən razı insan məncildir, mən mərkəzlidir. Əslində, gerçək anlamda nə özünü sevə bilər, nə də başqalarını. Çünki təkəbbürün olduğu yerdə sevgi ola bilməz.

Məncillik və sevgi bir yerdə ola bilməz. Çünki sevən insan məncil olmaz. Çünki özünü sevən insan nəfsinə qalib gəlməyi bacarmışdır. Özünü sevmək, narsizmdən fərqlidir. Narsizm bir xəstəlikdir, özünə müsbət olmayan bir şəkildə vurğunluqdur. Halbuki, özünü sevmək, özündən başlayan bir sevgi ilə ətrafa açılmaqdır. Onda qarşılıq yoxdur. Özdən gəldiyi üçün təmənnasızdır. Özünü sevən insan özü ilə barışıq olan insandır.

Özünü sevən insan, sadəcə öz içindəki yaxşını yox, başqalarının içindəki yaxşını ortaya çıxara bilən insandır.
Müsbət və mənfi tərəflərini obyektiv bir təvazökarlıqla dəyərləndirə bilən və davamlı olaraq inkişaf etmək arzusu duyan insandır. Ancaq özümüzdə olanı başqalarına verə bilərik. Özümüzə sevgi duyduğumuz zaman bu sevgini başqalarına da verə bilərik. Özünü sevən insan, sadəcə öz içindəki yaxşını yox, başqalarının içindəki yaxşını ortaya çıxara bilən insandır. Özünü sevən insanın yanında başqa insanlar da özləri kimi olar və özlərini daha çox sevərlər.


Ardı →
 

Sevgi hər şeydir!

  • Sevgi

Sevgi mənim üçün çox şeydir, hətta hər şeydir. Ən dəyərli olan varlıqdır sevgi. Həyatdan əbədiyyətə aparan bir yol, ya da duyğudur sevgi…

Yağmurlu havada yağış torpağa döyərkən kiçik bir qarışqanın qaçıb bir daşın altına sığınması kimidir sevgi. Daşın istisinə sığınıb, onu qoruyacağına əmin və inamlı, etibarlı, güvənli bir duyğu kimidir sevgi…

Ya da soyuq bir havada çırpınan kiçik bir quşun ağzında öz balasına yem daşıyarkən yuvasına çatdığında qonub sevinərək qanadlarını çırpa-çırpa yağmurdan qalan nəm damlacıqları ətrafa səpələyən o minicik quşun şükür duyğusudur sevgi…

Sevgi bahara tələsən qaranquşlardakı həsrətdir.
Sevgi günəşin çıxmasını gözləyən torpaqdakı həsrətdir.
Sevgi ümiddir insanı yaşatmağa çalışan.

Sevgi mənim üçün çox şeydir, ən uzaq olan yerdə mənə hər kəsdən yaxın olandır sevgi, əlin çatmadıqda, toxunmadıqda belə varlığını hiss etməkdir…
Sevgi, xəyalında canlandırdığın mümkünsüz olandır.

Sevgi, hər şeye rəğmən sevməkdir, əzabına dözmək, çətinliyini hədiyyə bilməkdir.
Sevgi qışın bahara, baharın qışa tələsməsidir. Dilsiz, ağızsız danışmaqdır sevgi…

Sevgi qarşılıq istəmədən ardınca getməkdir. Sevgi bir tək ürəkdədir ki, yalansız və ixtiyarsız.
Sevgi ölçülməzdir, dəyəri axtarılmaz və qədərsizdir.

Mənim üçün sevgi, uca Allahın Yaradıcı adı altında hər şeyi sevməkdir, sevə bilməkdir.
Sevgi insanın dünyada tərkinə öz Yaradıcısını axtardığı halda, gözlə görüb, əllə tuta biləcəyi varlıqda tapdığı duyğudur həm də…

Müəllif: Vüsalə Vətənxan

 

Flirt nə vaxt xəyanət sayılır?

  • Sevgi

Bəyənildiyini hiss etmək sadəcə qadınların deyil, hər kəsin arzusudur.

Hələ qarşı cins tərəfindən bəyənildiyini hiss etmək daha gözəldir. Razılaşaq ki, kiçik flirtlər insana özünü yaxşı hiss elətdirir. Bəs zərərsiz görünən bu flirt nə vaxt xəyanət sayılır?

Evlisiz, ya uzun müddətdir biriylə birlikdəsiz və hər şey yerli yerindədi. Sadəcə bir az həyəcanınızı itirmisiz. Son zamanlar da iş yerindəki biriylə dost baxışlarınız tez–tez toqquşur, danışarkən ya siz ona, ya da o sizə nəzakətlə toxunur, qısacası kiçiki flirt yaşayırsız. Bu da sizə özünüzü yaxşı hiss elətdirir.


Ardı →
 

Beyinlə sevirik, yoxsa ürəklə?

  • Sevgi

“Bütün azadlıqlar beyində  başlayar  beyində bitər”

Həyatıboyu iki insan arasında bir-birinə tərbiyəvi təsir göstərən təkmilləşdirməyə, nəcibləşdirməyə xeyirxah və səmimi etməyə sövq edən ən ülvi və pak hiss sevgidir. Bəs böyük sevgilər harada başlayar ürəkdə, yoxsa beyində?

Bu günə qədər hər bir insanın ifadə etdiyi bir fikir hələ də öz qüvvəsində qalır “sevginin mənbəyi qəlbdir”. Sevgi qəlbdən başlamır. Beynimizin əmri ilə yaranan kimyəvi reaksiyanın nəticəsini qəlbimizin ətrafında hiss ediyimiz üçün sevqimizin də qəlbdən qaynaqlandığını zənn edirik.


Ardı →
 

Sevən insan necə olur?

  • Sevgi


Sevən şəxs mütləq ətrafına xoşbəxtik saçar. Sevgisini itirənlər isə bir anda yasa batar, psixoloji sərmayələri iflas edər, immuniteti düşər. Bədənin xəstəliyə yoluxma riski artar, daha tez-tez xəstələnərlər.

Sevgi nədir? Sevginin psixoloji həyat üzərindəki təsiri nələrdir?
Sevgi insanın sevə bilmə, istehsal potensialı, eqo funksiyası, psixolji sərmayəsidir.

Sevgi istehsal edərək, sevilmək ehtiyacını doydurma müddətidir. İnsanın dünyaya gəlişi ilə başlayar, yaşadığı müddətdə davam edər, ölümündən sonra belə varlığını davam etdirər. Sevgi insanın hər hüceyrəsində varlığını davam etdirir, bütün canılıların ehtiyacıdır. İnsan həyatında bioloji bir ehtiyac olmaqla yanaşı bütün beyin potensialını, psixolji hallarını və sosial paylaşımlarını əhatələyən bir fəaliyyətdir.

Sevgi ən geniş duyğusal yaşantıdır. Eşq isə bunun seçilən alt qismidir. Eşq, sevginin kuliminasiyada yaşanmasıdır. Eşqi qarşı cinsə hiss edilən hisslərlə kifayətləndirməməliyik. Tanrı, təbiət və insan sevgisi də eşqin içindədir.


Ardı →
 

Sevgini yeniləməyin yolları

  • Sevgi

Sevgi nə üç il, nə də beş il sonra sona çatır. Bəzi mütəxəssislər sevginin müəyyən müddət davam edib sona çatan hiss olduğunu iddia edirlər. Amma sosioloqların sözlərinə görə, sevgi nə üç il, nə də beş il sonra sona çatan hiss deyil. İnsanın qarşısındakı şəxsi uzun illər ilk günkü kimi sevməyi mümkündür. Bunun üçün sadəcə bir az çalışmaq lazımdır. 

Hisslərinizi ifadə edin
 Adətən bir müddətdən sonra insanlar bir-birinə sevgi etirafı etməyi unudurlar. Vaxt keçdikcə unudulan bu etirafları geri qaytarın. Məsələn, hər gün azı bir dəfə sevgilinizə “səni sevirəm” deməyi unutmayın.

Bir yerdə vaxt keçirin
Əlaqələr müəyyən bir mərhələyə gəldikdən sonra tərəflər artıq əvvəlki qədər bir-birinə vaxt ayırmır. Kişilər vaxtını daha çox dostları ilə gəzməyə, futbola baxmağa, qadınlarsa rəfiqələrinə, yaxud da uşaqlarına sərf edir. Unutmayın ki, bir-birinizə vaxt ayırmaq münasibətinizə rəng qatacaq. Heç bir şeyə imkan tapa bilmirsinizsə, həftədə bir ya da iki dəfə baş-başa film izləyin.


Ardı →
 

Parisdəki Sevgi divarı

  • Sevgi

Je t’aime…I love you… Te amo… Mən səni sevirəm. Bütün dillərdə bu ifadə sevgililər üçün həzin bir melodiya kimi səslənir. Bəs əgər 311 dildə birdən? Düzdü, səslənməsə də görsənə bilər. Məhz bu sayda sevgi etirafı Parisin Monmartresində yerləşən sevgi divarında yazılıb.


Ardı →
 

Sevgidə bədən dili

  • Sevgi

Mütəxəssislər sevgiliniz, ya həyat yoldaşınızın sizi sevib sevmədiyini hərəkətlərinə baxaraq anlaya biləcəyinizi deyirlər.

Cütlüklər bir-birinə bədən dili ilə “Səni sevirəm”, “Səni sevmirəm”, “Səndən asılıyam” kimi mesajlar verir. Yəni sevgi bədən dili ilə başlayır, sonra danışıq dilinə keçir. 

Sizə marağı varmı?
Araşdırmalar zamanı qadın, ya kişinin siqaret çəkərkən ovuc içinin çevrilmiş olduğu insana qarşı marağının olduğu müəyyənləşib. Bir qadın 5 kişinin içində siqaret çəkərək o tərəf, bu tərəfə baxarsa, ancaq ovcunun içi bir insana qarşı yönəlibsə, həmin kişi özünü “seçilmiş” hiss edə bilər.

Sevgilinizə sizi aldadıb aldatmadığını soruşduğunuzda burnunun ucunu qaşıyırsa, aldadıldığınızı düşünməkdə haqlısız! İnsanlar doğrunu deməkdə çətinlik çəkdikləri zaman qan təzyiqləri yüksəlir və burundakı kapilyar damarlar təzyiq gördüyündən qaşınır. Əlbəttə, hər burun qaşınması yalan deməyə işarə deyil.

Bəzən isə münasibətlər sübut kriteriyaları ucbatından bitə bilər. Məsələn, tərəflərdən biri digərinə “Gözlərimə uzun-uzun baxmırsan, deməli, artıq məni sevmirsən” deyir.

Bədən dili bədənimizin əlcəyinə bənzədilir. Bədən dili ilə yalan demək, özəlliklə sevgi kimi duyğusal bir məsələdə çox çətindir. 

 

Ayrılıq ağrısı

  • Sevgi
Sevdiyiniz insanla ayrıldığınız zaman onu unutmağınız üçün həftələr, aylar, hətta illər lazım ola bilər. Bu müddət ərzində yada düşən keçmiş xatirələr, xoş günlər uzun müddət əzab çəkməyinizə səbəb olacaq, amma hər şeyin əvvəlki halına qayıtmasına ümidiniz yoxdursa, onunla aranızda olan bütün münasibətin bitdiyini düşünürsünüzsə, bundan sonrakı həyatınıza qaldığınız yerdən davam etməyiniz üçün hər şeyi unutmaq lazımdır. Bunun üçün sizə kömək olacağını düşündüyümüz bir neçə məsləhət vermək istəyirik.

Bütün hisslərinizi sözə çevirin
Ayrılıqdan sonra bütün hisslərinizi, kədərinizi ətrafdan gizlətmək, ürəyinzə atmaq sizə daha çox əzab verəcək. Bundansa daha yaxşı olar ki, bütün hisslərinizi, fikirlərinizi özünüzə yaxın hesab etdiyiniz biri ilə bölüşəsiniz.Danışdıqca rahatladığınızı özünüz də hiss edəcəksiniz.

İdman edin
Ayrılıqdan sonra uzun müddət stress keçirəcəksiniz. Yaşadığınız bu stress ətrafınızda baş verən pozitiv hadisələri görməyinizə və onlara görə sevinməyinizə mane olacaq. Stressin səbəb olduğu digər bir hal isə piylənmədir. Yəni, stressdən qurtulmağınız həm neqativ enerjidən, həm də artıq çəkidən xilas olmağınız deməkdir. Buna görə də idmanla məşğul olmağa səy göstərin. Əgər idman zalına gedəcək qədər çox vaxtınız yoxdursa, evdə yüngül məşq hərəkətlərini təkrarlayın.
Ardı →
 

İlk görüşün necə keçdiyini göstərən əlamətlər

  • Sevgi


Yenicə tanış olduğunuz biri ilk görüşdə bunları edirsə, diqqətli olun. Siz də bunları yaşamısınızsa, deməli, sizdə heç nə alınmadı!

Keçmiş sevgilisindən bəhs edirsə
Demək  keçmiş sevgilisini hələ də unutmayıb. Pis, ya yaxşı biri olmasndan danışması, onunla bir gələcək qurmamanıza bir işarədir.

Tez getməlidirsə
Hələ 5 dəqiqədi oturmusuz və “gecikirəm, getməliyəm”  deyirsə, bu,  yaxşıya işarə deyil. İkidə bir telefonuna, saata baxırsa, vaxt keçirmək üçün eksrtra cəhd göstərir demək.


Ardı →