Reytinq
20.85
səs: 3

Bloq haqda

cinsiyyət orqanları,cinsiyyət orqanlarının xəstəlikləri.Uroloji xəstəliklər. Sidik sisteminin xəstəlikləri və andrologiya,kişi xəstəlikləri

administratorlar (1)

moderatorlar (1)

Oxucular (9)

fidan Dr Həkim luminat Zeyneb_Ehmedova Aristotel yravil AykaJackson Abdulyar SÜSən_Mehrəliyeva

Sidik-cinsiyyət sisteminin neoplazmaları

Sidik-cinsiyyət sisteminin neoplazmaları hər iki cinsdə və hər yaşda rast gəlinə bilər. Onkoloji xəstəliklər içərisində kişilərdə 30%, qadınlarda isə 4% hallarda rast gəlinir. Böyrəklərin karsinoması dedikdə rast gəlinən neoplazmaların 2.5%-ni böyrəklərin adenoması başa düşülür. Qeyd etmək lazımdır ki, kişilərdə bu xəstəlik iki dəfə daha çox rast gəlinir. Adenokarsinomanın əmələ gəlməsinin səbəbləri: siqaret çəkmə, piylənmə, hipertoniya, böyrək sistaları.

İlk əlamətlərdən biri hematuriyadır (sidikdə qan) və bu minimal dərəcədən maksimal dərəcəyə qədər ola bilər. Daha sonra beldə ağrı, bir neçə həftə ərzində günün ikinci yarısından sonra bədən temperaturunun 38-39 dərəcəyə qədər yüksəlməsi müşahidə olunur.



Ardı

Sidik daşı xəstəliyi

Xəstəliyin öyrənilməsi alimləri daim düşündürən mövzulardandır. İlk öncə onu qeyd etmək lazımdılr ki, kifayət qədər çox rast gəlinən xəstəlikdir. Sidik daşları 80% hallarda kalsiumdan, 5 %hallarda sidik turşusundan, 2% hallarda sistindən, digər hallarda isə qarışıq tərkibdən  ibarət olur. Daşlar sidik yollarında hər yerdə ola bilər və çox vaxt qanaxma və ağrıya səbəb olurlar. Bəzi daşlar var ki, gizli qala bilirlər, lakin böyrək ləyənciyi, kasacığı, sidik axarını zədələyərsə, bel nahiyəsində  böyrək kolikası adlanan ağrı meydana çıxır.  Ağrı o qədər güclü olur ki, xəstələr dözə bilmirlər. Ağrı ya bədənin  yan tərəflərində ya beldə yaranır, sonra isə böyrək nahiyəsinə keçir, ardıcıl olaraq sidik axarı ya cinsiyyət orqanları yerləşən nahiyə və ən sonda bud nahiyəsinə yayılır.



Ardı

Prostat vəzin xəstəlikləri

Prostat vəzin adenoması: prostat vəzin adenoması və ya hipertrofiyası kifayət qədər çox rast gəlinən xəstəliklərdəndir. Amerikada aparılan tədqiqatlara görə, adenoma 30-40 yaxşı kişilər arasında 10%, 40-50 yaş arası kişilərdə 20 %, 50-60 yaşarası kişilərdə  40%, 60 yaşdan yuxarı olan kişilərdə isə 70%-ə qədər təsadüf olunur. Maraqlısı budur ki, kişilərdə yaşlanan zaman sidiyə çıxmaq daha çətin, qadınlarda isə əksinə hətta onu saxlamamaq dərəcəsində də ola bilər. Ahıl yaşlarda kişilərdə nəinki hormonal status dəyişir, həmçinin hormonların müxtəlif toxumalarda  çevrilmə prosesi dəyişir, o cümlədən də prostat vəzidə. Normal prostat vəzin 30 qr çəkisi vardır.



Ardı

Varikosele

Varikosele — toxum ciyəsi venalarının genişlənməsidir. Ən çox 10 — 15 yaşlı oğlanlarda təsadüf edilir. Toxum ciyəsi venalarının genişlənməsi birincili və ikincili olur. Birincili və ya idiopatik varikoselenin etiologiyası bu günə kimi bəlli deyil. İkincili varikosele çox vaxt peritonarxası şişin sol böyrək venasını sıxması nəticəsində baş verir.


Xayalarda qan üç vena istiqamətində hərəkət edir: kremaster, toxumçıxarıcı axacaq və xaya (daxili toxum ciyəsi venası) venaları vasitəsilə. Xaya venası sağ tərəfdə bilavasitə aşağı boş venaya, sol tərəfdə isə sol böyrək venasına açılır.



Ardı

Böyrək qan dövranı

Bədən çəkisinin 1/200 hissəsini təşkil edən böyrəklərdən bir dəqiqə ərzində ürək tərəfindən bədənə vurulan qanın 1/4 hissəsi keçir (dəqiqədə 1 l və ya gün ərzində 1500 l). Beləliklə, böyrək qan təchizatı başqa üzvlərin qan təchizatından xeyli intensivdir. Misal üçün, 100 q toxumaya düşən qan dövranı böyrəkdə 430 ml/dəq, ürəkdə 66, qaraciyərdə 57, baş beyində 53 ml/dəq-dir.
böyrəklərdə qan dövranıBöyrək arteriyası (a.renalis) qarın aortasından ayrılır, nisbətən böyük damar olub, diametri 9 mm-ə qədərdir. Böyrək qapısına girəndən sonra o bir neçə pay, sonra payarası arteriyalara (aa.interlobares), sonra qövsvari arteriyalara (aa.arcuatae) bölünür ki, bunlar da paycıqarası arteriyalara və onun dalınca yumaqcıqların gətirici arteriyalarına (vaz afferens) bölünürlər. Gətirici yumaqcıq arteriyası yumaqcıq kapsuluna daxil olandan sonra yumaqcıq kapilyarlarına bölünürlər və sonra yenidən birləşərək çıxarıcı arteriyanı (vaz efferens) əmələ gətirirlər.



Ardı

Böyrək daşına səbəb olan qida məhsulları

Böyrək daşları böyrəkdə və böyrək ətrafı nahiyələrdə şiddətli ağrılara səbəb olur. Böyrəkdə daşın əlamətləri əsasən sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır.
Günümüzdə bir çox insanın əziyyət çəkdiyi bu xəstəliyə yediyimiz qidaların səbəb olduğunu bilirdinizmi ?Böyrəkdə əmələ gələn daşın növünə görə onun hansı qida məhsulundan yarandığını bilmək mümkündür.Daşların yaranmasına əsasən aşağıdakı qida məhsulları səbəb ola bilər:

— Həddən artıq proteinli qida məhsulları
— Duzlu qidalar
— Şokolad
— Bəzi göyərtilər
— Həddən artıq çay və kofe 

digər bir səbəb kimi isə gün ərzində az su içməkdir. Normal bir insan gün ərzində 10-12 stəkan su içməlidir.

Dəyişən sidik rəngləri xəstəliklərdən xəbər verir

Sidik qəbul etdiyimiz qida maddələrinin böyrəkdə yığılıb qalan maye formasıdır. Sidik orqanizmdə ehtiyac olandan çox olan və orqanizmə ziyanlı olan mayelərdir. Beləliklə demək olar ki, sidiyin tərkibi su, ölü qan hüceyrələri və digər bu kimi tullantılardan ibarətdir.
Sidiyin ən önəmli xüsusiyyətlərindən biri də onun rəngidir. Normal rəngi solğun sarı rəng olan sidiyin rəngi dəyişir ki, bu da bir çox xəstəliklərin göstəricisidir. Bəzən yediyimiz qidalar da onun rənginin dəyişməsinə səbəb ola bilər lakin əksər vaxtlar yaranan sağlamlıq problemləri sidiyin rənginə təsir edir.
Sidik aşağıdakı rənglərdə ola bilər.

Ardı

Prostatit

Prostat vəzi haqqında hamıda müəyyən qədər məlumat vardır. Çoxları bu vəzin xəstəliyinin ancaq  yaşla  əlaqədar olduğunu düşünür. Amma bu belə deyil! Prostat vəzi tək üzvlərdən olub, kiçik çanaqda sidikliyin altında, düz bağırsağın önündə, qasıq bitişməsinin arxasında yerləşmişdir. Vəzin  konsistensiyasi sərt və şəkli şabalıda bənzəyir. Prostat vəzinin iki səthi var:ön səthi qasıq bitişməsinə, dal səthi düz bağırsağa söykənmişdir. Dal səthin ortasında saqital istiqamətdə bir zəif şırım gedir: bu şırım prostat vəzini iki paya bölür: sağ pay və sol pay. Bunların arasında kiçik bir pay da vardır, buna orta pay  deyilir. Bu pay qocalarda hipertrofiya  edərək xeyli böyüyür və sidik buraxmağa maneçilik göstərir. Prostat vəzi sərt birləşdirici toxumadan və saya əzələ liflərindən təşkil olunmuş kapsul ilə əhatə olunmuşdur.



Ardı

Sidik və onun əmələ gəlmə mexanizmi

Böyrəklərin fəaliyyətinin son nəticəsi mürəkkəb bioloji maye olan sidiyin əmələ gəlməsidir. Onun tərkibi 150 üzvi və qeyri-üzvi kimyəvi maddələrdən ibarətdir. Gün ərzində yaşlı adamda 1 — 1,5 l sidik əmələ gəlir, bunun da miqdarı qəbul olunan mayenin miqdarından asılıdır. Sidiyin gündəlik miqdarının 500 ml aşağı düşməsi və ya 2000 ml çox artması patoloji hal kimi qiymətləndirilir. Sağlam şəxslərdə sidik ilə gün ərzində 20 — 35 q karmabid, 0,5 — 1,4 q sidik turşusu, 1 — 2 q kreatinin, 10 — 100 mq zülal, 8 — 18 q natrium xlorid, 5 q natrium, 3 q kalium, 100 — 300 mq kalsium, 60 — 120 mq maqnezium və s.xaric olur.


Ardı

Böyrək limfa sistemi və innervasiyası

Böyrəklərin limfa sistemi
Böyrəklərin qabıq maddəsində limfa sistemi periqlomerulyar və peritubulyar zonadan kiçik kapillyarlarla başlayır. Tədricən böyüyərək və birləşərək paycıqlararası qövs və payarası limfa damarlarını təşkil edir, müvafiq arteriya və vena damarlarının yanında yerləşir. Böyrək qapısı nahiyəsində böyük limfa damarı əmələ gətirir, bu da aortayanı limfa düyünlərinə tökülür. Limfa damarları beyin maddədə qabıq maddəyə nisbətən azdır, onlar düz arteriya və vena boyu yerləşir, sonra birləşərək böyük limfa damarı şəklində qövs limfa damarlarına tökülürlər.

Ardı