Bloq haqda
sinir sistemi,ali sinir sistemi,əsəb cəstəlikləri
administratorlar (1)
moderatorlar (0)
moderator yoxdurOxucular (14)
fidan loğman Elsamir Dr Həkim luminat Nurane Shahbazova Qiyasli Zeyneb_Ehmedova cahandar Aristotel AykaJackson Abdulyar yravil SÜSən_MehrəliyevaEpilepsiya
ABŞ-da 4 milyon, dünyada isə 100 milyondan çox insanın əziyyət çəkdiyi epilepsiya milyon illərdir tibb elmində ən çox yayılan xəstəliklər sırasında birinci yerdədir. Qədim dövrlərdə epilepsiya xəstələrini Allahın nifrət etdiyi bəndə hesab edirdilər. Romalılar isə epilepsiya xəstəliyini Herkules Allahının lənəti olduğunu güman edirdilər.
Ardı
- ?
- 04 mart 2012, 23:09
- burla xatun
- şərh əlavə et
Sinir sisteminin quruluşu.Refleks
Sinir sistemi sinir hüceyrələri və neyronlardan və onları əhatə edən neyroqliya aparatı və peyk hüceyrələrindən ibarətdir. Sinir hüceyrəsi öz cismi və çıxıntıları ilə birlikdə neyron adlanır.
Neyronun iki tip çıxıntısı var. Birinci qısa şaxəli dendritlərdən (dendron yunanca-ağac deməkdir) və şaxələnməyən bir uzun çıxıntılı aksondan ibarətdir. Aksonun tək bir çıxıntısı olur, uzunluğu bəzən 1 metrə çatır.
Ardı
- ?
- 16 yanvar 2012, 13:41
- luminat
- şərh əlavə et
Üz sinirinin cərrahi bərpası
Statistikaya görə, hər 100000 nəfərdən 25-30-da üz sinirinin zədələnməsinə rast gəlinir. 30-35% hallarda isə bu ağırlaşmaların hesabına olur. Statistika da göstərir ki, bu problem diqqət mərkəzində saxlanılması vacib xəstəliklərdəndir. Üz sinirinin zədələnməsi adətən, üz əzələlərinin iflici ilə müşayiət olunur və xəstəyə əziyyət verir. Üz siniri nevriti anadangəlmə və qazanılma olur.
Qazanılma nevritlər:
— virus infeksiyalarının ağırlaşması nəticəsində
— insultun ağırlaşması nəticəsində
Ardı
- ?
- 29 avqust 2011, 20:06
- Dr Həkim
- şərh əlavə et
Hipofiz şişləri
Beyindaxili şişlərin 15%-ni hipofizin şişləri təşkil edir. Hipofiz özü beynin daxili sekresiya vəzilərindən olub, öz hormonları vasitəsilə endokrin sistemi və orqanlar sisteminin funksiyalarını tənzim edir:
- Prolaktin
- Adrenokortikotrop hormon və ya AKTH
- Boy hormonu
- Tiriostimulyasiyaedici hormon
Ardı
- ?
- 23 avqust 2011, 00:44
- Dr Həkim
- şərh əlavə et
Beyin
1) Onurğa beyninin davamı olan uzunsov beyin.
2) Arxa beynin törəməsi varol körpüsü və beyincik.
3) Orta beyin.
4) Aralıq beyin.
5) Uc beyin və ya baş beyin yarımkürələri (Şəkil 5).
Ardı
Miqren
Miqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanı ağrılar əsəsən başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə müşayət olunur. Bəzi hallarda miqren zamanı görmə pozğunluğu, iflic kimi hallar da qeyd edilir. Miqren ağrıları dözülməz olur və bəzən saatlar və günlərlə davam edə bilir. iqrenin müalicəsi ilə daha çox nevropatoloqlar məşğul olurlar və müalicə prosesində individual yanaşma seçilir. Amerkanların verdiyi statistikaya əsasən qadınların 17%-i, kişilərinsə 6%-i miqren tipli baş ağrıları keçirirlər.
Bəzi hallarda miqren tipli baş ağrıları aura adlanan hallardan sonra meydana çıxır. Bunlara göz qarşısında qara nöqtələrin üçüşması, işiq saçması kimi halları misal gətirmək olar.
Ardı
- ?
- 26 aprel 2011, 15:53
- ayxansevda
- şərh əlavə et
Baş ağrıları
Hər bir insan həyatının bu və ya digər anında qisaca da olsa baş ağrısı ilə qarşılaşır. Nüfuzlu bir Amerika İnstitutu tərəfindən aparılan sorğuda müəyyən edilib ki, iştirak edən hər dörd nəfərdən üçü keçən bir il ərzındə bir dəfə də olsa baş ağrısından şikayətlənib. Başağrısı diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və etinasız münasibət ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları fərqli səbəblərdən əmələ gəlir və sağlamlıq üçün təhlükə dərəcəsi də fərqli ola bilir. Odur ki, istənilən baş ağrısı epizoduna ciddi yanaşmaq və onun requlyar xatakter alması hallarında həkimə müraciət etmək vacibdir.
Ardı
- ?
- 19 dekabr 2010, 18:36
- Dr Həkim
- şərh əlavə et
Sinir xəstəlikləri
Sinir sistemi xəstəlikləri ağır, bir çoxu tam sağalmayan xəstəliklər olub, bunlardan sonra bədəndə müəyyən ağırlaşmalar qalır. Bəzən də xəstənin ölümü ilə nəticələnir. Bu xəstəliklərə beyinə qansızmanı, beyin damarlarının trombozunu, nevriti, ensefaliti, meningiti, poliomielitləri, sklerozu, beyin şişlərini, sinir sistemi travmalarını, iflicləri, avitaminozları, epilepsiyanı, nevrozları, miqreni və s. göstərə bilərik.
Beyinə qansızma qəfildən, fiziki və emosional gərginlikdən sonra meydana çıxır. Xəstə huşunu itirir və yıxılır. Tənəffüs çətinləşir, nəbz gərginləşir, qan təzyiqi yüksəlir. Sifət qızarır, tərləyir. İflic baş verir, həmin tərəfdə ağız bucağı sallanır.
Ardı
Psixomotor coşğunluq
Xəstədə coşqunluğun ürək-damar pozğunluqları ilə birlikdə baş verməsi aminazin və tizersinin tətbiqinə qismən əks göstəriş olduğu üçün, belə hallarda əzələ və ya venaya 2 — 4 ml diazepam (seduksen) yeridilir və ya xloral-hidrat (15 — 20 ml, 6 %-li məhlulu) imaləsi edilir.
Müəllif: tibb elmləri namizədi İ.S. Proxorova
- 0
- 10 fevral 2010, 11:22
- fidan
- şərh əlavə et
