Siz depressiyadan əziyyət çəkirsiniz?

Amerikanın Arizona universitetinin mütəxəssisləri depressiyadan əziyyət çəkənlərə maraqlı bir müalicə üsulu təklif ediblər.Onlar xəstələri daxilində iki saat ərzində temperaturun 38 dərəcəyə qədər qalxdığı bir tətil çadırına yerləşdirilməklə müalicə etməyin effektiv olacağını bildirirlər. Bu vəziyyətdə isə başın çadırdan bayırda qalması mütləqdir,çünki belə halda müalicə olunmaq məqsədi olan beyin zədələnməkdən xilas olur.Bu vəziyyətdə beyində aktiv şəkildə “xöşbəxtlik molekulu”-beta endorfinlər sintez olunur və onun təsiri bir neçə həftə ərzində saxlanılır.Mütəxəssislər  həftədə 5 gün,gündə 2 saat olmaqla 7 həftə ərzində aparılan müalicənin tipik termoterapiyan üsulu olduğunu qyed edir nə uğurlu nəticələrin alınacağına ümidlidirlər.Qeyd etmək lazımdır ki,termoterapiya bir müalicə üsulu kimi artıq uzun illərdir ki,şiş xəstəliklərinin müalicəsində istifadə olunur.Hal-hazırda placebo-çadırların müalicə effekti araşdırılmaqdadır.

0 şərh