İnsultun inkişaf etməsi

Ən ağır pozulmalardan biri olan insult ölümə və əlilliyə səbəb ola bilər.

Bu videoda insultun inkişafı mexanizmi izah olunur.

Beynimiz onurğa beyini və sinirlər vasitəsilə əzələlərimizə və duyğu orqanlarımıza siqnallar göndərir və həmçinin onlardan siqnalları alır. Bu proseslər daim baş verir və onlardan bizim fikirlərimiz, hisslərimiz, davranışımız asılıdır.

Beyinin müəyyən sahələri orqanizmin müəyyən funksiyalarına kontrol edir. Məsələn, sahələrdən biri hərəkətlərimizi, digəri — görməmizi, nitqimizi və s. kontrol edir. Daim işləyən beyinin normal fəaliyyəti üçün çoxlu miqdarda enerji tələb olunur. Bu enerjini beynimiz qandan alır. Qan beynimizə ürəkdən 2 böyük arteriyalar vasitəsilə çatdırılır. Bu arteriyalar daha kiçik artriyalara bölünür.

Bəzən müxtəlif səbəblərə görə (ürək ritminin pozulmaları, ateroskleroz və s.) ürəkdə və ya arteriyalarda tromb (qan laxtası) əmələ gəlir. Bu tromb qanın axını ilə beyin arteriyalarına və kapilyarlarına düşə bilər. Əgər arteriya tromb üçün çox dar olarsa, tromb burada ilişə bilər. Nəticədə bu yerdə tıxac yaranır. Bəzən trombla tıxaclanmış damar hətta yırtıla bilər ki, bunun nəticəsində qanaxma yaranır.

Bütün bunların nəticəsində qan beyinin bu hissəsinə çata bilmir və beyin üçün lazım olan oksigen və qidalı maddələrin beyinin bu hissəsinə çatdırılması dayandırılır. «Ac qalmış» beyinin hissəsi ölür və nəticədə bu hissə kontrol etdiyi funksiyalarda (nitq, görmə və s.) pozulmalar yaranır — insanın nitqi pozulur, ətrafların hərəkətliliyi pozulur və s.

 

saglamolun.az 

 

0 şərh