Alkoqolizm

Alkoqolizm - tərkibində etil spirti olan içkilərə meyletmə xəstəliyidir. Bir dəfə spirtli içki içmə nəticəsində baş verən kəskin sərxoşluq alkoqolizmi və xronik alkoqolizm fərqləndirilir. Xronik alkoqolizmdə alkoqola (spirtli içkilərə) qarşısı alına bilməyən aludəlik və xumarlıq sindromu inkişaf edir. Birdəfəlik kəskin alkoqolizm sərxoşluğu zamanı kəskin alkoqol intoksikasiyası baş verir. Yüngül və orta dərəcədə alkoqol sərxoşluğu xüsusi müalicə tələb etmir. Ağır sərxoşluq hallarında isə komatoz hala qədər inkişaf edən müxtəlif şüur pozğunluqları, qıcolma tutmaları baş verə bilər.
Əsas terapiya orqanizmin dezintoksikasiyasına yönəldilir: venaya B6 və C vitaminləri ilə birlikdə təyin edilir. Dəri altına 5 %-li qlükoza məhlulu ilə natrium-xloridin fizioloji məhlulu yeridilir. Ağır sərxoşluğuna ürək fəaliyyətinin azalması ilə müşayiət olduğuna görə, tibb bacısı nəbzi və arterial təzyiqi müntəzəm surətdə yoxlamalıdır. Ürək-damar çatışmazlığı artdığı zaman tibb bacısı həkimin gəlməsini gözləmədən xəstəyə dəri altına 1 ml kofein (10 %-li məhlulu) yeridə bilər. Bədən temperaturu kəskin surətdə aşağı düşdükdə xəstənin üstünü örtmək və onu isitqacla əhatə etmək lazımdır. Bədəndə yanıq əmələ gəlməməsi üçün isitqacların çox isti olmamasına fikir verilməlidir. Hərdənbir xəstənin bədəninin vəziyyətini də dəyişmək lazımdır. Hərəki qıcıqların əmələ gəlməsi ehtimalı yaranarkən preparatların parenteral yeridilməsi ilə əlaqədar bütün proseduralar tibb bacısı və sanitarkaların iştirakı ilə keçirilir. Onlar inyeksiya zamanı xəstənin qollarını tutmağa kömək edirlər, xəstənin sidik kisəsinin vaxtlı-vaxtında boşalmasına fikir verilməlidir. Sidik ifrazı yubandıqda kateter salınmalıdır.
Xronik alkoqolizm hallarında çox vaxt müxtəlif kəskin psixozlar baş verir. Psixozların ən çox yayılmış növlərindən biri alkoqol deliriliyidir (alkoqol psixozu). Deliriy bərk içmə dövrü ardınca spirtli içkilərdən imtina etmə zamanı baş verir. Xəstəlik xəstənin davranışlarının xüsusiyyətini müəyyən edən şüur pozğunluğu, səmtitirmə. Təlaş, vahimə, parlaq hədələyici xəyallar (görmə hallüsinasiyaları) və sayıqlamalarla xarakterizə olunur. Xəstə xəyali təqibedicilərdən xilas olaraq və ya əmredici xəyali «səslər» tabe olub ətrafındakı xəyali düşmənə təcavüz məqsədilə pəncərədən tullana bilər və ya sınmış şüşələrdən yaralana bilər. Xəstəlik uzun sürən yuxusuzluqla müşayiət olunur, belə ki, axşamlar və gecə vaxtı psixomotor coşqunluq (psixi oyanıqlıq) daha da şiddətlənir.
Deliriy baş verdiyi zaman xəstənin üzərində bütün sutka ərzində müşahidə aparılır. Onun çarpayısı pəncərədən uzaqlaşdırılır. Hərəki həyəcanlanma şiddətləndikdə, xəstəni yatağında saxlamaq lazımdır. Müalicə tədbirləri dezintoksikasiyaya, həyəcanlanmanın dayandırılmasına və yuxunun normalaşdırılmasına yönəldilməli, habelə ürək-damar sisteminin fəaliyyətinə kömək edilməlidir. Tibb bacısı preparatların yeridilməsi işini sanitarın iştirakı ilə keçirir. Bu zaman sanitar xəstəni lazımi vəziyyətdə saxlayır. Sedativ və yuxaldıcı effekt əldə etmək üçün sutka ərzində 50 - 100 mq miqdarında (2-4 ml, 2,5 %-li məhlulu) aminazin və ya tizersin yeridilir. Preparat yeridildikdən sonra xəstənin nəbzi və arterial təzyiqi yoxlanılır, çünki bu zaman arterial təzyiq kəskin düşə bilər. Lazım gələrsə, kamfora, kordiamin, kofein yeridilir. Arterial təzyiq ifrat dərəcədə aşağı olduqda coşqunluğu aradan qaldırmaq üçün xloral hidratlı (50 ml 6 %-li məhlulu) imalə edilir. Deliriy, adətən, 3-4 gün davam edir, sağalma normal yuxu nəticəsində əldə edilir.
Xronik alkoqolizm fonunda deliriydən əlavə, kəskin və xronik eşitmə hallüsinasiyaları və sayıqlama psixozları da əmələ gəlir. Bunlar eşitmə hallüsinasiyalarının çox vaxt əmr, həqarət, pis söyüş və ya hədələmə şəklində olan xəyali «səslər»in eşidilməsi ilə xarakterizə olunur. Xəstə bu cür əmr və hərəkətlərin təsiri altında özünü öldürə və başqasına hücum edə bilər, hətta başqasını öldürə bilər. Sayıqlama təəssüratının məzmunu təqib və qısqanma ideya və hadisələrindən ibarət olur. Hər iki halda bu xəstələr ətrafdakılar üçün təhlükəli olmaqla - «təqibedicilər», «xəyanət edən» qadın və ya kişilərə qarşı yönəldilmiş təcavüz hərəkətləri edə bilərlər, hətta onları vəhşicəsinə öldür bilərlər.
Tibb bacısı xəstələrin davranışına nəzarət edir, xüsusilə qısqanclıq sayıqlaması olduğu hallarda onların qohumları ilə görüşlərində iştirak edir.

Müəllif tibb elmləri namizədi İ.S. Proxorova

UPD. Düzgün oxuma çəkini atmaqda kömək edir
Amerikalı alimlər tərəfindən aparılmış tədqiqatların nəticələri göstərir ki, düzgün seçilmiş oxuma kökəlmədən əziyyət çəkən yeniyetmələrdə çəkinin azalmasına səbəb olur.
Alimlər kökəlmədən əziyyət çəkən və artıq çəkini azaltma proqramında iştirak etmiş 9-13 yaşlı qızlar qrupundan xahiş etmişlər ki, Ənni Brayant tərəfindən yazılmış yeniyetmələr haqqında romanlar seriyasından birini oxusunlar. Mütəxəssis-pediatrların köməyi ilə mətnə sağlam həyat tərzi nöqteyi-nəzərindən müsbət modellər tətbiq edilmiş, həmçinin çəkinin idarə edilməsi üzrə məsləhətlər verilmişdir.
Altı aydan sonra alimlər aşkar etmişlər ki, romanı oxumuş 31 qız bədən kütləsinin indeksinin kifayət qədər aşağı səviyyəsini (-0,71%) göstərmişlər, eyni zamanda nəzarət qrupundan olan 14 qız isə əksinə, bədən kütləsi indeksinin 0,5% artdığını göstərmişdir. Bu barədə tədqiqatın rəhbəri Aleksandra Rassel məlumat vermişdir.

UPD. Böyük Britaniyanın Milli Statistika Xidməti tərəfindən aparılan araşdırma göstərib ki,yüksək vəzifədə olan xanımlar adi işçilərlə müqayisədə düz iki dəfə çox spirtli içki qəbul edirlər.

 

0 şərh