Рейтинг
+11.45

Sinir sistemi

31 üzv, 58 topik

Yaddaşımız niyə zəifləyir?

Son zamanlar yalnız yaşlılarda deyil, gənclərdə də yaddaş probleminin şahidi oluruq. Yəqin ki, hər kəsin ətrafında “görəsən, nə edəcəkdim”, “filan əşyanı hara qoymuşam” və bu kimi sualları tez-tez özünə verən insanlar var. Digər xəstəliklər kimi bu problemin də yaşı cavanlaşıb deyə bilərik. Maraqlıdır, buna səbəb olan amillər nələrdir?

Yaddaşsızlıq probleminin əsasında 3 əsas psixoloji səbəb durur Psixoloq Taryel Faziloğlu açıqlamasında bildirib ki, bu problem yalnız Azərbaycanda deyil, digər ölkələrdə də aktualdur:

“Əvvəllər yaddaş problemi sadəcə yaşlı insanlarda olurdu. Bu artıq fizioloji prosesdir. Yaşlandıqca beynin müəyyən funksiyalarını zəifləməyə başlayır və yaddaşsızlıq özünü biruzə verir. Bu problemlərin psixoloji tərəflərinin kökündə duran əsas amil insanların gələcəklə bağlı hədəf planlamasının olmamasıdır. Amma indiki halda gənclərin yaddaşsızlıq probleminin əsasında 3 əsas psixoloji səbəb durur.
Davamı →

Dağınıq skleroz haqqında 10 mif

Dağınıq skleroz diaqnozu qoyulmuş insanlar tez-tez bu xəstəlik haqda çoxlu miflər, onunla bağlı anlaşılmaz və yarı gerçək fikirlərlə rastlaşırlar. Həmin mifləri təkzib edən aşağıdakı fikirlər ümidsizliyə qapılmamaq və müəyyən məqsəd əldə etməkdə sizə kömək edəcəkdir.

Mif 1: Dağınıq skleroz nəsildən nəslə ötürülür
Dağınıq skleroz əslində irsi xəstəlik deyildir. Əgər əkizlərdən birində bu xəstəlik varsa, bu o demək deyildir ki, eyni genetik quruluşa malik o biri əkiz tayında da həmin xəstəlik olsun. Ətraf mühit faktorları, sənayeləşdirilmə, viruslar və iqlim də bu xəstəliyin yaranmasında rol oynayır.

Mif 2: Simptomlar olmadığı halda müalicəyə başlamaq vacib deyil
Yaxın vaxtlara qədər yalnız aydın simtomları üzə çıxdıqdan sonra dağınıq skleroza qarşı müalicə aparılırdı. Lakin məlum olmuşdur ki, xəstəliyin lap erkən mərhələlərində belə sinir hüceyrələrinin (neyronların) ciddi zədələnməsi baş verir, bu isə yaddaş, diqqət və informasiyanın işlənməsi kimi funksiyaların pozulmasına gətirib çıxarır.
Davamı →

Çox yatmaq beyini zəiflədir

Yuxusuzluq insanın sağlamlığına ciddi ziyan vurur, ürək-damar, sinir, mübadilə, xərçəng xəstəliklərinin riskini artırır, immun sistemini zəiflədir, piylənməyə səbəb olur. Lakin alimlərin fikrinə görə, çox yatmaq da sağlamlıq üçün ziyanlıdır.

Boston Universiteti alimlərinin son araşdırmaları göstərib ki, gecə 9 saatdan çox yatan insanlarda demensiyanın (ağıl zəifliyi) və Alsgeymer xəstəliyinin riski artmış olur. Bəzi araşdırmalar göstərir ki, 9 saatdan çox yatan yaşlı insanlarda demensiyanın riski 6 dəfə (!) artır. Bu əsasən alı savadı olmayan insanlara aiddir. Savadlı, əqli fəaliyyəti ilə məşğul olan insanlarda demensiyanın riski az olur.

Bundan əlavə daim 9 saatdan çox yatan insanlarda intellektin və yaddaşın kəskin zəifləməsi, beyinin kiçilməsi kimi simptomlar müşahidə olunur. REUTERS-ın məlumatına görə, bu xüsusilə yaşlı insanlara aiddir. Lakin cavanlar üçün də çox yatmaq faydalı sayılmır.

Davamı →

Baş ağrısını azaldan qeyri-adi üsul

Baş ağrılarından xilas olunmaq üçün insanlar müxtəlif vasitələrdən istifadə edir — ağrıkəsici həblər, xalq təbabəti vasitələri, massaj və s. Sizə baş ağrılarını azaldan qeyri-adi üsul haqqında məlumatı təqdim edirik.

İnsanın əllərində (xüsusilə ovuclarında) çoxlu sayda bioloji aktiv nöqtələr var. Bu nöqtələrin insanın bütün orqan və sistemləri ilə sız əlaqəsi var. Bioloji aktiv nöqtələrə təsir etməklə bir çox ağrılardan və s. pozulmalardan xilas olunmaq mümkündür.

Davamı →

Baş gicəllənməsinin təbii müalicəsi

Bir çox insanların həyatında bu və ya digər səbəbdən baş gicəllənmələr olur.

Bu məsələ daim diqqət mərkəzində saxlanılmalıdır. Ona laqeyd yanaşmaq olmaz. Baş ağrıları və ya baş gicəllənmələri fərqli səbəblərdən əmələ gəlir və onların sağlamlıq üçün təhlükə dərəcələri də müxtəlif olur. Baş gicəllənmələri requlyar xarakter aldığı zaman həkimə müraciət etmək vacib hal alır.

Baş gicəllənməsinin müalicəsi, xəstənin baş dönməsinin səbəbinə bağlıdır. Bu təhlükəli xəstəliyin ilkin əlaməti ola bilər. Baş gicəllənməsinin sadə müalicəsinə lazımi preparatlardan və prosedurlardan əlavə evdə bol maye, su qəbul etmək, düzgün qidalanmaq və istirahət daxildir.

Gərgin baş ağrıları sakitləşdirici gimnastika, gəzinti kimi tədbirlərlə müalicə oluna bilər. Bu ağrıların əsas səbəblərindən biri də stressdir. Baş ağrılarından və baş gicəllənməsindən ancaq stressi həyatınızdan çıxartmaqla qurtula bilərsiz. Baş ağrıları zamanı akupunktura, massaj kimi vasitələr də sizə kömək edir. Həmçinin təbii bitki yağları, gül vannaları, aromaterapiya yağları ilə edilən masajların faydası çoxdur.
Davamı →

Sinir sistemi üçün ən xeyirli məhsullar

Hər zaman eşitdiyimiz «bütün xəstəliklər əsəbdəndir» kimi fikirlər həqiqətdir.
Sinir sistemi zəiflədikdə, ürək-damar, həzm və sidik-tənasül sistemində ağırlaşma təhlükəsi yarana bilir.

Sinir sisteminin sağlam saxlanılması üçün, düzgün qidalanma çox vacibdir.Sizə sinir sistemi üçün lazımlı olan məhsullar siyahısını təqdim edirik:

— Banan və təzə pomidorlar. Sinir sistemini möhkəmləndirir və depressiyanın yaranmasına əngəl olur.

— Skumbriya, treska və qızıl balıq. Bu balıqların tərkibində lazımlı yağlar var. Sinir tellərini toksik maddələrdən qorumağa kömək edən, qaraciyəri canlandırır.

— Yumurta. Letitinlə zəngin olan bu məhsul, pis əhval-ruhiyyə ilə mübarizə etməyə kömək edir.

— Süd məhsulları, kələm, kök, alma. Bu məhsulların tərkibində orqanizm üçün ideal porsiyada kalsiy və fosfor vardır. Kalsiy sinir gərginliyindən kömək edir, fosfor isə sinir sistemini gümrahlandırır.
Ardı →

Başgicəllənmənin səbəbləri

İnsanların əksəriyyəti bu halla tanışdır.
Başgicəllənməsi zamanı insanda onu əhatə edən əşyaların onun ətrafında fırlanması və ya öz bədənin fırlanması hissi yaranır. Buna tibbdə «həqiqi baçgicəllənmə» (vertiqo) deyilir. Bəzən insanlar digər simptomları hiss etdikdə (zəiflik, gözlərin qaralması, halsızlıq və s.) onları səhvən başgicəllənməsi kimi anlayırlar. Lakin bu belə deyil.
Həqiqi başgicəllənmə tez-tez təkrarlanırsa, bu bir sıra pozulma və xəstəliklərin əlaməti ola bilər. Bu halda mütləq həkimə müraciət etmək lazımdır. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduqda terapevt xəstəni digər həkimlərin (LOR, nevropatoloq, nevroloq, ortoped və s.) müayinələrinə göndərə bilər.
Davamı →

İnsultun inkişaf etməsi

Ən ağır pozulmalardan biri olan insult ölümə və əlilliyə səbəb ola bilər.

Bu videoda insultun inkişafı mexanizmi izah olunur.

Beynimiz onurğa beyini və sinirlər vasitəsilə əzələlərimizə və duyğu orqanlarımıza siqnallar göndərir və həmçinin onlardan siqnalları alır. Bu proseslər daim baş verir və onlardan bizim fikirlərimiz, hisslərimiz, davranışımız asılıdır.

Beyinin müəyyən sahələri orqanizmin müəyyən funksiyalarına kontrol edir. Məsələn, sahələrdən biri hərəkətlərimizi, digəri — görməmizi, nitqimizi və s. kontrol edir. Daim işləyən beyinin normal fəaliyyəti üçün çoxlu miqdarda enerji tələb olunur. Bu enerjini beynimiz qandan alır. Qan beynimizə ürəkdən 2 böyük arteriyalar vasitəsilə çatdırılır. Bu arteriyalar daha kiçik artriyalara bölünür.


Ardı →

Miqreni müalicə etmək olarmı?

Miqrendən əziyyət çəkənlərin əksəriyyəti, həkimə müraciət etməyərək, saatlarla ağrıya dözməyə üstünlük verirlər.
Bu böyük səhv hesab edilir! Çünki, nəbz vurğusu kimi pulsasiya edən baş ağrıları nəinki miqrenin, məsələn beyin şişinin də əlaməti ola bilər!

Bundan savayı müalicə olunmayan miqren çox ağır fəsadlara gətirib çıxara bilər! Onlardan biri – miqrenoz statusdur. Bu, bir-birinin ardınca davam edən bir sıra ağır miqren tutmaları və ya qeyri-adi dərəcədə güclü olan bir, lakin uzun sürən (72 saatdan artıq) miqren tutması şəklində baş verir. Baş ağrısı — başın bir yarısından “şişib daşaraq” bütün başa yayılır. Miqrenoz status zamanı çoxsaylı qusma baş verdiyi üçün, hətda bu, bədənin susuzlaşmasına və qıcolmaların yaranmasına da səbəb ola bilər. Bu vəziyyətdə olan xəstəyə müvafiq tibbi xidmət göstərmək üçün, onu təcili şəkildə xəstəxanaya çatdırmaq lazımdır.
Davamı →

Kompüterin sinir sisteminə etdiyi mənfi təsirlər

Gecə kompüter qarşısında oturmaq ziyandır. Bələki gecə saatlarında İnternetdə söhbətləşən insanların yeni informasiyalar qəbul etməsi, yadda saxlaması çətin olur.  

Yuxudan əvvəl kompyuter qarşısında çox vaxt keçirən insanlarda stres hallarına daha çox rast gəlinir.

Elektron yazışma daha fəal işdir. Hər cümlə haqqında düşünmək və klaviaturada beynindən keçənləri yazmaq beyini dincəlməyə, yuxuya hazırlaşmağa qoymur. Bu, sonda əsəb sistemində pozulmalara aparıb çıxarır, — deyə tədqiqatçılar bildirir.

Sorğu göstərib ki, gecə yuxusundan əvvəl bu işlə məşğul olanların 70%-dən çoxu ya yuxuya gec gedir, ya da yuxuya getdikdən sonra rahat yata bilmir, tez-tez oyanır, yaxud səhərədək o tərəf-bu tərəfə çönür. 

Araşdırma televizora baxmağın zərərinin bu qədər olmadığını göstərib.

 


Davamı →