Ən son nə vaxt teatra getmisiniz?

Teatr— incəsənətin bir növü olub, hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır.
 

11 şərh

kurdamir
Mövzu ilə Bağlı Şərhlər yaza bilsəz Yaxşı olar…
ctrlA
Ölkədə kinoteatrlarda göstərilən kinoların olduqca yersiz və mənasız olması normalda adamları teatra istiqamətləndirməlidi. Gənc Tamaşaçılar, Pantomim yaxşı teatrlardı. Oda da yaxşı başlamışdı. Məlum «art fotoları» hadisəsindən sonra onlar da öz mahiyyətlərini ortayan qoydular.
azadmamedov90
Biletlər çox vaxt pulsuz olur, onda gedirəm. Çünki onda kollektivlə gedirik, tək getmək maraqlı olmur..Yağmurlu havada belə çox gözəl keçir zaman o teatrda.
azadmamedov90
Pulsuz deyəndə, təşkilatlara paylanılır.
name
-1..1...10
Yuxarıdakı cavablar arasında bu rəqəmlərdə olduğu qədər fərq var. Mənim cavabım yuxarıda yoxdu. 
kurdamir
Eləysə Cavab Variantınızı yazın.
acqarik
Mən aprel ayına teatr bileti almışam. Tez-tez gedirəm. Teatr insanın dünya görüşünü artırır.
Gülnar
Ən son bir ay əvvəl Gənc Tamaşaçılar teatrinda, "Şeyx Sənan" tamaşasına baxmışam.
Ferbara
Bir az fikirləşəndən sonra sonuncu dəfə getdiyim tamaşanı xatırladım. Gənc tamaşaçılar Teatrında səhnəyə qoyulmuş, Cənnət Səlimovanın quruluş verdiyi «Rome və Cülyetta» tamaşasının premyerasına getmişəm.
Türkəl
Dəvət edən olsaydı gedərdim.
kurdamir
Əgər fikir vermisinizsə Yuxarıdakı Variantlar arasında Heç getməmişəm variantı var və O varianta bir nəfər səs verib O da mənəm. Hələki Teartra getməmişəm :(