Mənə bir filmlər məsləhət gör, amma "pis səhnələr" olmasın deyən adam haqqında düşüncəniz:

44 şərh

Gülnar
Fikirlərinizi şərhə yaza bilərsiniz, maraqlıdı
kurdamir
Gülnar Bu tip sorğu-topiklər üçün Sorğu-Topik bloqu var,Əgər istəyirsinizsə ora yerləşdirə bilərsiniz.         bit.ly/1KcI6Uc
Gülnar
Yerləşdirək də niyə yerləşdirmirik:) Sualda filmlər yox film olmalıdı, düzəliş edə bilmirəm. Deyəsən sualı dəyişmək olmur nədisə. Üzrlü sayınız
Ferbara
Qəşəng sorğudu. :) Prosta pis səhnələr olmasın şərti düz çıxmır. Sadəcə deyə bilər ki, pis səhnələrin olduğu zaman aralığını yaz mənə de, onları baxmadan ötürüm. :))
Ferbara
Dostumun sorğusuna şərh yazarkən efirdə olduğumu unutdum. «Prosta» əvəzinə «intəhası» olmalı idi. :)
Gülnar
Sağ ol ezizim. He menim de isim-gücüm qurtarib, oturub yazacam ki, filan filan filanci deqiqelerde baxma ha:)
 
_BUMERANQ_
Məsələ filmə hansı zehniyyətlə baxmaqdadı. Filmin məğzinə köklənmək lazımdı, vəssalam :)
Gülnar
Bumeranq raziyam :)
Ses verin şerhde de mümkünse fikrinizi esaslandirin.  Sonra deyirsiz maraqli müzakireler olmur saytda.
Bumeranq neye ses vermisen? Ferbaranin fikrini oyrene bilmedik meselen:)
Ferbara
Normaldır, əxlaqının pozulmasını istəmir
kulturoloq
Məlum məsələ dövrun aktual məsələsdir. Normal insandir. 
Türkəl
Maraqlıdır, yaşı 18-dən yuxarı olan adamın əxlaqı nə vəziyyətdə olmalıdır ki, onu kino səhnəsi pozsun? Bu artistlikdən başqa bir şey deyil.
Gülnar
Yoldaşlar, söhbet 18 yaşina çatmiş şexsden gedir. Her yetkin insan heyat haqqinda tesevvüre malik olur ve özünü idare edecek qabiliyyetde olur. Filmi bu tip sehneye göre pis film hesab etmek yanlíşdir. Çünki esl film heyati eks etdirmelidir, yalniz hadise yiğimi olmamali, insani düşündürmelidir. Meselen, men bir filmde ele söyüşlü bir sehne görmüşem ki, günlerle tesirinde olmuşam. Söyüşün tesirinde yoxa, obrazin çekdiyi ezabin, hislerin tesirinde.
JAVIER_ZANETTI
:)) Teessufler olsun ki, kompu yeni format eletdirmiwem AZE wriftle yaza bilmirem (((. Yoxsa uzun uzadi paylawardim fikirlerimi.
 Iki deqiqelik 18+ kadra gore kiminse, kimlerinse haqqina girib muhakime edebilmerik. Indi son zamanlarda cekilen en reytinqli filmlerin hansi birinde 18+ yoxdu?! Hamisinda var ve film de «Pis Sehne(ler)» varsa ve bu sehneleri ceken, bu sehneleri oynuyan insanlar dunyada mehwur olurlar, boyuk meblegde qazanc elede edirler amma sade bir insan bir film izleyir ve filmin ortasinda 'Pis Sehneni" izlediyine gore, hemin wexsin exlaqi haqqinda derinden fikirlewmeliyik. :)) 
 
  Normaldır, əxlaqının pozulmasını istəmir.
    Sadece normaldir deye bilerem. Exlaq filmle formlawsaydi, kitaylar coxdan bir yol tapmiwdilar :) 
 
 
O adam film nədi bilmir.
 «Pis Sehne»; Film demek deyil !
 
 
Əcəb eliyir, biabırçı səhnələri olan filmlər mentalitetimizə ziddir.
Hansi «Mentalitet»?!  ( Bu weher, sakinleri ile beraber coxdan «Muasirlik» qatarina minib korkorane yola duwub. Meselen: Evimiz de, anamizin eziyyetle hazirladigi kompot var amma  elimizde tutdugumuz wuwenin ustunde «Coca Cola» yazilib. Ve s.  Ve daha cox weyi(leri) ozumuzle berbar deyiwdirmeyi bacardilar. Ona gore deyirem; Hansi «Mentalitet?!» )
 
 
Belə sorğu verdiyinə görə sənə ayıb olsun
 Bele sorguya gore Gulnar xanim size mutewekkirem. Cox gozel sorgdu, tewekkurler.
 
 Mene bir film meslehet gor amma «pis sehnesi» olmasin deyen wexsin  haqqinda duwuncelerim her zaman o insana qarwi nece olubdursa, hemin anda da onun haqda duwuncelerim eynidir. Cunki herbirimiz etrafimizdakilarin hansi exlaqa, hansi duwunceye, hansi zovqe malik oldugunu az-cox bilirik. ;)
 
 Bawinizi agritdigim ucun uzur isteyirem. Ve wirfte gore iki defe artiq uzur isteyirem KAYZENIMIZIN qanunlarini bile bile pozdugum ucun ((( 
  
Gülnar
Təşəkkür edirəm açıq fikirlər üçün. Təkcə «pis səhnə film demək deyil» cümləsinə münasibət bildirəcəm. Çünki, oxşar məntiqlə fikirlərinə hörmət etdiyim şəxslər də birinci varianta səs verib. Pis səhnə film demək deyil bəli, amma elə şeylər var ki onu çatdırmaq üçün açıq səhnə olmalıdır və rejissorun ustalığı ondadı ki, bu səhnəni bayağı, yersiz yox, estetik təqdim edir. Deməli, pis səhnəsi olan film sənət əsəri ola bilər. Bizdə amma var axı, olan şeyi görməməzlikdən gəlmək. Süni tabular yaradıb həyatımızı çətinləşdirmək. 
JAVIER_ZANETTI
Men sizinle tamamile raziyam Gulnar xanim. " amma elə şeylər var ki onu çatdırmaq üçün açıq səhnə olmalıdır " Misal olaraq Incir Receli filmini soyleye bilerik; Ele deyilmi?! Bir daha tesekkur edirem. :)
Gülnar
incir reçeli ile belini qirdiz söhbetin:)
kurdamir
Normaldır, əxlaqının pozulmasını istəmir.
Gülnar
Ikinci varianta kimler ses verib? Mümkünse yazsin, maraqlidir. Ikisi bellidi. 3-cü kimdi bilmirem:)
JAVIER_ZANETTI
Axtardiginiz wupheli wexs, men deyilem:) Sadece normal cavabini soyleyirem, cunki qarwimizdaki wexsin semimiyyetinide nezere alsaq… :)
azadmamedov90
Salam. Konkret olaraq bəzi səhnələr insanı həyata fokuslanmağın qarşısını alır. Müəyyən yaşdan sonra ailə quran insanlar artıq belə şeyləri önəmsəmir o qədər də subay insanlara nisbətdə. Müasirlik deyib də açıq geyinən insanlar cəmiyyətin əxlaq normalarını pozur. Bu sədəcə olaraq başqa ölkələrdə olan problemləri bizdə də aktual edəcək… Oglanlar imkansızlıqdan evlənməyəcək, evlənməyən qızların sayı artacaq və s...
  Zənnimcə insana mənfi təsir edir. mentalitet- ?? Mən buddistlə söhbət etdiyimi başqa şərhdə qeyd etmişəm. Onlar belə əgər diqqət edirlərsə öz qanunlarına… Öz yazdıqları bir qanuna, və də öz əlləri ilə də yaratdıqları bütə ibadət edirlər..Ama bu bəlkədə təkcə mənim fikrimdir, bizim ki, Allahımız var, və bunu elm ilə isbat etmiş kitab var, qanunları yazılı..Zənnimcə Allahın varlığını öz daxilində hiss edən çoxdur…
 
MURAD_SEYFULLAYEV
Hardan vurdun, hardan çıxdın Azad. :) Maraqlı şərhdi amma. 
azadmamedov90
Hə, mənim fikrimi yayındırdı Əncir mürəbbəsi )
MURAD_SEYFULLAYEV
«Artistlik Edir» — Variantı olsaydı ona səs verərdim. :)
azadmamedov90
Deyəsən mətləbdən uzaqlaşdım, ama sizlərə deyim ki, BBC heyvanlar haqqında filmləri həqiqətən də izləməyə dəyər…
acqarik
Məncə, normaldır əxlaqının pozulmasını istəmir.
Gülnar
Men düşünürem ki, bu suali veren adam film nedir bilmir. Murad demişken artistlik edir. 
Türkəl
Əslində artistlik söhbətini birinci mən yazmışam :)
Gülnar
Türkel demişken*
name
Müəlliməmin sözləridir,  toplu şəkildə hansı filmə baxacağımızı qərarlaşdırmamışdan əvvəl  bizə təxminən bu cür sual verir.:D
Türkəl
Toplu şəkildə anlaşılandır məncə…
name
Ailə ilə birlikdə olsa da anlaşılan olar. Qalan hallarda dediyiniz kimi «artistlik». Pis səhnələrə baxmaq istəməyən adam əvvəl fragmana baxır, nəsə varsa orda olacaq və o da əxlaqını xilas etmiş olar.:D
Gülnar
Baxir topluya. Tedris merhelesinde bunu başa düşmek olar.
Gülnar
Ümumiyyetle men sorğunu bu şekilde qurmuşam: «MEN»e meslehet gör. 
Ferbara
Baxır «pis səhnənin» məzmununa.

Bir də adamın əqidəsini zorla dəyişə bilmərik. Dərin mənalı «pis səhnəli» kinoya baxmaq onun üçün vacib deyil. Kiməsə kinodakı məna vacibdisə, o kinoda «pis səhnə» haqqında soruşmayacaq.

Hətta Microsoft bunları nəzərə alıb. :)

 
Gülnar
Bu internetden ümumi istifadeni mehdudlaşdirmaq üçündü. Internetde qarşimiza her cür şekil, video çixa biler. Meselen men valideyn olsam bele el gezdirerem azyaşli uşağim tehlükesiz istifade ede bilsin deye. 
Men deyen halda ise yene de qeyd edirem, yetkinlik yaşina çatmiş adam film neslehet alir, sonra da deyir pis sehne olmasin. Adeten qizlarda olur bu, «yaşmaqlanmağin» müasir versiyasidi. Menim ağlima bir fikir gelir: bu adam film nedi bilmir,sadece vaxt öldürmeye bir şey lazimdi baxsin. Adeten bele adamlar qorxu filmi ve ya sevgi haqqinda bayaği filmleri sevirler.
Ferbara
O «yaşmaqlananlar» sənin seçiminə bir etiraz eliyirlər? :)
Gülnar
Etiraz ede bilmezler. Men de onlara ede bilmerem. Sadece fikirleri bilmek istedim. 
Ferbara
Anladım. :)
Neyləyək? Adamlar çılpaq olacaq qədər dürüst ola bilmir. :)
ctrlA

Birmənalı olaraq o adam film nədir bilmir. Əgər hansısa erotik, lap pornoqrafik səhnəyə görə filmə baxmaqdan imtina edəcəksə (və bunu əxlaqla əlaqələndirəcəksə. çünki ola bilsin erotofobiya problemli olduğu üçün baxmasın), onda getsin elə «Nu, Poqodi!»yə baxsın. Hər şeydən əvvəl ona görə ki, sənət (art house) filmlərində çox adi şeydir həmin o «pis səhnə»lər. Məsələn, Pasolini filmərini bu səhnələrsiz təsəvvür etmək mümkün deyil. Dünya film tarixini isə Pasolinisiz. Əxlaqsız səhnələri var deyə Pasolini filmlərinə baxmamaq, dünya filminin Pasolini səhifəsindən xəbərsiz olmaq deməkdir. Eynilə, Bertoluççi səhifəsindən, Trier səhifəsindən, Balabanovdan, Şarunas Bartasdan, lap Keslevskidən də və s. Yeri gəlmişkən, söhbət qətiyyən tamamilə kommersiya məqsədlərinə xidmət edən çoxlu mənasız Hollivud filmlərindən getmir. Heç kimə demirəm ki, «Two Moon Junction», «Basic Instinct»-ə baxsın. Ancaq «Salo o le 120 giornate di Sodoma», «Dreamers», «Nymphomaniac», «Namai» lap elə «Srpski film»ə (yeri gəlmişkən, sonuncu elə antiporno propaqandası xarakterlidir) baxmamaq ki, bunlarda «pis səhnələr» var, bu tamamilə dardüşüncəlilikdir. "Əxlaqının pozulmasını istəmir deyə baxmır" demək isə, sadəcə qeyri-səmimilikdir, iddia olduqca absurd və mənasız iddiadır. Yaşadığımız cəmiyyətin özü, hər gün gördüklərimiz, mətbuatdan izlədiklərimiz onsuz da əxlaqa o filmlərdən daha çox mənfi təsir (!) edir. Həm də, axı hansısa filmdə gördüyüm açıq səhnə niyə əxlaqıma mənfi təsir etməlidir, bəs mənim iradəm? Daha doğru olanı seçmək bacarığım? Əlbəttə, əxlaq (həmçinin doğru olan) anlayışının özü ilə bağlı da kifayət qədər mübahisə eləmək olar. Ki, bu da tamam ayrı mövzudur. Hələlik isə, onu deyim «18+» kimi dəyərləndirilən səhnələr də həyatdan götürülüb. Filmə baxanda da daha çox kadrların düzgün seçilib seçilməməsi, rejissor, operator işi, ssenari və əlbəttə, filmin insanlara çatdırmaq istədiyi əsas fikirə diqqət ayırmaq lazımdır, nəinki ordakı açıq-saçıq səhnələrə, ya da söyüşlərə (ki, bu da ayrı mövzudur, eni zamanda həyatımızın bir hissəsidir). Çıxışımı (aa yalandan) fikirlərə az-çox şərik olan yoldaşlara bu musiqi parçasını ərməğan etməklə yekunlarşıdrmaq istəyirəm :) 
P.S. Linkdəki 
 görüntülər Reha Erdemin «A Ay» filmindəndir. Bu filmə rahat baxmaq olar, bir dənə də "əxlaqa mənfi təsir edə biləcək" səhnə yoxdu :) Karaindrounu tanımayan olmaz yəqin, «Ulysses` Gaze» də Angelopulosun filmidir.

Gülnar
ctrlA, söhbeti bağladiniz, sözüm yoxdur:)
kurdamir
Hər həs cavabı Belə yazacaqdısa (İçi mən Qarışıq), Niyə variantlar qoyulurdu? :))
Ferbara
Kinoda ola bilər, amma bədii kitabda söyüş və pis sözlər oxumağa öyrəşməmişəm. Özümə "Çərpələng uçuranlar" kitabı aldım, amma yarımçıq qaldı. :) Çünki ordakı sözləri oxuduqca elə bilirdim bir kobud kişi yanımda pis-pis danışır. :)
Və bu «mən qeyri-səmimiyəm» demək deyil.
Gülnar
Nə maraqlı sorğudur:) Bu sorğu və reytinqin hazırkı vəziyyəti (70 % — I variant) bizim cəmiyyətin güzgüsüdür təkcə filkmdə yox bir çox şeydə. 
ShiringulMusayeva
Məncə, istər film  olsun,istər  bədii kitab əgər  ğözəl  təsvir  edilibsə  olar.Söhbət  sənətdən  gedir. Təşəkkürlər.