Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 658 topik

Qısaboylu olmaq bədbəxtlikdirmi?

İnsanın qamətli, boyunun uca olmasını hər zaman onun üçün üstünlük hesab etmişəm, ələlxüsus da, kişinin. “A!” – deyib təəccüblənə, mənimlə razılaşmaya, tanış-bilişlərinizin içində uzunboylu, iri şaqqalı əndamlı, lakin vecəyaramaz adamların olduğunu deyə bilərsiniz. Bu mətni oxuyan alçaqboyluları isə əsla və əsla alçaldıcı duyğular bürüməməlidir. Demirəm ki, dünyadakı bütün qeyri-işgüzar və bacarıqsız adamların hamısının boyu 1.60 sm-dən azdır, bu fikirdən uzağam. Açığı, “balacaboy” dedikdə görkəmcə lap balacaları, boyları beş-altı qarışdan yuxarı olmayanları nəzərdə tuturam. Başqa sözlə ifadə etsək, cırtdanları.

Davamı →

Gözəlliyin gətirdiyi risklər

İstənilən xanımın mücrüsündə istər bahalı, istər də ucuz metallardan hazırlanmış müxtəlif formalı və ölçülü zinət əşyaları var. Bəs bu cür metal bəzək əşyalarının orqanizmə, xüsusən də dəriyə, həmçinin əhvala təsiri necədir? Həkimlər deyirlər ki, gözəlliyin cazibəsinə aldanıb, sağlamlığınızı təhlükəyə ata bilərsiniz.

Bəzək əşyaları, aksesuarlar bineyi-qədimdən həm dünya, həm də bizim xanımların marağındadır. Geyimlərini tamamlamaq, bəzəklərinə bəzək qatmaq, özlərini daha gözəl görmək və göstərmək üçün bu cür məmulatlar əvəzolunmazdır.

Davamı →

Qırışlardan əməliyyatsız xilas olmaq

Dəri müxtəlif xüsusiyyətləri ilə əsl möcüzədir. İşləmə sistemi qüsursuz və mükəmməldir. Ancaq dərinin zəif tərəfi də var.
İrəliləyən yaş, dəridə kollagen istehsalının və nəmliyin azalması, davamlı üz ifadələri zamanla üzümüzdə dərin qırışların əmələ gəlməsinə səbəb olur. Bizdən daha yaşlı bir görünüşə səbəb olan qırışlar, hər güzgüyə baxdığımızda da mənəviyyat itkisinə səbəb olur. Beləliklə, dərin qırışlara qəti həlli necə tapa bilərik ?

Davamı →

Kollagenin faydaları nələrdir?

Kollagen; Bədəninizdəki dəri, sümüklər, tendonlar və bağlar daxil olmaqla birləşdirici toxumalarda olan bir proteindir. Bir çox kollagen növü var, lakin ən çox yayılmış növləri; 1, 2 və 3-dür. Bu növ kollagen bədənimizdəki ümumi zülalın təxminən 80-90% -ni təşkil edir. Bəs kollagenin bədənimizə faydaları nələrdir?

Davamı →

Xınanın bu qədər faydasından xəbəriniz var idi?

Xına əsasən kosmetik vasitə kimi tanınır.
Lakin xına tək kosmetik vasitə deyil, xına qədim zamanlardan çox güclü təbii müalicəvi vasitə kimi tanınır və istifadə olunur.
Qədimdə xınanın köməyi ilə yaralar, xoralar, dəri xəstəlikləri müalicə olunurdu. Belə hesab olunurdu ki, xına kişilərdə potensiyanı (kişi gücü) artırır.

Davamı →

Xanımlar üçün az xərcləyərək dəbdəbəli yaşamağın yolları

1. ƏSLİNDƏ NƏ QƏDƏR PULA SAHİB OLDUĞUNUZU ANLAYIN
Gəlir-xərc hesabatı aparın. Aylıq nə qədər qazanırsınız? Təsəvvür edək ki, aylıq əməkhaqqınız 1200 AZN-dir. Bu məbləğin 400 AZN-i ipoteka kreditinə ödənilir. Daha sonra kommunal xərcləri (120 AZN), mobil rabitə və internet xərclərini (30 AZN), aylıq ərzaq xərcləri (200 azn) və nəqliyyat xərclərini (50 AZN) həmin məbləqdən çıxın. 1200-dən 800 AZN-i çıxıb, yerdə qalan məbləği 30 günə bölüb bir gün ərzində xərc limitinizi müəyyən edə bilərsiniz. Əgər bu məbləğin müəyyən hissəsini yığım, əmanət üçün ayırsanız gündəlik xərc limitiniz bir az da azalacaq. Belə hesablamalar sizin əslində nə qədər pula sahib olduğunuzu anlamağa kömək edəcək. Adətən bu, ani yaranan emosional xərclərdən qorunmağa kömək edir: Məsələn, yeni dırnaq boyası, telefon üçün yeni üzlük və s.

Davamı →

Qaşlarınızın əsl gözəlliyini üzə çıxarmaq üçün nə etməli

Düzgün formalı qaşlar əsl gözəlliyinizi üzə çıxarır. Əgər qaşlarınız səhv götürülürsə, özünüzdən yaşca böyük görünəcəksiniz və üz cizgiləriniz yaxşı görünməyəcək.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ortası çox qapalı olan qaşlar sizi qaşqabaqlı və ya başqa cür göstərə bilər. İki qaş arasını çox açsanız, burun quruluşunuz xüsusi vurğulanacaq. Qaşlarınızı tamamilə dəyişdirməyə çalışmayın. Qaşlar öz əyriliklərini qorumaqla düzəldilməli və öz istiqamətlərinə aparılmalıdır. Əks təqdirdə, köklərdə yumru bir görünüş olacaq.

Davamı →

Dırnaqların qırılmasına səbəb olan amil

Dırnaqlar qadınların ən zəif nöqtəsidir. Həmçinin, gözəl dırnaq əli də zərif göstərir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dırnaqların qırılmasına səbəb bu amillərdir:
 
Zülal çatışmazlığı
Kifayət qədər protein qəbul etməmək qırılan dırnaqlara səbəb ola bilər. Bu səbəbdən zülalla zəngin məhsullar dırnaqlarınız üçün yaxşı qida mənbəyidir. Dırnaqlarınızın zülal ehtiyacını ödəmək üçün çoxlu balıq, toyuq, yağsız mal əti, yumurta, lobya və süd qəbul edin.

Davamı →