Biznesmen qadının imici

İşgüzar qadın olmaq heç də asan deyil. Burada təhsil, peşəkarlıq, kollektivdə işləmək bacarığı və s. böyük rol oynayır. Amma yadda saxlamaq lazımdır ki, uyğun olaraq qadın həm də gözəl görünməlidir. Dünyada tanınmış imicmeyker Meri Spileyn xarici görünüşün karyeraya təsiri barədə test işləmişdir. Həmin test vasitəsilə öz imicinizi dəyərləndirә bilərsiniz.

geyim stili biznesmen qadın üçün rol oynayır
  1. İşə getməyə hazırlaşanda xarici görkəmini qaydaya salmaq üçün ən aşağısı 15 dəqiqə vaxt sərf etməli olursanmı?
  2. Hər gün sırğa gəzdirməyi xoşlayırsanmı?
  3. Hər ay yarımdan bir bərbərxanaya gedirsənmi?
  4. Dırnağını boyamaq üçün müxtəlif rəngli boyalardan istifadə edərkən onu pomadaya uyğun seçirsənmi?
  5. Saçın hər gün onlara qulluq etmək üçün 15 dəqiqə vaxt aparırmı?
  6. Нər həftə manikür edirsənmi?
  7. Əgər oturanda yubka qalxırsa neyləməli?
  8. İşə getməyə hazırlaşarkən mütləq makiyaj edirsənmi?
  9. Gün ərzində makiyajını səhmana salırsanmı?
  10. Gözəyarı kolqotkanın 20 və ya 40 den olmasını müəyyənləşdirə bilərsənmi?
  11. Sənin qarderobunda tünd-göy və boz rəngli şeylər çoxdurmu?
  12. Hər dəfə kəmər gəzdirirsənmi?
  13. İş yubkasmın uzunluğunu təyin etmisənmi?
  14. Bilirsənmi hansı geyim stili sənin sifət quruluşuna uyğundur?
  15. Yayda qısa qollu köynəkdə gəzməyi xoşlayırsanmı?
  16. Ucaboy görünmək üçün hündür dabanlı ayaqqabılardan istifadə edirsənmi?
  17. İşdən sonra ayaqqabılarını çıxararkən onlara xüsusi qəliblər qoyursanmı?
  18. Vacib görüşlər olan gün həmişəkindən fərqli olaraq nə isə qeyri-adi geyinirsənmi?
  19. Sənin qarderobunda işgüzar gecələrə getmək üçün xüsusi kostyumun varmı?
  20. Sənin sosial və maliyyə imkanların ayaqqabı, çanta və saatının keyfiyyətinə cavab verirmi?

 

 

  1. YOX. Tələsik olunmuş makiyajın karyera üçün o qədər də əhəmiyyəti yox­dur. Cazibədar görünmək üçün makiyaj və saç düzümünə 15-20 dəqiqə, geyim və aksesuarlara da bir о qədər vaxt tələb olunur. Yekunda bu da ya­rım saata qədər alınır.
  2. HƏ. Qadın üçün sırğa kişi üçün qalstuk kimi bir şeydir ki, bu da işgüzar geyim formasında az rol oynamır.
  3. HƏ. Əgər səkkiz aya qədər saçını kəsdirmirsənsə onlar öz formasını itirir.
  4. HƏ. Dırnaqlar üçün müxtəlif rənglər məqsədəuyğundur, amma çalış ki, çox da gərəksizlərdən istifadə etməyəsən.
  5. YOX.Нər gün 10 dəqiqədən çox vaxt sərf olunan saç düzümü adətən işləməyən qadınlara aiddir.business-lady style
  6. HƏ. Əllərə qayğı sənin özünə münasibətini bildirir.
  7. YOX, Əgər oturanda yubka qalxırsa onu işə geyinmək olmaz.
  8. HƏ. Gündəlik makiyajdan istifadə edən qadın qulluqda tez yüksəlir. Makiyajsız qadın solğun və yorğun görünür.
  9. HƏ. Səhər-səhər çəkilmiş makiyajı günorta "təzələmək" lazımdır.
  10. HƏ. Əgər kolqotka və ya corabı düzgün seçməmisinizsə bu sizin ümumi görkəminizi poza bilər. Həmişə corabı qış və yay qarderobuna uyğun seçmək lazımdır.
  11. YOX. Neytral rənglər işgüzar qarderobun əsasını təşkil edir, amma sənin xarici görünüşün cansıxıcı olmamalıdır.
  12. Gözəl və yaraşıqlı kəmər sənin gözəlliyini artırır.
  13. Öz qarderobunun çatışmamazlıqları haqqında fıkirləş. Yubka uzun və qısalığından asılı olmayaraq bu çatışmamazlıqları aradan qaldırır.
  14. HƏ. Ağına-bozuna baxma, nə uyğun gəlirsə onu da seçə bilərsən.
  15. YOX. Ofisdə adətən dirsəyə kimi bağlı geyinirlər, vacib görüşlər üçün isə is­ti olmasına baxmayaraq, jaket seçmək lazımdır.
  16. YOX. Hündür dabanlı ayaqqabılarda qadınlar özlərinə arxayın olmurlar. Əgər ucaboylu deyilsənsə təqribən orta hündürlüyü -5 sm olan dabanlı ayaqqabı seçə bilərsən.
  17. HƏ. Əgər ayaqqabılar mənzildə hara gəldi atılırsa hesab et ki, onlara verilən pullar havaya uçur. Çalış onlara ehtiyatla yanaşasan.
  18. HƏ. Əlbəttə ki, "xüsusi" görüşlərdə bacardıqca gözəl görünmək vacibdir. Həmişə buna hazır olmalısan, hətta yüksək rütbəli şəxslərlə gözlənilməz görüşdə belə buna fikir vermək lazımdır.
  19. HƏ. Bu diqqətəlayiqdir, amma istər axşam, istərsə gündüz cazibədar olmaq üçün zövqlə geyinməyə çalış.
  20. HƏ. Nə qədər bahalı kostyum alsanız belə tufli üçün də pul saxla. Çünki sə­nin zövqünü məhz ayaqqabı və aksesuarlarına görə təyin edirlər. Ona görə də həmişə onların bahalısını almaq lazımdır.

- Əgər 15-dərı 20-yə kimi xal toplaya bilmisənsə sənin imicin tam qaydasındadır. Yadda saxla: sən həmişə və hər yer­də yaxşı təəssürat yaratmalısan. Bunlara fikir vermək lazımdır.
- Əgər 10-dan 14-ə kimi xalın varsa sənin imicin potensial im­kanlara cavab vermir və bu da xidmətdə tez yüksəlməyə imkan yaratmır. Kosmetika və qarderobu yenidən nəzərdən keçirmək vaxtı gəlib çatmışdır.
- 9 xaldan aşağı yığılıbsa imicin karyerana zərər gətirir. Sən başa düşmürsən ki, bu rəhbərlikdə xoşagəlməz təəssürat ya­radır. Bacarıqsız, səriştəsiz olan digər əməkdaşlar isə karyerada səni ötüb keçirlər. Situasiyanı nəzarətə götürmək vaxtıdır. Tezliklə şahidi olacaqsan ki, düzgün işgüzar imic asanlıqla əldə olunmur və eyni zamanda ətrafdakılar onu yüksək qiymətləndirir.

Mənbə Gözəllik dünyası jurnalı May-2008

 

7 şərh

fidan
16.Hündür dabanlı ayaqqabılarda qadınlar özlərinə arxayın olmurlar
Gop! Əksinə,hündür dabanda özünə inam artır. 
7.Əgər oturanda yubka qalxırsa onu işə geyinmək olmaz.
Birinci dəfədir eşidirəm. Əksinə-menecer-qadınlar çox vaxt mini yubka geyir. Oturanda da istər-istəməz yubka yuxarı qalxır.
bloqçu
Hündür daban barəsində Fidanla tamamilə razıyam.
IDEAL
Məncə balaca boyu olan qadınlar və ya orta boylu olsada, boyundan şikayəti olan qadınların hündür daban ayaqqabıda özlərinə güvənləri artır. Çünki həqiqətən insanlara bir az hündürdən baxmaq özünə güvəni artırır. Bu səbəbdən natiqlər daha hündürdə nitq söyləyirlər. Həm bu qarşı tərəfində diqqətini cəlb edərək hündürdən daha effektli olur.  Ancaq boyundan şikayəti olmayanlar məncə 3 santimetrdən artıq hündür dabana üstünlük vermirlər. Qaldı ki, yubka məsələsinə. Məncə fərdə görə dəyişir. Fidan düz deyir. Bir çox qadınlar belə geyinir və heç də narahat olmur. Həqiqətəndə belə yubkanı geyinib narahat olmayacaqsa geyinmək mümkündü. Yox bütün günü qadının fikri yubkasında qalacaqsa və yaxud kiminsə nəzəri belə bir halda qalxmış yubkaya yönələndə qadın utanacaqsa, məncə ciddiliyi itirəcək. Yəni heç də məsləhət deyil. Çünki özünü narahat hiss edəcək. Ancaq özünə çox güvənirsə olar. Bu səbəbdən  sadəcə özünə həddindən artıq güvənən qadınlar  Məsələn iş həyatında ən yüksək vəzifələrdə olan qadınlar çox qısa yubka geyinir.
bankir
Əgər qadın oturanda yaxud başqa iş görəndə kişi qadının yubkasına baxarkən qadın sıxılacaqsa onda qadın mini yubka geyməməlidir.
IDEAL
Əla izah etdiz. Məncə bu vəziyyətdə sıxılmamaq mümkün deyil. Yəni imtina etməlidi. Ancaq əgər qadın kişidən daha yüksək vəzifədədisə kişi buna cəsarət etmir.
Ferbara
Bu məqalə lap yerinə düşdü.
HTML
Biznesmen qadının imicində ən çox rol oyanayan onun mini yubkası,şalvarı yox,onun mobil telefonudur.