Saç problemləri

Bayırda olarkən saçlarıma pis qoxular hopur
İşləyən qadınlar belə bir problemlə qarşı-qarşıya qalırlar. Otaqda siqaret çəkildiyində saçlara bu qoxunun hopmaması qeyri-mümkündü. Ancaq bu qoxunu yox etmək mümkündür. Saçınızı bir az isladın, sonra güclü bir şəkildə darayın. Saçınızı yaxşıca havalandırdıqdan sonra bir az ətir vurun.

Saçlarım çox uzundur və heç bir şəklə girmir
Uzun saçlara forma vermək çətindir. Bir az daha həcmli və dalğalı görünməsini istəyirsinizsə saçlarınızı yuyub nəmini aldıqdan sonra bolluca muz vurun. Ardından qalın bigudilərlə saçınızı sarıyın.Yarım saat gözlətdikdən sonra bigudiləri açın və barmaqlarınızla düzəldin.

Saçlarım çox elektriklənir
Saçların elektriklənməsi müxtəlif səbəblərlə bağlıdır… Ancaq ən əsas səbəb, səhv yuyulması və düzgün daranmamasıdır. Saçınızı sürtərək yuyursunuzsa, elektriklənməsi və qabarması normaldı. Eyni zamanda metal saç fırçaları və kaçyuk fırçalar saçı elektrikləndirir. İstifadə etdiyiniz saç fırçası tükdən ya da taxtadan olmalı, həmçinində bunun qarşısını almaq üçün saçınızı yumşaq bir şəkildə yuyun. Darama mərhələsində isə fırçaya bir miqdar saç kremi sürtün. Krem, saçın elektriklənib qabarmasının qarşısını alır.
 
Saçım çox uzundur və darayarkən çətinlik çəkirəm
İncə telli və uzun saçlar yuyulduqdan sonra bir-birlərinə dolanırlar. Darayarkən də adama cəhənnəm əzabı verir. Bunun qarşısını almaq üçün ərik tərkibli şampunlar və saç kremlərndən istifadə edin. Əriyin içindəki yağ, saçların dolaşmasına mane olur.

Saçlarım çox solğundur, heç parlamır
Saçlarınızıa hər ay əlavə qulluq etməlisiniz. Müxtəlif kosmetik saç maskalarından istifadə edə bilərsiniz. Saç tipinizə ən uyğun olanını seçsəniz daha yaxşı olar. Ancaq diqqət yetirməniz 1-2 şey də var. Məsələn, maskanı saçlarınızı yuduqdan sonra etməyin. Çünki  maskanı çox saxlamaq saçları daha da solğunlaşdırır.

0 şərh