Saçlarınız ağarmasın

qara saclar
Bəzi insanların saçları gənc yaşda ağarmağa başlayır. Həkimlərin bir qismi bunun səbəbinin genetik olduğunu deyir. Bir qismi isə depressiya, problemlərin və stressin saçın ağarmasına səbəb olduğunu deyir.
Qadınlar gənc yaşda saçlarını boyamağa başlayır. Kişilər isə dən düşmüş saçlarla yaşlı görünürlər. Lakin ağ saçları bitkilərin köməyi ilə aradan qaldırmaq olar. 

Saçların ağarmasının və tökülməsinin qarşısını almaq üçün sarımsaq ən yaxşı vasitədir.

Ərzaqlar və hazırlanması: 
Bir ədəd soğan və 5 diş sarımsağı yaxşıca əzin. Bir yumurta sarısı və  1 çay qaşığı zeytun yağı əlavə edərək, krem halına salın.
Bu qarışığı saçlarınıza çəkib bir saat gözləyin. Bu maskanı həftədə bir gün tətbiq edin. Həm saçlarınız sağlam olacaq, həm də onları boyamağa ehtiyac yoxdur.

1 şərh

BaRLeLiTa
O bəzi insanların sırasında heyifki məndə varam. Saçlarım hələ məktəbdə oxuyarkən ağarmağa başlamışdı. Tək-tük ağ saçlar kimdə yoxdu ki, deyib keçirdim. Getdikcə birazda artdı. Dərd aldı məni nə edim deyə, ilk ağlıma gələn boya oldu. Boyayada bizim evdə opium kimi baxırlar. Etirazlar sayəsində boyaya qarşı olan istəyimi yıxdım sürüdüm. Ağ saçlara qarşı tək çıxış yolu boya deyil, çünki boya ağ saçları daha çoxaldıb, bərbad bir vəziyyətə gətirib çıxarır. 
Bu maskanın ağ saçlara heç bir köməyi olmadığını əminliklə deyə bilərəm. Tökülməyin qarşısını almaq istəyənlər istifadə edə bilər.
Məncə saçımda tək-tük ağ saçın görünməsinin öz gözəliyi var. Kimsədə ağ saçları dərd edib, özünə yeni dərd açmasın. Zaman keçdikcə sevilməyən şeylər belə kəşf edilə, sevilə və doğmalaşa bilir.