Qırış əlehinə ən ideal üsullar

Düz  yatın 
Amerikanın Dermatoloji Akademiyası gecələr necə yatmağın dəriyə də təsir etdiyi açıqlayıb. Gecələr yatma formanızdan asılı olaraq üzünüzdə cizgilər yarana və səhər yuxudan qalxdıqdan sonra qırış yarana bilər. Yan yatmaq çənə və yanaqdakı qırışları artırır, üzüstə yatmaq isə üzdə qırış yaradır.  Qırışların yaranmaması üçün alimlər düz yatmağı məsləhət görür. 

Daha çox balıq, xüsusən də somon balığı yeyin 
Somon (və digər balıqlar) balığının tərkibində protein boldur. Dərinin sağlam və sıx qalmasını təmin etməklə yanaşı, Omega-3 kimi tanınan yağ turşuları ilə zəngindir. Mütəxəsisslər lazım olan yağ  turşularının dərini qidalandırdığını, dolğun və gənc göstəridiyini deyib. Qırışları da azaldır. 

Gözlərinizi yığmayın və eynək alın 
Gözlər yığaraq nəsə oxuyarkən üz əzələləri daha çox işləyir və dərinin altında boşluqlar əmələ gəlir. Gözləriniz zəif görürsə, mütləq eynək alın. Beləcə gözlərinizin ətrafı günəşdən və digər mənfi təsirlərdən qorunmuş olacaq. 

Alfa hidroksi turşularından bol istifadə edin
Təbii meyvə turşuları dərinin üstündəki ölü hüceyrə təbəqəsini qaldırır, göz ətrafındakı incə cizgi və qırışları azaldır. 

Qəhvə yerinə kakao 
Journal of Nutrition 2006-cı ildə apardığı bir araşdırmada kakaonun dərini günəş şüalarından qoruyan təsirə malik olduğunu açıqlayıb. Kakao dəridəki hüceyrələrə təsir edərək onun daha yumşaq görünməsini təmin edir. Həm də çox dadlıdır. Qəhvə isə dəridə qırışların yaranmasını sürətləndirir.

Üzünüzü çox yumayın 
Maryland Universiteti tibb fakültəsinin dermatoloqlarının fikrinə görə, gündəlik istifadə etdiyimiz su, dəridəki yağların və qırışların qarşısını alan nəmin itməsinə səbəb olur. Ona görə də üzünüzü tez-tez yumayın. Suyun yerinə nəmləndirici çəkin. 

C vitamini 
C vitamini dərini ultrabənövşəyi şüalardan qoruyur. Pigmentləri azaldır və dəridəki iltihab problemini yaxşılaşdırır. 

Çoxlu soya yeyin
Araşdırmalar soyanın günəşin yaşlandırıcı zərərlərindən qoruduğunu göstərir. Soya balıq, yaşıl çay, üzüm və pomidorun tərkibində var. Lakin öz təsiri 6 aydan sonra göstərir. 

Dəri baxımı 
Dərinin gənc görünməsini istəyirsinizsə, lazım olanları mütləq yerinə yetirin.
Günəşdən qaçın 
Günəş əleyhinə krem çəkin 
Siqaret çəkməyin 
Nəmləndirici çəkin 
Su için 
Normal yuxu rejimi ilə yatın

0 şərh