Lavanda maskası

Qırışlardan və sızanaqlardan xilas olmağın ən təbii yolunu öyrənmək istəyirsiniz? Türkiyənin tanınmış mütəəxssisi Ender Saraç, evdə rahat hazırlanan lavanda maskasının tərkibi deyib. 

Ərzaqlar: lavanda
1 stəkan portağaı suyu 
1 stəkan lavanda gülü 
2 dilim qabıqsız xiyar 
1 yumurta sarısı 
Qarğıdalı unu 
Təmiz bal 

Hazırlanması: 
Lavanda çiçəklərini və portağal suyunu bir qabda qarışdırın. Yaxşıca əzilmiş və qabığı soyulmuş xiyarı da onun üzərinə əlavə edin. Digər ərzaqları da üzərinə əlavə edin və macun halına gələnə qədər qarışdırın. Soyuducuda 3 saat gözləyin. 

Əldə edilən məhlulu 1 ay ərzində istifadə etmək mümkündür. Qırışlarda bir müddət sonra azalma görəcəksiniz. Qırışları yığır və dərini sıxlaşdırır. Bu maksa həm də sızanaq problemini də aradan qaldıırır. 

Maskanı üzünüzə çəkib 30 dəqiqə saxlayın və peeling kimi ovaraq çıxarın.  Bu şəkildə təmizləmək daha təsirli olur və yumağa da gərək yoxdur. 

Lavandanın çiçəklərindən istifadə etdiyiniz qədər yarpaqlarından da istifadə edin. 

Qeyd: lavanda çiçəyi yerinə qətiyyən lavanda yağı istifadə etməyin. Bu maska ancaq çiçəklərindən istifadə ediıdiyi zaman təsirli olur.
 

0 şərh