Alın qırışlarından necə xilas olaq?

Yox etmək imkansızdı, lakin onların yaranmasını uzun müddət təxirə salmaq olar.
Ömür ötdükcə yaş öz təsirini göstərir və dəridə qırışlar yaranır. Hazırda üzdəki qırışların yox olması üçün ən geniş yayılmış üsul botoksdur. 

Daha gənc və daha gözəl üzə sahib olmaq hər kəsin arzuladığı bir şeydir. İstədiyinizi pulsuz yerinə yetirə bilmək üçün fədakarlıq etmək tələb olunur. 
20 yaşını keçən hər kəs vaxt keçdikcə üzündəki dəyişikliyi sezir. 
alındakı qırışlar
1. Qırışların paralel artdığını unutmayın. Qatlanan dəridə cizgilər yaranır. Sonra cizgilər dərinləşir və qırış halına gəlir. Gözlərin yığılması və çox gülmək mimik
qırışların yaranmasına səbəb olur. 
2. Bədən susuz qalmamalıdır. Həyatınızın mənbəyi su olmalıdır. Suyun yaxşı nəmləndirici olduğunu bədənin 70-60 faizi su olduğunu unutmayın. Üzünüzü çox yumayın. Dəri öz yağlanma mexanizmasına sahibdir. Tez-tez yuyulması dəridəki yağ təbəqəsini yuyur və qırışları sürətləndirir.
3. Stressi həyatınızdan çıxarın. 
4. Siqaret çəkməyin. Qırışlar siqaretin dostudur. Dərinin tez xarab olmasına səbəb olur. 
5. Günəşdə çox qalmayın. Qaldıqda isə günəş kremlərini dərinizdən əskik etməyin. 
6. Açıq dərili insanlar günəşə qarşı həssasdır. Günəşdə gözləri yığıb baxmaq da olmaz. Eynək taxmaq mütləqdir. 
7. C vitamini dərinin ən yaxşı dostudur. 
8. Üz məşqi. Üzdəki əzələrinin və dərinin işləməsini təmin edir. Bu zaman dəridə qan dövranı yaxşılaşır. Qanda isə lazımlı maddələr olduğu üçün üz yaxşılaşır. 

Üz məşqi çox sadədir. Baş dik qollar çiyinlərə qaldırılır. Əl baş üstünə qoyulur. Başbarmaq baş üstü 4 barmaq alınla saçın birləşdiyi yerinə qoyulur. Üstünə möhkəm basmaq və buraxmaq lazımdır. Bu hərəkəti gündə 3 dəfə etmək tövsiyyə edilir.

0 şərh