Fitoestrogenlər

Keçən əsrdə icad olunan fitoestrogenlər hələ də alim və həkimlərin böyük marağına səbəbdir.

Hal hazırda fitoestrogenlər tibb və kosmetologiyada geniş istifadə olunmaqdadır. Bitkilərdən istehsal olunan fitoestrogenlər, molekul quruluşuna görə insan hormonlarının strukturunu xatırladır. Amma, geniş istifadəsinə baxmayaraq, təhlükəli olub olmaması və necə istifadə olunması haqda mübahisələr mövcuddur.

Estrogenlərin gücü nədədir?
Müasir qadınlar əvvəlki illərlə müqayisədə daha çox yaşayır. Buna səbəb həyat tərzi, qidalanma, komfort və tibbin inkişafı sayılır. Amma yaşam müddətinin uzanma sayəsində təəssüf ki, qadınlar həyatlarının çox hissəsini klimaks dövründə yaşayırlar. Bu isə cinsiyyət funksiyasının sönməsi və orqanizmdə qadın cinsi hormonlarının (estrogen) sayının azalması deməkdir.

Daha öncə işıqlandırdığımız və məhz bu mövzuya həsr etdiyimiz məqalədən artıq bilirik ki, estrogenlər yalnız dünyaya uşaq gətirmək üçün deyil, həmçinin bədən çəkisinin requlyasiyası, dəri, skelet, dırnaq və saçların vəziyyətinə cavabdeh sayılır.

Heç bir qadın həyat qabaqda ikən qocalmaq istəmir. Bunun üçün illərdir ki, alimlər estrogen səviyyəsinin normal və lazımlı səviyyədə saxlanması üçün vasitələr axtarırlar. Hormonların sintetik analoqları təbii ki, effektivdir, yalnız onlar xoş təsirli olduqları ilə bərabər individual olaraq bəzi insanlara əks təsir də göstərə bilirlər.

Bu kimi problemlərin həllində, indiki dövrdə tez-tez qarşılaşdığımız fitopreparatlar və fitoestrogenlər köməyə çatırlar. Qeyd edildiyinə görə asiyalı qadınlar öz yaşıdları olan Avropa və Amerikalılardan daha gec qocalırlar. Alimlər bunu səbəbini onların qida rasionunda soya məhsullarının çox olmasında görürlər. Soyada fitoestrogenlərin sayı çoxdur. Fitoestrogenlərin həmçinin xarici istifadəsini araşdırdıqda, dəri səthində qocalma prosesini ləngitmə, estrogenin təsiri kimi aktivliyi artıraraq, daxili qəbulda isə klimaksın meydana gəlməsini zəiflətmə kimi təsirinə malik olduğu müşahidə olunub.

Fitoestrogenlər nədən hazırlanır?
Bu maddələr bəzi bitki və göbələklərin tərkibində, aktiv və qeyri-aktiv vəziyyətdə olurlar. Bitkilərdə bu maddələr çoxalma və boy artımı, parazit, ultrafiolet və zədələnmədən qoruma funksiyasını yerinə yetirirlər.

Fitoestroernlərin əsas mənbəyi qarğıdalı və soya, biyan kökü, yonca, jenşen, ispanaq, brokkoli, maya otu, üzüm və qırmızı çaxır sayılır. Həmçinin fitoestrogenlərin sayı bitki yağları olan zeytun, soya və kokos yağlarında da kifayət qədər müşahidə olunur.

Mənbə: saglamolun.az
 

0 şərh