Saçqırandan qurtulmağın yolları


Xanımların əksəriyyəti haçalanmış, süpürgəyə bənzər saç ucları problemindən əziyyət çəkirlər. Saçlara saçqıran düşməsi nəticəsində bir çox xanımlar uzun, düz saçlarını quru, cansız saçlara qurban verirlər.

Saç diblərinin vəziyyəti
Saçların hər gün şampunla yuyulması sonda saçların qurumasına səbəb olur. Saç dibinin vəziyyəti saçların parlaq çıxmasına kömək edir.

Saçları açıq havada qurudun
Saçların saç feni ilə yüksək istilikdə qurudulması tez qurumasına kömək olsa da, uclarını korlayır. Saçları fenlə qurudarkən aşağı temperatura qoyun və feni çox yaxından tutmayın. Ən yaxşısı, saçların öz təbii halı ilə qurudulmasıdır.

Zeytun yağı sizin ən yaxşı dostunuzdur
Zeytun yağı saç diblərini qidalandırır, saçları quruluqdan xilas edir. Zeytun yağını  hind qozu və küncüt yağı ilə qarışdırıb istifadə edə bilərsiz.

Saçlar yaşkən daramayın
Saç quru ikən quruluşu fərqli olur. Saçların yaş ikən daranması onu qırılmağa meyli edir.

Saçlar üçün sərt kimyəvi məhsullar istifadə etməyin

Saç boyaları, saç düzləşdirən və digər kimyəvi tərkibli məhsullar saçların kövrək olmasına səbəb olur. Bu məhsullardan müntəzəm olaraq, tez-tez istifadə etmək saçların quruluşunu zədələyir və saçlar kövrək hala gəlir. Yox, əgər bu kimyəvi məhsullardan istifadə etmək istəyirsizsə, ilk əvvəl saçlarınızı gücləndirəcək maskalar edin ki, kimyəvi təsirlərə tab gətirə bilsin.

Saç qalınlaşdırıcılar
Şampunların tərkibində olan saç qalınlaşdırıcı elementlər saçların diametrini artıran və saçları gücləndirən parafinlərdən ibarət olur.

Ən sonuncu həll yolu: kəsdirin
Zədələnmiş saçlar heç cür bərpa olunmursa, yeganə çıxış yolu kəsdirməkdur. Uzun saçlarınızla vidalaşdığınız üçün üzülə bilərsiz, ancaq düşünün ki, saçlarınız yenidən və sağlam uzanacaq.

 

1 şərh

Ferbara
Saçın dolaşığının saç diblərindən başlayaraq daraqla saç uclarına qədər toplayaraq zorla saç uclarında açılması saçqıran əmələ gətirir. Saçı darayarkən dolaşığı ucdan dibə doğru pilləylə açmaq lazımdı. Yəni, əvvəlcə saçın ucu daranmalı, sonra ondan təxminən 3-4 barmaq yuxarı hissənin dolaşığını açmalı, sonra yenə 3-4 barmaq yuxarı hissənin dolaşığı açılmalıdı. Ta ki, saç dibindəki dolaşıqlar açılana qədər davam etmək lazımdı. Beləcə, nə siz əziyyət çəkərsiniz, nə də saçlarınız qırılar.