Gəncləşdirən maska

Gözəlliyin aynası hamar dəridir. Dərinin baxımı üçün müxtəlif vasitələrdən istifadə etmək olar. Yaşınızı 5 yaş daha gənc göstərəcək Misir kraliçalarının maskasını tətbiq etməklə daha gözəl dəriyə sahib ola bilərsiniz. Bu maska sayəsində məsamələin də kiçilməsini təmin etmək olar.

Lazım olan vəsaitlər:
— 2 xörək qaşığı zeytun yağı
— 1 xörək qaşığı bal
— 1 yumurta sarısı
— 10 damcı limon suyu

Hazırlanması:
Bu məhsulları bir-birinə qataraq qarışdırın. Göz ətrafı xaric bütün üzə tətbiq edin. 25 dəqiqə gözləyin və durulayın.

0 şərh