Böyük sinəni kiçik göstərmək üçün hiylələr

Düzgün ölçülü büstqalter
İlk növbədə düzgün ölçülü büstqalter geyinməlisən. Çünki daha kiçik və ya daha böyük ölçülü büstqalter həm sağlamlığa ziyandır, həm də yaxşı görünmür. Əgər düzgün ölçünü bilmirsənsə alt paltarları satılan mağazada ölçünü öyrənə bilərsən. Sinəni kiçik göstərən normal büstqalterləri bəyənmirsənsə onların yerinə idman stilindəki büstqalterlərdən istifadə edə bilərsən.

Tünd rənglərə üstünlük ver
Tünd rəngli geyimlər həm daha arıq, həm də daha kiçik sinəli görünməyinə səbəb olacaq.

Doğru model üst geyimləri geyin
V yaxalı köynək və jaketlər sinəni daha kiçik göstərir.

Sinə məşqləri et
Ağırlıq qaldırmaq, jim çəkmək sinə əzələlərini sıxlaşdıracaq və sinənin daha kiçik görünməsini təmin edəcək.

Uzun boyunbağılardan uzaq dur
Çünki bu tip boyunbağılar diqqəti sinəyə çəkir.

Dar bluzları unut
Demək olar ki, partlayacaq kimi görünən düymələr və çox dar paltarlar diqqətləri sinəyə çəkir.

Sinə dekolteli geyimlər geyinmə
Çox açıq yaxalı geyimlər sinəni olduğundan daha böyük göstərir.

Bədəninə uyğun olan geyimlər geyin
Nə çox dar, nə də çox boş geyimlər gözəl görüntü yaratmır. Ən yaxşısı sən bədəninə tam oturan uyğun geyimə üstünlük ver.

Hiylələr
— Boğazlı sviterlər sənin düşmənindir. Bu tip sviterlər ölçüləri olduğundan daha böyük göstərir.
— Büstqalter almadan əvvəl doğru ölçü olduğundan əmin ol.
— Xarici görünüşündən utanma və səninlə bu barədə zarafat edən olarsa bil ki, bunun yeganə səbəbi səni qısqanmalarıdır.
— Özünə güvən. Özünə güvənsən insanlar sənin sinənə deyil, sənə diqqət edəcəklər.
— İdman tərzindəki büstqalterlər sənin üçün daha doğru seçimdir.
 

0 şərh