Dodaqları boyayarkən edilən 5 səhv

1. Yetərsiz nəm
İndiki dövrdə dodaq boyalarının çoxunun tərkibində nəmləndirici var, bəziləri isə tamamilə nəmləndirməyə xidmət edən balzam rolunu oynayır. Amma bəzən bu nəm bazaları kömək etmir. Xüsusilə də, soyuq havalar və ya ofisdəki kondisioner sizin dodaqlarınızı daha da çox qurudur. Buna görə də, sizə mütəxəssisdən kiçik ipucu veririk: dodağınıza balzamı qalın qat tətbiq edib 2 dəqiqə gözləyin. Sonra salfet ilə dodağınızı yavaşca silin və boyanı çəkin.

2. Pilinqdən zədələnmə
Zədələnmiş dodaqlarda heç bir dodaq boyası dəqiqliklə qala bilməz. Xüsusilə də, mat dodaq boyaları. Buna görə də, hər axşam dodaqlarınızı yumşaq diş fırçası və xüsusi dodaq pilinqi vasitəsilə (balla şəkər də ola bilər) yavaşca, düzgün formada masaj edin. Dodaq dərisi yumşaq olduğundan asta hərəkətlər edin və sonra balzam, maska çəkin.

3. Yanlış rəngdə seçilmiş dodaq qələmi
Dodaq qələmi seçərkən iki nüansa diqqət etməlisiniz:
— Rəngsiz və ya nude çalarlarda dodaq qələmləri dodağın kənarlarına çəkilir və dodağı vizual olaraq daha dolğun göstərmək üçündür.
— Eyni çalarda dodaq boyası – dodağınızı boyarkən səhv etməmək üçün eyni çalarda boya və qələm seçsəniz karlı çıxarsınız.

4. Baz istifadə etməmək
Bir çox xanımlar dolğun dodaqlar əldə etmək üçün bazı qat-qat çəkirlər. Bəzilər isə ümumiyyətlə istifadə etmirlər. Amma dodaq bazı saçların dodaq boyasına yapışmasının, qırmızı dodaq boyası çəkdikdə dişlərin ləkəli olması kimi bir çox xoşagəlməz hallardan sizi sığortalayır. Bazı dodağa tətbiq edin, sonra boyanı çəkin, salfetlə bir az silin, yenidən boyanı çəkin və sanki salfeti öpürmüş kimi edin. Bu üsulla dodaq boyanız uzun müddət dodağınızda qalacaq. Daha bir fincan çayda silinməyəcək.

5. Dodaq boyasını tətbiq etmə texnikası
Fərqi yoxdur dodaq boyasını nə ilə çəkirsiniz – fırça, barmağınız və elə sadəcə birbaşa tətbiq edirsiniz – heç bir fərq etməz. Sadəcə bilin ki, boyanı dodağınıza mərkəzdən tətbiq etməyə başlayın, sonra kənarlara doğru gedin. Belə etdikdə siz boyanı dəqiqliklə tətbiq edəcəksiniz və heç bir səhv sizin gözəlliyinizə mane olmayacaq.

0 şərh