Duz və spirtli içki tərkibli maskalar

Saçlar üçün viski və duz terapiyası
1 xörək qaşığı Himalay duzunu yarım çay qaşığı kokos və eyni miqdarda buğda yağı ilə qarışdırın. Üzərinə saçın uzunluğunu nəzərə alaraq 3-5 xörək qaşığı viski əlavə edib təkrar qarışdırın. Maskanı saça çəkib 10 dəqiqə gözləmək və ilıq su ilə təmizləmək lazımdır. Bu maska xüsusilə, kişilər üçün faydalıdır. Ancaq qadınlar da istifadə edə bilər.

Sellülitlər üçün duz və şam panterapiyası
3 xörək qaşığı qaya duzunu 1 qədəh şampan, 1 xörək qaşığı kokos və palma yağı ilə qarışdırın. Bu maska ilə sellülitli nahiyələrə masaj edin. Maska qan dövranını artırır və dəri hüceyrələrini yeniləndirir.

Üz üçün duz və şərab terapiyası
Üzdəki qırışların və sallanmanın qarşısını almaq üçün 1 xörək qaşığı duzla yarım qədəh şərabı və 1 çay qaşığı kokos yağını qarışdırın. Əldə etdiyiniz maskanı təmiz dəriyə çəkib 5 dəqiqə gözləyin. Üzünüzü soyuq su ilə yuyun. Maskaların hər birini həftədə 2 dəfə çəkmək lazımdır.
 

0 şərh