Qırışları açan effektiv maska

Sizə təqdim edəcəyimiz maska dərinin regenerasiyasını sürətləndirir, ölmüş toxumaları bərpa edir, dərini rahatlaşdırır, tonusunu qaldırır, müsbət təsir edir.

Maska yaşıl çayla hazırlanır və dəridəki qırışların açılmasına səbəb olur. Maskanı 6-8 həftə etdikdə dəridə arzuolunan effekti görmək mümkün olur. Maskanı bir neçə dəfə tətbiq etdikdə onun dəridə yaratdığı möcüzələri görmək olur.

Maskanın hazırlanması:
üyüdülmüş yaşıl çay — 1 xörək qaşığı
kakao tozu — 0,5 xörək qaşığı
bal — 1 çay qaşığı
qaynar su

Kakao tozu və yaşıl çay qaynar suda qarışdırılaraq həlim halına salınır, soyuduqdan sonra ona bal əlavə edilir və qarışdırılır. Qarışım qatı olarsa ona az miqdarda zeytun yağı əlavə eləmək olar. Maska üzə sürtülür və 20 dəqiqə saxlanıldıqdan sonra isti su il yuyulur. Üzü qurutduqdan sonra dəriyə yumşaldıcı krem sürtülür. Maska 3 gündən bir 6-8 həftə tətbiq edilir. İstədiyiniz effekti aldıqdan sonra maskanı ayda bir dəfə təkrarlamağınız kifayətdir.

0 şərh