Çobanyastığı maskası

Parlaq bir cildə sahib olmaq istəyirsinizsə, verəcəyimiz 3 fərqli çobanyastığı maskası reseptindən istifadə edə bilərsiniz. Çobanyastığı dərinin rahatlamasına və təmizlənməsinə kömək edir. Xüsusilə də dərinizin quruluğundan şikayət edirsinizsə, bu maskalardan istifadə edərək üz dərinizi nəmləndirə bilərsiniz.

1. Yulaflı çobanyastığı maskası
Bu maska ölü dəri hüceyrələrinin təmizlənməsinə kömək etməklə pilinq təsiri yaradır.

Tərkibi :
½ stəkan yulaf
1 çay qaşığı qabartma tozu
1 yemək qaşığı bal
2 yemək qaşığı şəkər tozu
¼ stəkan yaxşı dəmlənmiş çobanyastığı çayı

Hazırlanması və tətbiqi :
Bir qabda yulaf, qabartma tozu və balı qarışdırın. Sonra bu qarışığa 2 yemək qaşığı çobanyastığı çayı əlavə edin. Əgər maska qatıdırsa, istənilən qatılığa gələnə kimi çaydan əlavə edə bilərsiniz. İstəyə görə şəkər tozu da əlavə edib yaxşıca qarışdırın. Üzünüzü yuyun və maskanı barmaqlarınızla üzünüzün tamamına çəkin, 5 dəqiqə saxladıqdan sonra yuyun.

2. Zeytun yağlı çobanyastığı maskası
Bu maska dəridəki ölü hüceyrələrin tökülməsinə və dərinin nəmləndirilməsinə kömək edir.

Tərkibi:
¼ stəkan zeytun yağı
½ stəkan şəkər tozu
1 paket çobanyastığı çayı

Hazırlanması və tətbiqi:
Bir kasaya paket çayın içini boşaldın, üzərinə şəkər tozu və zeytun yağını töküb yaxşıca qarışdırın. Hazırladığınız qarışımı hava keçirtməyən bir qabda saxlayın. İlıq su ilə üzünüzü yuyun, barmaqlarınızla dairəvi hərəkətlər edərək maskanı bərabər şəkildə üzünüzə yayın. 15-20 dəqiqə üzünüzdə saxlayın və sonra yaxşıca durulayın.

3. Badam yağlı çobanyastığı maskası
Bu maska isə dərinizi ağartmağa kömək edir.

Tərkibi:
1 paket çobanyastığı çayı
1 yemək qaşığı yulaf əzməsi
2 yemək qaşığı bal
2-3 damcı badam yağı

Hazırlanması və tətbiqi:
Bir kasaya paket çayın içini boşaldın, sonra bal, yulaf əzməsi və badam yağını əlavə edib qarışdırın. Yenə barmaqlarınızla dairəvi hərəkətlər edərək maskanı üzünüzə bərabər şəkildə yayın. Üzünüzdə 10-20 dəqiqə saxladıqdan sonra durulayın.
 

0 şərh