Pomidor maskası

Pomidor qida rasionumuzda yer alan ən faydalı tərəvəzlərdən biridir. Amma o həm də gözəlliyiniz üçün əhəmiyyətli bir qaynaqdır. Son zamanlar dəri üzərində yoxlanan vasitələrdən biri də pomidor maskasıdır. Həmçinin maska halına gətirmədən dəriyə sürtmək də inanılmaz yaxşı nəticə verir.

Pomidorun tərkibində dəri üçün çox faydalı minerallar var. Tərkibində olan bol miqdarda C və E vitamini dəriyə fayda verir.

Qışda quruyan dərini nəmləndirir
Pomidor quru dərini nəmləndirir, yağlı dərinin nəm səviyyəsini saxlayır və hamar bir dəriyə sahib olmağı təmin edir.

Günəş ləkələrini aparır
Pomidor günəşin ultrabənövşəyi şüalarından qorumağa, dəridə yaranan günəş ləkələrini aparmağa kömək olur.

Sızanaqları yox edir
Pomidorun tərkibində salisilik turşusu var. Bu turşu dəridə olan sızanaqların yox olmasına kömək edir.

Dərini ağardır
Tərkibində olan faydalı turşular dəri rəngini açır və dərini ağartmağa kömək edir. Pomidoru iki yerə bölüb, üzərinə limon duzu səpin və dərinizin üzərində gəzdirin. Bu, həm məsamələri daraldar, həm də dərinizi ölü hüceyrələrdən təmizləyər.

Dəri ağartmaq üçün maska:
Bir ədəd pomidoru rəndələyin. İçərisinə bir az un əlavə edin. Xəmir halına gələnə qədər qarışdırın. Əldə etdiyiniz qarışımı üzünüzdə 5 dəqiqə saxladıqdan sonra yuyun.
 

0 şərh