Payızda dəriyə qulluq

Payız dəriyə, saçlara qulluq üçün ən yaxşı mövsümdür. Biz də sizin üçün bir neçə ideya topladıq ki, bu mövsümdən bütünlüklə razı qalasınız və evdə rahatlıqla özünüzə əsl “qulluq ziyafəti” verəsiniz.

Nəmləndirmə
İsti mövsümdən sonra dərini daha çox qidalandırmaq və sakitləşdirmək lazımdır. Çünki yaxşı qidalanmış və nəmləndirirlmiş dəri zərərli maddələri dəridən uzaqlaşdırır və dərini “düşmən”lərdən qoruyur. Buna görə də, nəmləndirmə, qidalandırmaq, bərpaetmə mövzusunda nə qədər yaxşı bələd olduğunuz vasitələr – kremlər, mineral sular, maskalar varsa, dərinizə uyğununu seçib, istifadə edin.

Üz masajı
Dəriniz tonusunu itiribsə, onda sallanmalar yaranıbsa, üz dəriniz zərif rəngini itiribsə, elastiklik və hamarlıq dərinizdən uzaqlaşıbsa təcili bunları aradan qaldırmaq lazımdır. Bunun üçün kremlərlə bərabər dəriyə masaj da lazımdır. Youtube-da bir çox dünyaca məşhur bloqerlərin, dermatoloqların belə masaj videoları var ki, onlardan bəhrələnə bilərsiniz. Ya da ki, pulunuzdan keçib salon köməyi ala da bilərsiniz. Belə masajdan sonra dəriyə tətbiq etdiyiniz kremləriniz dəri tərəfəindən daha yaxşı qəbul olunacaq və təsiri də əla olacaq.

Bədən masajı
Üzünüzü masaj edəndə bədəninizi yaddan çıxartmayın! Duş zamanı hər hansı bir fırça ilə ya da ki, əlinizlə dərinizi skrab və ya bədən yağı ilə masaj edin. Bu masaj bədəndə qan dövranını yaxşılaşdırır, əzələlər gümrahlaşır, hüceyrələr yaxşı işləyir və bədən dərisində olan ölü hüceyrələr məhv olur.

Spa-qulluq
Dəbdəbəli şokoladlı qarışım dərinin rəngini bərpaedir və ona mükəmməl hamarlıq bəxş edir, pilinq isə dəridəki ölü hüceyrələri soyub kənara atacaq və bu prosesin effektli olması üçün ondan sonra bədənə nəmləndirici, qidalandırıcı krem çəkmək lazımdır, süd və losion isə dəriyə əlavə yumşaqlıq qatır.



Aromatik vanna
Yorğunluğu atmağın ən yaxşı yolu köpüklü, ətirli isti vannadır, desək, yanılmarıq. Üzünə və saçına maskanı tətbiq et, ətirli şamlarını yandırıb vanna otağına qoy, playlist-ində sakitləşdirici bir musiqi qoy və öz aləminə dalaraq yorğunluğunu at.

0 şərh