Həmişə gözəl görünün!

İlin mövsümündən, məkandan asılı olmayaraq, gözəl və təravətli görünmək kimin xoşuna gəlməz ki? Bu çoxmu çətindir? Əlbəttə, bəziləri bunu maddi təminatla, bəziləri isə kosmetik salonlara getmək üçün vaxtın çatışmazlığı ilə də bağlaya bilərlər. Əslində kosmetologiya bir elm kimi o qədər də qədim deyil, lakin gözəl qadınlar həmişə olub və ətrafdakıları öz gözəlliyi, təravəti ilə cəlb ediblər. Deməli, təravətli və cazibədar görünməyin yolu yalnız kosmetik salonlardan başlamır. Xoş əhval-ruhiyyə, iş və istirahətin düzgün təşkili, emosional sabitlik və əlbəttə ki, qadın gözəlliyinin təminatçısı olan sevgi. Bütün bunlar o vaxt mümkündür ki, qadın özünü savməli və özünə hörmət etməlidir. Gözəl görünməyə çalışmalıdır, zövqlə geyinməlidir, davranışına və hərəkətlərinə diqqət yetirməlidir. Cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq. Elə isə cazibədar və təravətli görünməyin yollarından biri – vaxt və pul itirmədən ev şəraitində özünə qulluq qaydalarıdır.
İllər boyu bu sahədə özünü təsdiqləmişdir və onları əldə etmək bir o qədər də çətin deyil. Əlbəttə ki, söhbət bitki mənşəli və gündəlik məişətdə istifadə olunan məhsullardan gedir. Hətta elə bitkilər və qida maddələri vardır ki, kosmetologiyada onların analoqu yoxdur. Bu cür təbii vasitələr dərini, saçları qidalandırır, xarici mühitin müxtəlif qıcıqlandırıcı amillərindən qoruyur. Beləliklə, əziz qadınlarımızın nəzərinə çatdıraq:

  • Dəridə olan kiçik qırışları, yorğunluğu bişmiş kartofla aradan qaldırmaq mümkündür. Bunun üçün 1 ədəd bişmiş kartofun qabığı təmizlənir, əzilir. Üzərinə 1 x.q. zeytun yağı və 1 ç.q. limon şirəsi əlavə edtltr və qarışdırılır. Üzün dərisinə çəkilir və 15-20 dəqiqə saxlanılır. Bişmiş kartofun suyunda əllərinizi sazlasanız, dəriniz yumşaq və zərif olacaq.
  • Dəridə olan kiçik qırışların və büzüşüklərin açılmasına alma ilə qıtıqotundan (rusca-xren) hazırlanmış maskalar yaxşı kömək edir. Alma ilə qıtıqotunu 1:1 nisbətində sürtgəcdən keçirib yaxşı qarışdırmaq və üzün dərisinə çəkərək, 15 dəqiqə saxlamaq məsləhət görülür.
  • Almadan hazırlanmış maskalar quru dərini yumşaldır və elastik edir. Qabığını təmizləmək və sürtgəcdən keçirmək lazımdır. Sıyığa xama qatılır, yaxşı qarışdırılır və 30 dəqiqəlik üzün dərisinə çəkilir.
  • Soyuq havada 0,5 stəkan təzə alma şirəsi ilə 2 x.q. xırdalanmış yulaf yarmaları qarışdırılır və 2 x.q. ilıq süd əlavə edilir. Belə maskanı üzün və əllərin dəoisinə çəkdikdə, küləkdən və şaxtadan qorumuş olur.

 

0 şərh