Normal dəri üçün üz maskaları

Əvvəlki mövzularda üz dərisi üçün maskaları və digər bir-birindən faydalı maskaları sizlərə təqdim etmişdik. Bunlara misal olaraq üzdə çillərə və qırışlara qarşı, qıdalandırıcı maskalar, yağlı dəri üçün maskalar, meyvələrdən hazırlanan maskaları sizlərlə bölüşmüşdük. İndi isə sizlərə normal dəri üçün maskaları təqdim edirik.
  
1. Bir yumurta sarısı, 1 çay qaşığı bitki yağı, yarım çay qaşığı limon suyu və yarım çay qaşığı suyu qarışdırın. Hazır maskanı üzə vurun. 10-15 dəqidə saxlayıb, təmiz su ilə yuyun.

2. Bir xörək qaşığı bala 5-10 damcı limon suyu əlavə edin. Bu maskanı 15 dəqiqə saxlayıb, yuyun.

3. Bir xörək qaşığı şoru, 1 çay qaşığı smetanı və bir damcı duzu qarışdırıb maska hazırlayın. Üzünüzdə 15 dəq saxlayıb, yuyun.

4. Təzə xiyarı terkanın (sürtkəcin) balaca gözündən keçirin, içinə bir neçə damcı limon suyu əlavə edin. Hazır maskanı cunanın üstündə üzünüzə qoyub, 20 dəq saxlayın. Sonra qaynadılmış su ilə yuyun.

5. Təmizlənmiş almanı terkadan (sürtkəc) keçirib, içinə 1 çay qaşığı smetan və 1 çay qaşığı kraxmal qatıb üzünüzə çəkin. 10-15 dəqiqə saxladıqdan sonra yuyun.

Sadaladığımız maskaların sizin dəriniz üçün faydalı olacağına əminəm)


Həmçinin baxın: Gözəlliyimizi qoruyaq, gözəl saçlar, faydalı pəhriz

 

0 şərh