Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 658 topik

Qüsursuz dərinin sirri

Dəri gözəlliyinizi necə qoruyursunuz? Parlaq, hamar və qüsursuz dəriyə necə sahib olmağın qaydasını bilmirsinizsə, məsləhətlərimizi diqqət oxuyun, ən əsası isə əməl edin.
  
  • Kivi dərini nəmləndirir. Bol meyvə və tərəvəz dəri sağlamlığı üçün çox əhəmiyyətlidir. C vitamini sərbəst radikallarla mübarizə apararaq həm dərinin
    gəncləşmıəsinə kömək edir, həm də dərini nəmləndirir. Məsələn 100 qram kivi, 90 mq C vitamini ehtiyacını ödəyir. 
     
  • Qızıl balıq dərin cizgiləri yox edir. Qızıl balıq dəri elastikliyini artırma xüsusiyyətini özündə ehtiva edir. Onun tərkibindəki maddələr dəridə qalın cizgilərin yaranmasına mane olur. Həftədə iki dəfə qızıl balıq yemək dəri üçün son dərəcə faydalıdır. 

Ardı →

Makiyajı təmizlək üçün - Məsləhət

İş bağlı xanımlar hər gün makiyaj etmək məcburiyyətində qalır. Dəri də həssaslıq yaranır və makiyajı təmizləyərkən cildiniz çox zərər görür. Dəriyə zərər vermədən üz cildinizi necə temizləyə bilərsiniz? Bunun üçün xanımlar bu məsləhətdən yararlana bilər və xeyrini də görmuş olarsınız.

2 ədəd xiyarı rəndədən keçirib suyunu sıxın. Xiyarın suyunu 1 çay qaşığı badam yağı və 2 damcı lavanda yağı ilə qarışdırın.

Hər gün makiyajınızı bu qarışımla təmizləyin. Bununla yanaşı, hər gün cildinizi lavanda çayı, ya da cökə çayı ilə kompres edə bilərsiniz. 


Davamı →

Gözəl kirpiklər

Buruq kirpiklər gözlərin daha iri görünməsini təmin edir və qadını daha xoşagəlimli edir.
Kirpikləri burmaq üçün ilk ağla gələn tuşlar olur. Kirpiklərin burulması üçün isə fırçanın hansı formada olması vacibdir. 

Kirpik buran 
Kirpik buranlar kirpikləri burmaq üçün ən ideal vasitədir. Lakin kirpik buran alarkən bir neçə məsələyə diqqət edilməlidir.
Tanınmış markaların kirpik buranları alın. kirpik buranda olan rezinə diqqət edin. Çox sərt olarsa, kirpikləri qırar.
Kirpik buranı maqqaş kimi tutun. Sonra tamamilə açən və üst kirpiyə yerləşdirin.
Mümkün olduğu qədər kirpik didibdən tutmağa çalışın.
Ardından yavaşca bağlayın və astaca sıxın.
Alt kirpik üçün isə orta yerləşdirin. Bu sayədə aşağı doğru bura bilərsiniz.
Kirpik buranı saç qurudan fenə tərəf tutun və bir neçə dəqiqə saxlayın. Bu zaman kirpiklər daha yaxşı burulur.
Kirpik buranlar hər zaman yanınızda olmaya bilər. Belə hallarda əllərinizi ovuşduraraq barmaq uclarını isidin və kirpiklərin üstünə basın.
Ardı →

Sızanaqlara qarşı toniklər.

Ev şəraitində sızanaqlara qarşı  Toniki nəcə hazırlamaq olar?


1) Lazım olan vasitələr:

1 ç.q nanə (quru)

1 ç.q sarıçiçək (quru)

1 ç.q yarpız (quru)

1 ç.q zeytun yağı

yarım çay qaşığı sirkə

 

Hazırlanması:

Bitkiləri iri fincana töküb üstünə qaynar su alın və ağzını örtün. 15-20 dəqiqə dəmlədikdən sonra bitkilərin suynu süzün. Süzdükdən donra tünd rəngli şüşə qaba tökün və üzərinə zeytunla, sirkəni əlavə edib, yarım saat soyuducuda saxlayın. Alınan toniki təmiz dəriyə cəkirik. Hər istifadədən sonra tonik soyuducuya qoyulur və soyuq halda dəriyə tətbiq edilir. Toniki dəridə 20-25 dəqiqə saxladıqdan sonra ilıq su ilə yumaq lazimdır.

Bu tonik vasitəsi ilə siz həm sağlam dəriyə sahib olacaqsınz həm də sızanaqlardan canınıız qurtarmış olacaqsınız.


Ardı →

Tonik nədir?

Makyaj təmizləmək ücün istifadə etdiyimiz Tonik haqqında nələr  bilirik? Dərinin gündəlik baxımında, təmizlikdən sonrakı  ən önəmli ikinci addım üzdə qalan son artıxları arındıran tonikin istifade edilməsidir.
Tonik, əsasən su  və alkolla hazırlanır. Bəzi toniklərdə salisil asit, portağal çiçəki  kolonyası, gülsuyu və ya daha fərqli maddələrdən istifadə edilir… Sadə gülsuyu və  mədən suyu da yaxşı toniklərdir.

Tonik təmizləməni  bitirir .

Üz təmizləyicilər ilə yağı, kiri və makyajı sildikdən sonra yenə də üz dərmizi tamam təmizlənmiş olmaya bilər. Bəzi kir və keratin pulları kimi  əriməyən maddələr toniklə silərkən təmizlənir. Üzünüzü yaxşıca təmizlədiyinizi  düşündüyünüz də belə toniklə sildikdən sonra pambığa baxsanız nə kədər kir çıxdığını görəcəksiniz. Dərinizin təmizliğinizi bitirmək üçün sonda mütləq tonikdın istifadə edin.

Ölü hücrə , sabun, makyaj artıxları və digər kir artıxları cildinizdəki dəri qatını tıxayaraq, dəridə məsamələrin açılmasına səbəp olur. Toniklər bunları təmizlədiyi üçün məsamələr əvvəliki həcminə dönür.


Ardı →

Alın qırışlarından necə xilas olaq?

Yox etmək imkansızdı, lakin onların yaranmasını uzun müddət təxirə salmaq olar.
Ömür ötdükcə yaş öz təsirini göstərir və dəridə qırışlar yaranır. Hazırda üzdəki qırışların yox olması üçün ən geniş yayılmış üsul botoksdur. 

Daha gənc və daha gözəl üzə sahib olmaq hər kəsin arzuladığı bir şeydir. İstədiyinizi pulsuz yerinə yetirə bilmək üçün fədakarlıq etmək tələb olunur. 
20 yaşını keçən hər kəs vaxt keçdikcə üzündəki dəyişikliyi sezir. 
Ardı →

Saçlara necə qulluq etməli.

Her kesin bildiyi belə bir deyim var «Gözəllik qurban tələb edir». Lakin bu qurban sizin yanıq saçlarınız olacaqsa, vəziyyəti tez bir zamanda düzəltmək lazımdır. Saş ütüsü, kimyavi müdaxilə və ya fendən istifadə edərkən zərər görən saçlara xüsusi qulluq lazımdır. Bunun üçün siz mağazalarda satılan xüsusi saç maskalarından alıb istifadə edə bilərsiniz. Həftədə 2 dəfə saça qoyulan bu maska öz müsbət təsirini verəcəkdir.


Ardı →

Qaşların incəldilməməsinin səbəbləri.

Xüsusilə qadınların qalın görünüşünü bəyənməyib incəltdiyi qaşların ilk vəzifəsi gözlərimizi tərdən və yağmurdan qorumaqdır. insanlar hissiyyat orqanları arasında ən çox görməyə bel bağlayır və bəllidir ki, yağış suyu görüntünü ciddi şəkildə bulanıqlaşdırır. Qaşlar bu məsələdə bizə kömək edir: su damcılarının yolunu dəyişdirir, eyni zamanda, gözlərimizə Günəşə qarşı təbii kölgə salır. İnsan yaşlaşdıqca bədəninin bir çox yerində tüklər azalırkən qaşlar və kirpiklər yerində qalır.Lakin qaşların başqa bir funksiyası da var. Qaşlar hiss və düşüncələrdən xəbər verən üz ifadələrini açıqlamağa kömək edir. Belə ki, qaşlar bu ifadələri daha da qabardır. Təcrübə göstərir ki, gözləri və qaşları görünən, lakin digər hissələri görünməyən bir üzü dərhal tanıyırıq.
Davamı →

Ətriniz sizdən danışır

Zövqlü insanı tamamlayan əsas vasitələrdən biri də onun istifadə etdiyi ətirdir. Çeşidli parfümlərin gözəl qoxu yaratması müsbət hal sayılsa da onun mənfi cəhətləri də var. Əvvəlcə onların yaranma tarixinə bir nəzər salaq. Ətirlərin tarixi çox qədim zamanlara gedib çıxır. Bu barədə ilk məlumatlar qədim Misir papiruslarında verilib. Sonralar Romada, Ərəbistanda hazırlanmağa başlayıb. Bunlar tüstü formasında hazırlanan ətirlər olub. Qısa zamanda isə ağ maye halında hazırlanmağa başlayıb. Vaxt keçdikcə ətirə olan tələbat artdı və bundan, daha çox, yüksək təbəqənin insanları istifadə etməyə başladı. Günümüzdə ətirsiz insan, xüsusən də qadın təsəvvür etmək mümkün deyil.


Ardı →

Ənlikdən düzgün istifadə

Ənliyi üz quruluşuna görə çəkin
Makiyajı, gözəl görünməyi hər bir qadın sevir. Lakin düzgün, zövqlə geyinməyi və üz quruluşuna görə makiyaj etməyi qadınların əksəriyyəti bacarmır. Biz isə sizə bu gün ənliyi üz quruluşuna görə yanaqlara çəkməyi öyrədəcəyik.

Ənliyi üz quruluşunu nəzərə alıb çəksəniz, böyük burnunuzu kiçildə, geniş üzü dar edə, almacıq sümüklərinizi çıxıq göstərə bilərsiniz.

Yuvarlaq
Üz cizgilərinin nazik və uzun görünməsi üçün ənliyi yanaqlarınızn tam üstünə, fırça ilə “C” hərfi yazar kimi edin. Ənliyi saç diblərinə tərəf uzatmağı da yaddan çıxarmayın. Çənənizə də azca çəkə bilərsiniz.


Ardı →