Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 658 topik

Dırnaqlara qulluq

Dırnaqlar ölmüş hüceyrələrdən — keratindən təşkil olunmuşdur. Buna görə də onları zədələdikdə qan gəlmir və ağrı hiss olunmur.

Dırnağın görünən hissəsi onun gövdəsi, dəri altında gizlənən görünməyən hissəsi isə onun kökü adlanır. Dırnağın kökünü kutikula adlanan nazik dəri qatı örtür. Dırnaq hüceyrələri onun alt qatında - matrisada formalaşır. Əgər matrisa ciddi zədələnərsə, dırnaq ölür.

Sağlam dırnaq elastik, kifayət qədər möhkəmdir, normal yağlılığa, hamarlığa, parıltıya malikdir, qırılmır və parçalanmır. O, rəngsiz və şəffafdır. Ona çəhrayı rəngi dırnaq yatağında yerləşən kapilyarlar verir. Adətən, 3 aya dırnaq 1 sm uzanır. 3-6 ay ərzində dırnaq tamamilə yenilənir. Dırnaqların vəziyyətinə insanın sağlamlığı, həmçinin spirtli içkilərin qəbul edilməsi, siqaret çəkmək kimi pis adətlər də təsir göstərir. 


Ardı →

Hündürdaban ayaqqabıların gücü

Bu xüsusən ayaqqabı geyinməyi sevən qadınlar üçün yaxşı xəbər olacaq. Hündürdaban ayaqqabı üzərində dayanmaq çətin olsa da, qadınları cazibədar və özünə inamlı göstərən qədər başqa bir şey yoxdur. Qadınlar hündürdaban ayaqqabını sevməsə də onu geyinən zaman özünü daha yaxşı hiss edir. Əslində, bunun dəqiq bir açıqlaması yoxdur. Bu mükəmməl hissi ancaq qadınlar başa düşər…
Ardı →

Qarabaşaq unundan maskalar.

Bir çoxumuz bilirik ki, qarabaşaq yarmasının sıyığı necə xeyirlidi. Lakin qarabaşağın kosmetalogiyada tez-tez istifadə olunmasını çox az adam bilir. Onun yarmasından skrab kimi istifadə edirlər. Digər komponentlərlə birləşdirildikdə ondan saç üçün maskalar da hazırlanır. Əsas məhsul olaraq bu maskalarda qarabaşaq unundan istifadə olunur. 

Quru dərilər üçün.

— 1 xörək qaşığı qarabaşaq ununu 2 xörək qaşığı zeytun yağı ilə qarışdırın, qoyun un yağı özünə tamamilə çəksin. Üzünüzə çəkdikdən sonra 20 dəqiqə gözləyin və ilıq su ilə yuyun. 

Quru və həssas dərilər üçün.

— 1 xörək qaşığı qarabaşaq unu, 1 çay qaşığı zeytun yağı, 1 xörək qaşığı təbii yağlı kefir və bir miqdar su. Ocaq üstündə qaynayana qədər hamısını qarışdırırıq. Daha sonra soyumağa buraxırıq, soyuduqdan sonra üzə çəkir və 15 dəqiqə gözləyirik. Daha sonra ilıq su ilə yuyulur.

— 1 çay bardağı südlə yarım çay bardağı qarabaşaq ununu ocaqda qaynadırıq, ona bir qaşıq bal əlavə edirik. 20 dəqiqə qarışdıraraq ocaqda saxlayırıq. Daha sonra onu soyumağa buraxırıq.Soyuduqdan sonra maskanı çəkir və 30 dəqiqə saxlayırıq. Sonda soyuq su ilə yuyuruq.

Saç üçün qidalandırıcı maskalar.

— 4 xörək qaşığı ilıq süd, 1 xörək qaşığı limon suyu, 3 xörək qaşığı qarabaşaq unu. Hamısını qarışdırın, azacıq darçın da əlavə etmək olar. (Darçın saçların tez uzamasına kömək edir) 20 dəqiqə kənarda saxlayın, daha sonra saçlarınıza çəkin, xüsusilə saçların diblərinə. 30 dəqiqə saxlayın və ilıq su ilə yuyun(şampunla).

— 3 xörək qaşığı qarabaşaq unu, yarım çay bardağı ilıq süd və 1 yumurtanı qarışdırın. Maskanı saçlarınıza çəkin və 30 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yuyun.(Bu maska yanmış və qırılan saçlar üçündü)

 Tərcümə etdi: Raksana Rəsulzadə

Davamı →

Saç boyamağın əsas qaydaları

boyalı saclar1. Saçları düzgün necə boyamaq olar?
Əvvəlcə saça balzam çəkin (saçı yumayın), sonra şüşə qabın içinə boyanı süzün. Hidrogen peroksidi həmin qarışığa əlavə edin. Eyni bərabərdə tağ ayırıb, boyanı saçın dibinə sürtün və gözləyin. Saçın kökü rəngini dəyişdikdən sonra boyanın qalan hissəsini saçın uclarına çəkin. Boya saçda 22–40 dəqiqə qalmalıdır. Saçlar ilıq su ilə yuyulmalıdır.

2. Saçı ilk dəfə boyadıqda nəyə fikir vermək lazımdır?
Əvvəlcə saçların tipini müəyyən edin. İlk dəfə qoyulacaq boya ilə ev şəraitində təcrübə aparmayın. Saçlarınızı professionallara həvalə edin. Yeni saç rəngi seçəndə dərinin rəngini, üz quruluşunu və üz cizgilərini nəzərə alın.

3. Yaxşı nəticəni necə əldə etmək olar?
Saçı ideal boyamaq üçün saçlar azı 2-3 gün yuyulmamış olmalıdır. 2-3 gü ərzidə saçın dibinə yığılan təbii yağ dəridə qoruyucu təbəqə yaradır. Rəng açıcı – hidrogen peroksid saçın yanmasına səbəb olursa, təbii yağ bu zərərin qarşısını alır.
Ardı →

Füsunkar fransız qadınlarının gözəllik sirləri

Avropanın ən baxımlı və zərif qadınları kimi tanınan fransız qadınlarının sizcə, gözəlliklərinin sirri nədədir?

Fransız qadınlarına çoxumuz heyranlıqla baxırıq. Onlara baxanda saçlarına və dərilərinə özünəməxsus gözəllik sirləri və texnikaları olduğu görünür.
Yataqdan qalxdıqda belə gözəl görünən bu qadınların sirri nələrdir? Fransız qadınları kimi qüsursuz dəriyə, saça və stilə yiyələnmək üçün bu məsələlərə xüsusi diqqət etmək lazımdır.

Dəriyə masaj edin – Fransız qadınları makiyajdan əvvəl, dəriyə lasyon və nəmləndirici çəkirlər. Dərinin parlaq və elastik görünməsi üçün nəmləndirici çəkəndə həm də masj edirlər. Belədə dəri nəmləndiricini daha rahat sorur.
Ardı →

Makiyajsız yatmaq üçün 6 vacib səbəb

Dəriyə yaxşı qulluq etsəniz, faydasını həm indi, hıəm də gələcəkdə görərsiniz. Yatmazdan əvvəl dərini makiyajdan silmək ən vacib qaydalardan biridir. Bunun üçün makiyajı təmizləməyi vərdiş halına gətirməlisiniz.

Qırıq və zəif kirpiklər – Qadınlar uzun və gur kirpiklərə sahib olmaq üçün müxtəlif üsullara əl atır. Buraya tuş da daxildir. Tuşla yatmaq kirpiklərin qurumasına, nəticədə isə qırılmasına səbəb olur.

Tıxanmış məsamələr – Makiyajla yatmaq dərini nəfəs almağa qoymur və məsamələrin tıxanmasına səbəb olar. Bu isə sızanaqların meydana gəlməsinə şərait yaradır.

Ləkəli yastıq üzləri – Tonal krem, ya da tuş yastığa bulaşdığı zaman onu təmizləmək bir xeyli vaxt aparacaq.

Bakteriyalarla dolu yataq – Yatmazdan əvvəl üzü yumaq dərini makiyjadan və bakyeriyalardan təmizləyir. Gün ərzində dəriyə bulaşan çirkləri yatmazdan əvvəl təmizləməsəniz, dəridə yaralar və qaşınmalar əmələ gələ bilər.

Solğun dəri – Qadınlar dərisinin parlaq və və gənc görünməsini istəyir. Makiyjla yatmaq dərini qurudur və solğunlaşdırır. Dərini örtən makiyaj gecə dərinin özünü yeniləməsini çətinləşdirir.

Səhər makiyajı silmək daha çətindir. Gecə makiyajla yatmısınızsa, səhər onu təmizləməyin nə qədər əziyyətli iş olduğunu yaxşı bilirsiniz. Bu baxımdan makiyajla yatmaq parlaq fikir deyil. Lakin çox yorğun olsanız və makiyajı təmizləməyi yaddan çıxarsanız, səhər yuxudan duran kimi skarbla pilinq edin. Sonra isə nəmləndirici çəkin. Dərinin hava alması üçün həmin gün makiyajsız gəzsəniz, yaxşı olar.  
Davamı →

Günəş ləkələri

Kimyəvi üsullara müraciət etmədən əvvəl dəridəki ləkələrdən xilas olmaq istərdinizmi? Özümüzü günəşin isti qollarına etibar etməzdən əvvəl xüsusi qulluq vasitələrinə müraciət etməlisiniz. Dərini çox pis göstərən bu ləkələr sağlamlığa da ciddi problemlər yarada bilər.

Günəş ləkələri yaranmazdan əvvəl qarşısını almaq üçün qoruyucu maddələr istifadə etmək şərtdir. Üz, çiyin, sinə və kürək bölgəsində yaranan bu ləkələrin yaranmasına mane olmaq üçün aşağıdakı maskanı hazırlayın. Bu maska dərini günəşin mənfi şüalarından qorumaq üçün həm çox effetklidir, həm də dərini hamarlaşdıran təbii vasitədir.

Bir qədər cəfəri
Bir fincan qatıq
Bir qədər limon suyu

Bu ərzaqları yaxşıca qarışdırıb püre halına gələnə qədər qarışdırın,  üz və dekolte hissələrinə çəkin. 30 dəqiqə gözlədikdən sonra ovaraq təmizləyin. İlıq su ilə yaxalayın. Bu maskanı həftədə iki gün istifadə edin. Günəşə çıxarkən yüksək faktorlu qoruyucu kremlər istifadə etməyi unutmayın!
Davamı →

Gözaltı qaralara son!

Bəzi insanların gözlərinin altı qara olur və pis görüntü yaradır. Göz altı qaralar qadınlarda və kişilərdə rast gəlinən problemdir.
Bu problemlə mübarizə aparmaq çox çətindir. Lakin səbəblərini araşdırdıqdan sonra müalicəsi mümkün ola bilər.
Problem adətən göz çuxuru dərin olan insanlarda rast gəlinir. Onların başlıca səbəbi genetik, yuxu, yorğunluq, sağlam qidalanmamaq və aşırı stress problemləridir.

Xiyarla göz altı qaraları azaltmaq mümkündür. Üstəlik hazırlanması 1-2 dəqiqənizi alacaq. Sulu xiyarı nazik dilimləyin və gözlərinizin üzərinə yerləşdirin. 15 dəqiqə saxladıqdan sonra üzünüzü yuyun.

Limon və pomidor suyu ilə gözlərinizə maska hazırlaya bilərsiniz. Bərabər miqdarda limon və pomidor suyunu qarışdırıb 1 həftə boyu 2 dəfə göz altına çəkin.
Ardı →

Saçlar üçün məsləhətlər

Hansı üsuldan istifadə etməklə saç tökülməsinin qarşısını almaq olar?

Təqdim edəcəyimiz üsul sizi br az qorxuda bilər, lakin sınaqdan keçirməyə dəyər. Bunun üçün sizə 1 litr su, 1 çay qaşığı təmiz nöyüt (nöyüt saxta olmamalıdır) və 1 xörək qaşığı duz lazım olacaq.  Nöyütü və duzu suda yaxşıca həll edib, saçınızı şampunla yuduqda sonra yaxalamalısnız. Prosedur 14 dəfə təkrar olunmalıdır. Qeyd edək ki, nöyütün qoxusu saç quruduqdan sonra kəsilir.

Məsləhət    
— Saçları çox isti və ya çox soyuq su iə yumaq məsləhət görülmür.
— Suyun optimal dərəcəsi 35-45 drəcə olmalıdır.
— Yağlı saçları sərin su ilə yumaq lazımdır.
— Saçlar ən azı 2 dəfə sabunlanmalıdır.  Bu onunla əlaqədardır ki,  birinci sabunlamada saçlarda olan çirkin tozun və dəri piyinin yalnız bir hissəsi təmizlənir, şampunun müalicəvi təsiri isə təkcə 2-ci dəfədən sonra özünü göstərir.
— Həmçinin, unutmayın ki, şampun və digər saç asitələri istifadə edildikdən sonra saçlar su ilə yumaq lazımdır ki, bu vasitələrin qalıqları saç üzərində qalmasın.
Davamı →