Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 658 topik

Yaz fəslində dəriyə qulluq

Yaz artıq gəlib. Yazın gəlişi tezliklə  geyimlərdə də öz əksini tapacaq. Qısa ətəklər, nazik köynəklər və çimərlik mövsümünün başlaması ilə bağlı yaz, yay aylarına hazırlıq gedir. Həmin geyimlərdə ideal görünmək üçün xanımlar pəhriz saxlayır və dəriyə qulluq edir. Bu isə o deməkdir ki, havaların isinməsi və günəş şüaları öz təsirini dəridə də göstərəcək. 
Dərini günəş şüalarına hazır olub-olmadığını bilmək lazımdır. Əlbəttə ki, dəridəki ləkələri, qara nöqtələri və sızanaqları tonal kremlər və qapadıcılar vasitəsi ilə gizlətmək mümkündür. Lakin xanımlar təkcə kosmetik vasitəslərin köməyi ilə gözəl görünmək istəmir. Hər bir qadın təbii gözəlliyə və təmiz dəriyə sahib olmaq istəyər. 

Dəri hazır deyilsə və problemlər mövcuddursa, hər gün gözəl görünmək üçün makiyaj edib özünü şahzadə kimi hiss etmək mənasızdır. Həm də yaz fəsli canlanma və istirahət fəslidir. Təmiz havada dərinin yaxşı nəfəs alması üçün sadə və az makiyaj etmək məsləhət görülür. Makiyaj dəridəki problemləri gizlətməklə yanaşı, daha ciddi problemlərə yol aça və illərlə davam edə bilər. 

Yaz insan dərisi üçün ən çətin fəsil sayılır. Vitamin çatışmazlığı, havanın mənfi təsiri və bir çox başqa amillər də dərimizə təsir edir. Qışdan yorğun çıxan dərimizin qidalanmaya ehtiyacı var. Dəriyə daxildən, həm də xaricdən qulluq yollarının sadə reseptlərini təqdim edirik. 
Ardı →

Saçlarınız ağarmasın

qara saclar
Bəzi insanların saçları gənc yaşda ağarmağa başlayır. Həkimlərin bir qismi bunun səbəbinin genetik olduğunu deyir. Bir qismi isə depressiya, problemlərin və stressin saçın ağarmasına səbəb olduğunu deyir.
Qadınlar gənc yaşda saçlarını boyamağa başlayır. Kişilər isə dən düşmüş saçlarla yaşlı görünürlər. Lakin ağ saçları bitkilərin köməyi ilə aradan qaldırmaq olar. 

Saçların ağarmasının və tökülməsinin qarşısını almaq üçün sarımsaq ən yaxşı vasitədir.

Ərzaqlar və hazırlanması: 
Bir ədəd soğan və 5 diş sarımsağı yaxşıca əzin. Bir yumurta sarısı və  1 çay qaşığı zeytun yağı əlavə edərək, krem halına salın.
Bu qarışığı saçlarınıza çəkib bir saat gözləyin. Bu maskanı həftədə bir gün tətbiq edin. Həm saçlarınız sağlam olacaq, həm də onları boyamağa ehtiyac yoxdur.
Davamı →

Makiyajla burnu kiçiltmək

makiyaj hiylələlri
Bir neçə makiyaj hiyləsi ilə burnunuzu daha incə və kiçik göstərə bilərsiniz. Makiyajda kölgələrdəndirmə texnikalarını öyrəndikdən sonra əslində, nail ola bilmədimiz gözəllik yoxdur. Üz cizgilərini ön plana çıxarıb bəzi yerləri gizləyərək üzünüzə istədiyini kimi forma verə bilərsiniz. 
Ardı →

Məsamələrlə mübarizə

Məsaməli dəri təkcə estetik baxımdan deyil, həm də sağlamlıq baxımından qadınlara əziyyət verir. Belə ki, onların daxilinə çirk dolur və nəticədə sızanaqqlar əmələ gəlir ki, onlarda da iltihablananda insana ağrı verir.

Dəridə məsamələr bir neçə faktora görə əmələ gələ bilər: pis qulluq, irsi problem və s. Bu halda siz menyunuzdan spirtli içkiləri, kimyəvi əlavələr olan qidaları, yağlı, acı və qızardılımış yeməkləri çıxarmalısınız. Tez-tez üzünüzü sərin su ilə yaxalayın, xüsusilə çöldən gələndən sonra, çünki küçə tozu məsamələrə dolduqca infeksiyaya yol açır. Hər həftə skrabdan istifadə edin, pudra və tonal kremlərdən bir müddətlik imtina edin. Yağlı dəri üçün nəzərdə tutulmuş gel və köpüklə yuyunun.
Ardı →

Dərini qocaldan faktorlar

Hər yaşın ayrı bir gözəlliyi olsa da, gənc və parıltılı dəri hər bir qadının xəyalıdır. Təəssüflər olsun ki, yaşlanma müddətini dondurmaq mümkün deyil. Lakin dərinin gənc qalmasını uzatmaq və qocalmasını bir müddət gecikdirmək olar. Zamanla hüceyrələrin yaranması dayanır və dəri nazikləşir. Dəri elastikliyinin əsasını və onun sıxlığını təşkil edən kollajen proteinlərinin əsası pozulur. Dəri elastikliyini və sıxlığını itirir. Nəmini qoruya bilmir və qırışlar yaranmağa başlayır. 

Mimika ilə danışmaq üçün üzün əzələlərindən istifadə edirik. Lakin zamanla  gülüşlər və mimika ilə danışmaq bizim əleyhimizə işləyir. 
Ardı →

Qaş uzatma üsulları

Qaşlarınız qəza nəticəsində qurban gedibsə, kədərlənməyin onun da bir çarəsi var. Bildiyimiz kimi protein saçların uzanmasında çox əhəmiyyətlidir.
 
  • A, B3, C və E vitaminlərini qəbul etməyə çalışın. Onların saçlar kimi qaşlara da təsiri var. 
     
  • Duşda olan zaman çox sərt deyil, astaca 10 dəfə masaj edin. 
     
  • Təmiz zeytunyağını barmağınıza bir-iki damcı əlavə edib masaj edərək diblərinə yeridin. Hind yağı daha yaxşı təsir edəcək. 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. 

  • Barmağınıza və ya pambığa vazelin töküb qaşların uzanmasını istədiyiniz bölgəyə masaj edərək yeridin. İlıq su ilə durulayın. 
     
  • İstifadə etmədiyiniz təmiz diş fırçasını alın və qaşların uzanmasını istədiyiniz hissəni yavaşca bir həftə ərzində 1-2 dəqiqə fırçalayın.

Davamı →

Gözətrafı sahəsi üçün maskalar

Gözətrafı sahələrə də maskalar etmək lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, üz nahiyəsinə maskalar çəkərkən gözətrafı sahələrə onları çəkmirlər. Ancaq bu sahələrin də əlavə nəmləndirilməyə və qidalandırılmaya xeyli ehtiyacı vardır. Kosmetik firmalar məhz bu sahələr üçün xüsusi maskalar buraxır. Aşağıda ev şəraitində hazırlanan müxtəlif maskalar təqdim olunur. Bu maskalar həftə ərzində 2 dəfə istifadə oluna bilər.

— Xirda-xırda doğranmış cəfərini iki nəmləndirilmiş pambıq diskinin üzərinə qoyaraq qapalı şəkildə olan gözlərinizin üstünə qoyun. 15 dəqiqədən sonra onları götürərək bu sahə üçün nəzərdə tutulan krem sürtün.

— Kəsilmiş üzüm giləsini yüngül hərəkətlərlə göz qapaqlarına sürtmək olar.

— Xiyar şirəsi gözətrafı sahəni yaxşı tonuslaşdırır. Bu məqsədlə 10-15 dəqiqə müddətinə göz qapaqlarının üzərinə nazik doğranmış xiyar dilimləri qoymaq olar.

— 1 çay qaşığı xiyar şirəsinin üzərinə 1 çay qaşığı quru süd əlavə edərək qarışdırın. Alınan qarışığı göz qapaqlarının üzərinə sürtərək 10 dəqiqə keçdikdən sonra ehtiyatla nəm tamponla xaric edin.

— Badam və ya ərik yağını gözətrafı sahələrə sürtərək, onun yaxşı sorulması üçün barmaqlarınızın yumşaq ucları ilə dərini yüngülcə döyəcləyin.


Ardı →

Beyoncenin makiyaj sirləri

Beyonce-nin mahnıları ilə yanaşı makiyajına və parlaq dərisinə də heyran olmamaq mümkün deyil. 

Beyoncenin gözəllik sirrini onun makiyaj ustası açıqlayıb. Beyonce adətən sadəliyi ilə seçilir. Əhəmiyyətli gecələrdə belə ağır makiyaj etməyi sevmir. Vacib tədbirlərdə və konsertlərdə makiyajda ancaq gözlərini qarbardır. Təravətli və aydın üzü sadə makiyajla əldə etməyi mümkün sayır. Beyoncenin böyük mərasimlərdə və qırmızı xalı üzərindəki gözəlliyinin ustası  sizin də bu gözəlliyi necə əldə edəcəyinizi açıqlayıb. 

«Onun dərisi çox gözəl olduğu üçün tonal kremdən çox çəkərək dərisini qapatmaq istəmirəm. Sadəcə, üz cizgilərini bəlli etmək üçün xətlər çəkir, dərinin bir ton tünd tonal kremi almacıq sümüklərinə və burununuzun yan xətlərinə çəkərək üz cizgilərinizi daha bəlli edə bilərsiniz. Beyoncenin alnına və göz altına aydınlatıcı korrektor çəkdiyini bildirib. Belədə üzünüz daha parlaq olacaq. Eyeliner isə Beyoncenin çox sevdiyi kosmetik vasitədir. Eyeliner üzünün cazibədarlığını itirməyə qoymur. Beyonce əsasən, taxma kirpik istifadə etmir». 
Davamı →

Dünya qadınlarının gözəllik sirləri

Hindistan 
Hind qızları uzun və ipək saçları ilə dünyada məşhurdur. Belə gözəl saçların sirri kokos yağındadır. Hindistanlılar ilıq kokos yağı ilə saç dərisini masaj edir. Bir gecə saçda qalan yağ səhəri gün yuyulur. Beləliklə, saç parlaq və canlı olur.

Fransa
Möhtəşəm və parlaq dəriyə malik olan fransız qadınları albalı və nar maskalarından istifadə edir. Onlar, albalı və nar dənələrini blenderdə əzərək üzə çəkir. Bu maska həftədə bir dəfə olmaqla 5-6 dəqiqə istifadə olunur. Dərinizin necə parlaq və canl olduğunun özünüzdə şahidi olcaqsınız. 

İtaliya 
İtalyan qadınlarının parlaq saçlarının sirri qatıqdadır. Bir az qatıq və bir qaşıq zeytunu qarışdıraraq saçınıza çəkin. 5 dəqiqə sonra saçlarınızı su ilə yuyun. Nəticə canlı və parlaq saçlar olacaq.
Ardı →

Dodaq boyası

Dodaq boyası qalıcı olması üçün aşağıdakı məsləhətlərə əməl edin.
Dodaq boyasının növləri: Mat, kremli, işıltılı, palitra, parladıcı, ikili pomada və lip klaslar olmaq üzrə 7 növdür. 


  1. Mat olan dodaq boyası dodaqlarımızda daha uzun qalır.
  2. Kremli dodaq boyası asan çəkilən və parlaq dayanan daha sağlam və canlı görünür.
  3. İşıltılı olan dodaq boyası – ümumiyyətlə gənc qızların seçimidir, sadə görünüş ilə dodaqları olduğundan daha dolğun göstərir. İçərisində simlər var asan və yağlı çəkilir.
  4. Parladıcıları dodaq boyası – çəkmədən də istifadə edilə bilər. Mat olan boyaların üzərinə də tətbiq oluna bilər.
  5. Lip klaslar – tərkibində  həm dodaq boyası var, həm də parlaq görünüşü ilə ikisi bir yerdə tapa biləcəyiniz dodaq boyası növüdür.
  6. Palitralı dodaq boyaları – göz kölgələrinin qutusu şəklindədir. Bir neçə rəng bir qutunun içində olur. aradadır.
  7. İkili dodaq boyaları – iki rəngin bir yerdə olduğu boya növüdür.

Gündəlik istifadə etdiyiniz dodaq boyalarını qalıcı hala gətirmək üçün əvvəlcə dodaq qələmi ilə dodağımızı bütöv boyaya bilərik. Qələmi daha sərt çəkin və uzun müddət qalmasını təmin edin.  Qələmlə rənglənilən dodağın üstünə də pudra çəkin, sonra pomadanızı çəkin. Təkrar üzərinə pudra çəkin. Qələm və pudradan faydalanıb dodağınızdakı pomadanın qalıcı olmasını təmin etmiş olarsasınız. Təbii son olaraq pudra tətbiq olunduğu üçün dodaq boyanızın rəngi parlaq olmayacaq. Boyanızı sildikdən sonra dodağınıza qulluq etməyi unutmayın!

Qeyd: dodaq boyanızın daha təbii görünməsi üçün sürtüldükdən sonra salfet ilə üzərinə basdırıb çoxluğu alın daha təbii dayanacaq.


  • Tünd rəng boya çəkərkən bayağı görünməmək üçün ilk olaraq dodaqlara tonal krem çəkin daha sonra boyanı çəkin.
  • Tünd rəng seçsəniz üzərinə mütləq parladıcı əlavə edin, çünki tünd rəng boyalar həcmi kiçildir və dodaqlarınızı olduğundan daha incə göstərir.
  • Dolğun görünüş əldə etmək istəyirsinizsə, boyanı çəkməzdən əvvəl ağ qələmlə dodaq ətrafını rəngləsəniz, dodaqlarınız olduğundan daha dolğun görünəcək.
  • Boyanın üstünə parladıcı tətbiq etmək istəyirsinizsə,  şəffaf isə müəyyən bölgələrə çəkib yedirin, çox çox parlatmamış olarsınız.
  • 2-3 boyanı fırça köməyi ilə qarışdırıb tətbiq edin fərqli tonda dodaq boyası əldə etmiş 
  • olarsınız.


Müəllif: Tahirə
Davamı →