Diş fırçası


Bəzi təməl qaydalara əməl edərək dişlərinizin hər zaman təmiz qalmasına nail ola bilərsiniz.

Məsələn: Yüngül və dairəvi hərəkətlə fırçanı hər bir diş üzərində saat əqrəbi istiqamətində çevirmək daha təsirlidir. Belə etdikdə dişlərin arasına dolmuş yemək qalıqlarından asanlıqla azad ola bilərsiniz.

Həkimlər yumşaq tüklü, eyni zamanda kiçik və ya orta böyüklükdə olan fırçadan istifadə etməyi məsləhət görürlər. Çünki kiçik ya da orta böyüklükdə fırça ağızınızın içindəki ən dar künclərə belə rahatca girərək oradakı bakteriya və mikrobları asanlıqla təmizləyir.

Fırçanızı bir neçə aydan bir dəyişdirin. Fırçanızın tükləri çölə doğru qıvrılıbsa, artıq onu dəyişdirmək lazımdır.

7 şərh

Cavid
maraqli yazidir, mənim bildiyime görə diş fırçasını 3 aydan bir dəyişmək lazımdır, diş və dişətinin həssaslığına görə diş fırçası seçilməlidir
Ferbara
Məndə heç vaxt diş fırçamın tükləri çölə qıvrılmır. Amma evdəki başqa fırçalarda bu vəziyyəti görmüşəm. Necə olur, heç başa düşmürəm? :))
rezerv

Yəqin, dişlərinizi az fırçalayırsız))

_BUMERANQ_
Statistikaya görə insanların 80% -dən çoxu dişlərini fırçalamadan öncə diş fırçasını yuyur.
Mən də o 80%- dənəm :)
seyidova
özümde en xoşuma gelen dişlerimdi :)) tevazökarlıqdan uzaq olmadım amma :) qeşeng ve ağ