Dişlər üçün faydalı və zərərli içkilər

Faydalı içkilər
Süd
Süd dişləri kalsium və D vitaminilə təmin edən, onlara güc, sağlamlıq bəxş edən içkidir. Həm də, südün tərkibində zülal növü olan casein var ki, bu da, diş çürüməsinin qarşını almaqla diş minasını qoruyur.

Yaşıl və bitki çayları
Qəhvə yerinə yaşıl və bitki çaylarını içməyə üstünlük verin. Yaşıl çay dişlərdə ləkə və saralmalara səbəb olmur.

Mineral su
Mineral suyun tərkibində çox miqdarda mineral və diş minasının yenilınməsinə kömək olan kalsium fosfat var.

Zərərli içkilər
Soda
Sodanın tərkibində olan turşu diş minasına zərər verir və dişlərin üzərində ləkələr yaradır.

Qəhvə və qara çay
Tünd rəngli içkilər dişlərdə daha çox ləkə yaradır. Buna görə də, bu cür içkiləri az qəbul etsəniz, faydasını görərsiniz. Qəhvə və qara çay əvəzinə yaşıl çay kimi daha açıq rəngli içkilərə üstünlük verin.

Meyvə suları
Təbii meyvə sularının orqanizm üçün faydaları danılmazdır. Amma portağal və limon kimi meyvə sularının tərkibindəki turşu diş minasına zərər verir.

0 şərh