Sonsuzluqla bağlı 7 sual və 7 cavab

1.Hamiləliyin qarşısını almaq üçün istifadə edilən metodlar sonsuzluğa səbəb ola bilərmi?

-Ola bilər.Buna görə də heç uşağı olmamış qadınlara belə şeylərdən istifadə etmək məsləhət deyil.

2.Şəkər xəstəliyi olan bir qadın uşaq sahibi ola bilərmi?

-Bəli.Belə xəstələrdə ilk növbədə diabetin müalicəsinə diqqət yetirmək lazımdır.


3.Alkoqol və siqaretin uşaq sahibi olmağa mənfi təsiri varmı?

-Əlbəttə.Alkoqol və siqaret istər kişilər,istərsə də qadınlarda mənfi nəticələrə gətirib çıxarır.

4.Bəzi qadınlar əvvəllər hamiləlik keçirdikləri halda,sonra hamilə qala bilmirlər.Bu nə ilə bağlıdır?

-“Sekonde intfertlite” (ikinci sonsuzluq) adlandırılan belə hallar yaşla yanaşı,qadındakı yoluxucu xəstəliklər,həmçinin keçirilən əməliyyatlarla bağlıdır.

5.Sonsuzluqda əsasən hansı müalicə metodları var?

-Təbii ki,səbələrdən asılı olaraq metodlar da dəyişir.Qadınla bağlı sonsuzluq halları əsasən dərman və əməliyyat metodları ilə müalicə edilir.Kişi ilə bağlı sonsuzluq hallarında isə yalnız müalicə metodları tətbiq edilir.

6.Qadında sonsuzluğa səbəb olan hallar hansılardır?

-Burada səbələr çoxdur.Ən əsasları isə bunlardır:

· Yumurtalıqda baş verən pozğunluqlar.

· Pis qidalanma.

· Yumurta kistaları.

· İnfeksiya.

· Köklük.

· Dərmanlar.

· Alkoqol və siqaret.

· Narkotik maddələr.

· Stres və s.

7.Stresin sonsuqluqdakı rolu haqqında nə deyə bilərsiniz?

-Sonsuzluq yalnız sağlamlıqla bağlı bir problemdir.Ancaq başqa səbəblərlə yanaşı,stres də sonsuzluğa səbəb olur.Çünki stres “kortizon” və “prolaktin” hormonlarında tarazlığı pozur.Ancaq stresi azaltmaq üçün aşağıdakı məsləhətləri yerinə yetirə bilərsiniz:

· Sonsuzluqla çox şey öyrənməyə çalışın və öyrəndikləriniz barədə ətrafınızdakılara məlumat verin

· Hissləriniz (o cümlədən,qorxularınızı və həyəcanınızı) içinizdə saxlamayın.

· Tez-tez depressiyalarla üzləşə biləcəynizi unutmayın.

· Əhvali-ruhiyyəli olmağa çalışın.

· Müalicə vaxtı stresdən uzaq olun.

P.S.Unutmayın ki,stres təkcə sizin üçün yox,gələcək körpəniz üçün də təhlükəlidir.

 

Mənbə: “Ailəm” jurnalı.


 

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.

Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.

 

 

1 şərh