Рейтинг
+11.99

Sual?-Cavab!

30 üzv, 12 topik

Bİr insanı daha yaxşı tanımaq üçün verə biləcəyiniz 30 sual | Psixoloji suallar

İnsanı daha yaxşı tanımağın əsas yollarından biri məhz ona verəcəyiniz suallardır. Bir insanın düşüncə və xarakteri verdiyi cavablarda gizlidir. Psixoloji suallar ilə insanın həyatdakı dəyərləri, sevdiyi və sevmədiyi şeylər, xarakterinin gizli və qaranlıq tərəfləri barədə ətraflı məlumat toplamış olacaqsız. Bu suallar açıq suallar olduğu üçün uzun və maraqlı bir söhbətin başlanğıcı olacaqdır. Sualları verərkən, qarşı tərəfin bədən dilini analiz etməkdə də fayda var. Çünki, bədən dili, sözlə deyilməyən bir çox şeyi deyir əslində. 


Davamı →

Seksual xarakterli mesajlar cinsi zəifliyin göstəricisidirmi?

Bəzən xanımların işə müraciəti zamanı və ya kişi-qadın münasibətlərinin ilkin ərəfələrində qadınları narahat edən seksual xarakterli hərəkətlər müşahidə olunur.
Bəs bu cür davranışlar nədən qaynaqlanır? Yaşlı kişiləri buna nə vadar edir? Bunun qanunvericilikdə hər hansı cəzası varmı? Məsələ barədə peşəkarların mövqeyini sizə təqdim edirik.

Psixoloq Vəfa Rəşidova: İnsanlar bu meylini açıq şəkildə büruzə vermirsə, deməli, o,


Davamı →

Bir-birindən Maraqlı Suallar

Maraqlı suallar insanı fərqli düşünməyə vadar edərək həyata başqa bir gözlə baxmasına və yeni şeylər kəşf etməsinə kömək edir.

1.Bir məşhurla ən yaxşı dost ola bilsəydiniz, bu kim olardı?

 

2.Heyvanlar danışa bilsəydilər, ən kobudu sizcə hansı olardı?

 

3.Yazar olsaydız ilk kitabınız adı nə olardı?

 

4.Hansı filmdə baş rolda oynamaq istərdiz?

 

5.Zombi qiyaməti olsaydı seçdiyiniz silah hansı olardı?

 

6.Dünya fırlanırsa, niyə tullanarkən yerə düşürük?

 

7.Axırıncı dəfə nə vaxt dejavu yaşamızız?

 

8.Supermen və Batmen döyüşündə kim qalib gələr?

 

9.Həyat deviziniz nədir?

 

10.Rəssam olsaydın, ilk gün nəyi çəkərdin?

 


Davamı →

Gecə namazına aid suallar və cavablar

Sual 1:
Gecə namazı necə qılınır?
Cavab:
Gecə namazı belə qılınır:1) Səkkiz rükət sübh namazı kimi ( iki rükət-iki rükət) “gecə namazı” niyyəti ilə qılınır.
2) Sonra iki rükət namaz “Şəfı” niyyəti ilə (qunutsuz) qılınır.
3) Sonra daha bir rükət də “Vitr” namazı niyyəti ilə qılınır. Bəzi alimlərə görə müstəhəbdir ki, vitr namazının qunutunda insan qırx mömin üçün dua etsin və onların bağışlanmasını Allahdan istəsin və desin: ”Allahumməğfirli filan...”.
Davamı →

İbrahim peyğəmbər haqqında sual

      Müqəddəs Qurani-Kərimin 14-cü surəsində adı çəkilən İbrahim Peyğəmbər Kitabi-Müqəddəsə görə

  1. Kimin oğludur?
  2. Neçə yaşında sünnət olunmuşdur?
  3. Sünnət kim tərəfindən həyata keçirilmişdir?
  4. Neçə yaşında vəfat etmişdir?
  5. Harada dəfn olunmuşdur?
  6. Məhşər günü yeri haradadır?
  7. Məhşər günü vəzifəsi nə olacaq?

Davamı →

Məntiqi suallar

     1. Çinlilər niyə yeməklərini çubuqla yeyirlər?

     2. Dünyanın ən çox oxunan mahnısı hansıdır?

     3. İnsanlar saatlarını niyə sol qola taxırlar?

     4. Termos necə istini isti, soyuğu isə soyuq saxlayır?

     5. Şahmatda şah niyə passivdir?

     6. İnsanlar qorxanda niyə dişlərini sıxıb bir-birilərinə vurur?

     7. Niyə ağlayırıq?

     8. Kömək siqnalı olan S.O.S -ın mənası nədir?


Davamı →

Məntiqi suallar

1. Qədim zamanlarda qadınlar kipriklərinin üzərindən ipək parça salardılar. İndi, bu ipək parçaları nə əvəz edir?
 2. Bişmir, stolun üstünə qoyulmur. Qaynadılmır və yetişmir. Amma dünyada hər kəs bu yeməyi yeyir. Bu nədir?
3. David yuxudan durub, paltarını geyib, səhər yeməyini yeyib evdən çıxaraq maşına oturdu. 300 mil getdikdən sonra maşından çıxıb, evə girib yeməyini yeyib yatdı. Yenə də öz evində. Amma 300 mil David düz yol gedib geri qayıtmayıb. Bu necə ola bilər?
4. Çayın sahilinə 2 balıqtutan gəlir. Sahildə 1 dənə qayıq olur və ancaq 1 nəfər minə bilər qayığa. Buna baxmayaraq hər iki balıqtutan sahili keçir. Necə?
5. 19-cu əsrdə Kanada pullarının üstündə şamanların və cadügarların cadusu yazılırdı. Niyə?

Davamı →

Məzara nə üçün çiçək qoyulur?

İlk olaraq Misir Fironu Tutamkamonun miladdan əvvəl 1346 da öldüyündə məzarının çiçəkdən taclarla örtüldüyü müəyyən olunmuşdur. Şimali Avropada isə e.ə. 2000-ci illərə qədər məzara çiçək qoyulduğu təyin olunmuşdur. O zamanlarda bu çiçəklərin məqsədi yaxşı ruhları çəkmə, pis ruhları qovma məqsədiylə idi. Sonradan isə əsl məqsəd cəsədlər çürüyərkən çıxan qoxunu kamuflyaj etmə məqsədini daşıydı. Sərv ağacı da bu səbəblə mazarlıqlarda əkilir. Ağacın yarpaqları küləyin qarşısını alır, özünə məxsus xoş fərah qoxusu vardır. Cənazə törənlərində də qara geyinmənin məqsədi də qəbiristanlıqlarda ruhlardan çəkinmək məqsədi daşımaqdadır.
Davamı →

Heyvanları döyüşdürmək doğrudurmu?


Xoruz və öküz döyüşləri, dəvə güləşi bu gün də müxtəlif ölkələrdə müşahidə olunmaqdadır. Azərbaycanda da xoruz döyüşü bir vaxtlar çox geniş yayılmışdı. Bəri başdan deyək ki, bu cür işlər bəyənilmir. Çünki dinimiz təkcə insana deyil, heyvanlara, bitkilərə də əziyyət verməyi qadağan edir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) hədislərindən birində: «Mərhəmət etməyənə mərhəmət olunmaz», — buyurur. Başqa bir hədisində isə Rəsulullah (s.ə.s.) bir pişiyi qapalı yerə salıb aclıqdan, susuzluqdan öldürən birinin cəhənnəmə gedəcəyini bildirir. Yəni Allah ətrafımızdakı heyvanları müəyyən bir vəzifə üçün yaratmışdır. Mələsən, toyuq insanlar üçün qidadır. Bu quşları döyüşdürmək, al qana boyanmasına, şikəst qalmasına səbəb olmaq insafsızlıqdır. Təbii ki, bu cür əməllər nə vicdanlı insanlara, nə də Allaha xoş gedər.
Ardı →